GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Üçüncü doza narahatlığı: axı neçə dəfə...? - NƏ BAŞ VERİR?

Üçüncü doza narahatlığı: axı neçə dəfə...? - NƏ BAŞ VERİR?

Tarix: 14-10-2021, 16:50 Bölmə :Maraqlı Baxış: 504


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi əhaliyə 3-cü (buster) doza ilə bağlı çağırış edib. Nazirlikdən verilən məlumata görə, koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir: “Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır. Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır”.

Qeyd edilib ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib: “Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır”.

Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün peyvəndlərdən istifadə oluna biləcəyi bildirilib.

İctimaiyyəti isə bir sıra suallar narahat edir: İndiki halda (təbii immunitet yaranıb, iki doza peyvənd alan kifayət qədər adam var) üçüncü dozanı müəyyən qrup üçün əhəmiyyətli hesab etmək olar, yoxsa ümumilikdə lazımlıdır? Üçüncü doza üçün hansı vaksindən istifadə edilməsi daha məqsəduyğun olar? və s.

Həkim-terapevt Rasif Bağırovun AYNA-ya söyləyib ki, hazırda peyvəndin neçə dozadan sonra təsirli olacağını alimlərin özləri də bilmirlər: “Ümumiyyətlə, bu xəstəliyə qarşı peyvəndləmə prosesinin aparılmasında ilkin mərhələdəyik. Heç vaksini hazırlayan alimlərin özləri bilmirlər ki, neçə dəfə peyvənd vurulmalıdır. Bunu hələ heç kim bilmir. Çünki o qədər çox ölüm hadisələri oldu ki, peyvəndin yaranması ilə istifadə olunmasına təcili şəkildə ehtiyac duyuldu. Əslində, peyvəndlər yarananda 10 il müddətinə sınaqdan keçirilir. Bu müddətdə peyvəndin orqanizmlərə təsiri öyrənildikdən, tam təhlükəsizliyinə əmin olunduqdan və neçə dəfə istifadəsindən, orqanizmdə qoruyuculuğu müəyyənləşdikdən sonra istfadəyə buraxılır. COVID-19 peyvəndində isə belə olmadı. Ölüm sayının qarşısı alınsın deyə istehsal olunan kimi istifadəyə verildi”.

Həkimin sözlərinə görə, adətən bir-iki doza ilə lazımi səviyyədə immunitet yaratmaq mükün olmur: “Mütləq ən azı 3 doza vurulmalıdır. Sonuncu doza 6 aydan sonra vurulmalıdır ki, müəyyən effekt yaransın. Yoxsa, başqa cür effekt yaratmaq mümkün deyil. Lakin hələ də bilinmir ki, bu üç doza kifayət edəcək, yoxsa yox. Amma aparıcı dünya ölkələri üçüncü dozanın vurulmasına başlayıb”.

“Təbii immunitet qazananlara qaldıqda isə Avropa alimləri tədqiqatlar nəticəsində müəyyən ediblər ki, xəstəlikdən sonra çox az miqdarda, bir çox insanda isə ümumiyyətlə, immunitet yaranmır. Yəni xəstəliyi keçirdikdən sonra arxayın olmaq olmaz. Bu, elmi cəhətdən öz təsdiqini tapmır”, - deyə müsahibimiz bildirib.

Bağırov Azərbaycanda ən çox istifadə edilən “CoronaVac” peyvəndi ilə bağlı da fikrini açıqlayıb: “Bu peyvənd ümumiyyətlə, immunitet yaratmır. Çinlilər özləri etiraf edirlər ki, vaksinləri 50-60% effektivdir. Həmin bu faiz də ancaq cavan adamlara aiddir. Cavanlar arasında da orqanizminin immunitet yaratmaq qabiliyyəti yüksək olanlar bu faizə daxildir, yaşlılarda isə ümumiyyətlə, immunitet yaratmır. Kifayət qədər xəstəyə rast gəlirik ki, iki doza “CoronaVac” peyvəndi qəbul edib, amma iki-üç ay sonra yoluxub və ağ ciyərində 60% iltihab sahəsi yaranıb. Bunlar arasında yaşlılar da, cavanlar da olub. Əvvəldən “Pfizer” vaksinindən istifadə etmək daha yaxşı olardı. Buna görə hələ nəinki üçüncü doza vurulacaq, hələ yoluxanların sayında artım olacaq”.

Üçüncü dozanın “Pfizer” peyvəndindən vurulmasına qaldıqda isə mütəxəssis qeyd edib ki, bunun bir əhəmiyyəti yoxdur: “Çünki “Pfizer” və “CoronaVac” başqa texnologiyalarla hazırlanan peyvəndlərdir. Adətən kiçik dozalarla eyni adlı müəyyən dərmanlardan istifadə edirlər ki, o, tədricən öz təsir sürətini yığa bilsin. Yoxsa ilk peyvənddə immunitet formalaşmayıbsa, növbəti dozada başqa peyvənd vurdurulmasının bir əhəmiyyəti yoxdur. “Pfizer” vurduranlar üçüncü doza vurudursalar, yaxşıdır. Lakin “CoronaVac” məsləhət görmürəm. Çünki “CoronaVac” vurdurub sonradan yoluxa bilərlər. Neçə xəstə var idi ki, birinci və ya ikinci dozadan sonra xəstələnmişdilər. Çinlilər deyirlər ki, guya bu virusu öldürüblər, amma peyvəndin içində hansısa aktiv virus qalır və aktivləşir, prosesi yaradır. Bu da kimin bəxtinə düşər-düşər”.

Antitelin olub-olmamsı ilə bağlı testlərdən danışan həkim onlarda da yanlışlıq olduğunu deyib: “Əslində, bu yoxlanma dünyanın başqa ölkələrində aparılmır, çünki düzgün deyil. COVID-19 SARS virusunun bir qoludur. Əvvəllər bizdə bu virus olub. Bir həftədən sonra keçib gedib. Həmin SARS virusunun bədəndə müəyyən antigenləri kimlərdəsə itibsə, kimlərdəsə də qalıb. Antitel yoxlatdırdığımızda həmin SARS virusunun antitellərini də göstərə bilir. Çünki bir-birinə yaxın gəlir. İndi kim deyə bilər ki, bir nəfərdə antitel formalaşıbsa, bu hansıdır?!”.

“Xəstəliklər zamanı biz müəyyən etdik ki, bəzən İmmunoqlobulinG yüksək göstərən adamlarda yaxmada COVID-19 olduğu göstərilirdi. Yaxşı, İmmunoqlobulinG yüksəkdirsə, bəs onda niyə yoluxub? Deməli, düzgün göstərmir. Əslində analiz nəticəsinin aşağı hissəsində də qeyd edilir ki, əgər burada göstərilən nəticə xəstənin kliniki vəziyyəti ilə üst-üstə düşürsə, doğrudur. Yəni əgər bir adam COVID-19-a yoluxub-yoluxmadığını yoxlatdırırsa, İmmunoqlobulinM-i yoxlatdırır və göstərir ki, həmin adamda virus var. Lakin xəstə ilə söhbət edirsən, görürsən ki, heç bir şey yoxdur və 14 gün də inkubasiyon dövr keçəndən sonra təsdiq olunur ki, heç bir şey yox imiş. Deməli, səhv nəticə verib. Yalnız xəstənin kliniki vəziyyəti ilə üst-üstə düşəndə doğru hesab olunur”, - deyə R.Bağırov firkini yekunlaşdırıb.
 

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi üçüncü dozanın vurulması ilə bağlı əhaliyə müraciət edib

    Səhiyyə Nazirliyi üçüncü dozanın vurulması ilə ...

    11-10-2021, 11:47

  • 
  • TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur

    TƏBİB: Vaksinin 1-ci dozasına ciddi anafilaktik ...

    5-05-2021, 10:16

  • 
  • İnfeksionist: "Üçüncü doza 19-20 dəfə ağırlaşma və ölüm hallarının qarşısını alır"

    İnfeksionist: "Üçüncü doza 19-20 dəfə ...

    12-10-2021, 14:14

  • 
  • Koronavirusun Delta variantı nədir? Vaksinlər Deltaya qarşı effektivdirmi?

    Koronavirusun Delta variantı nədir? Vaksinlər ...

    15-07-2021, 12:50

  • 
  • Çin Azərbaycana 150 min doza vaksin göndərdi

    Çin Azərbaycana 150 min doza vaksin göndərdi ...

    27-04-2021, 12:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu