GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » QİYMƏTLƏR DURMADAN ARTIR, NƏ ALAN RAZIDIR, NƏ DƏ SATAN... - “Maşın bazarı”ndan reportaj + FOTOLAR

QİYMƏTLƏR DURMADAN ARTIR, NƏ ALAN RAZIDIR, NƏ DƏ SATAN... - “Maşın bazarı”ndan reportaj + FOTOLAR

Tarix: 12-11-2021, 10:45 Bölmə :Maraqlı Baxış: 523


Azərbaycana idxal olunan avtomobillərin aksiz vergilərinin və qeydiyyat rüsumlarının artırılacağı xəbəri, habelə alqı-satqıda nağdsız ödənişə keçiləcəyi barədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklik ölkənin avtomobil bazarında qiymətlərə təsir edib.

Ekspertlər bahalaşmanın həm satıcılara, həm də alıcılara mənfi təsir göstərəcəyini, avtomobil bazarında durğunluğa səbəb olacağını proqnozlaşdırırlar. Məlumdur ki, devalvasiyadan ötən 5 ildə avtomobillərin qiyməti iki dəfəyə qədər artıb. Nəticədə ölkəyə xaricdən ucuz və orta keyfiyyətli “ikinci əl” avtomobillərin idxalı kəskin çoxalıb.

Bazardakı vəziyyəti necə deyərlər, canlı şəkildə müşahidə etmək üçün yollandığımız Badamdar qəsəbəsində yerləşən “Bakı Avtomobil Mərkəzi”ndə, şənbə günü olmasına baxmayaraq, sıxlıq müşahidə olunmasa da, satıcılar səhər erkəndən maşınlarını təmizləyib satışa hazırlayırdılar. 

Bu bazarda minə yaxın müxtəlif markalı avtomobillər alıcılara təklif olunur. Qiymətlər isə 7 min-200 min manat aralığında dəyişir. Bazarda daha çox Almaniya, Yaponiya və Rusiya istehsalı olan “Mercedes”, “BMW”, “Toyota”, “Niva” markalı avtomobillər satılır.

Qeyd edək ki, rayonlardan bazara üz tutan satıcılar kifayət qədər çox idi. Burada kreditlə də avtomobil təklif edən satıcılar var. Müşahidələrimizə əsasən, alıcılar qiymətlərin baha, satıcılar isə alıcılıq qabiliyyətinin zəif olmasından narazı görünürdülər. Alıcılar qeyd edirlər ki, keyfiyyət və qiymət baxımından Almaniya istehsalı olan maşınlar daha əlverişlidir.

Paytaxt sakini Əhməd Əliyev avtomobillərin baha qiymətə təklif olunmasından gileyləndi: “”Toyota Corolla” markalı avtomobilin Azərbaycana gətirilmə xərci 9 min manatdır. Bazardakı qiyməti isə 12-14 min manat aralığında dəyişir. Satıcılar 3-4 min xeyir götürmək üçün, baha satmağa çalışırlar, sonra da alıcının olmamasından şikayətlnirlər”.

Rəşad Eyyubov isə qeyd edir ki, büdcəsi az olduğundan 10 min manatadək qiyməti olan avtomobillərlə maraqlanır: "İki-üç gündür ki, bazara gəlirik. Pulun az olanda məcbursan ki, ili köhnə və keyfiyyəti aşağı maşın alasan. Bazarda on minə yaxşı maşın tapmaq çətindir".

Satıcı Ramiz Hüseynov isə deyir ki, qiymətlərin baha olmasına səbəb gömrük rüsumlarının yüksək olmasıdır: “Əvvəl qısa müddətdə maşınımı satıb rayona qayıdırdım. Amma indi 1 aydır, hər həftə gəlirəm, amma sata bilmirəm".

Oruc Quliyev isə bildirir ki, artıq avtomobil satanların çoxu bazara gəlmir: "Əksəriyyəti avtomobilini elan saytlarında satmağa çalışır. Bu ərazidən parking meydançası kimi istifadə edənlər də az deyil. Elələri var ki, aylarla maşınını burda saxlayır və onunla maraqlanmır".

Teymur Əliyev qeyd edir ki, hazırda insanlar daha az yanacaq işlədən və mühhərik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər: "Mühhərik həcmi böyük olan avtomobillərin alıcısı çox azdır. Həm də belə maşınların ölkəyə gətirilməsi olduqca baha başa gəlir".

Dövlər Statistika Komitəsinin(DSK) məlumatına əsasən, ölkədə hər 100 avtomobildən 77-nin istismar müddəti 10 ildən artıqdır. Vətəndaşların köhnə maşınlara maraq göstərməsinin səbəbi isə onların ehtiyat hissələrinin ucuz olması, asan tapılması və qiymətinin nisbətən əlçatan olması ilə bağlıdır.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”ya bu mövzu ilə bağlı bildirib ki, avtomobillərin idxalına tətbiq olunan gömrük rüsumu və aksizlərin artırılması qiymətləri bahalaşdıracaq: “Eyni zamanda, bu artımlar “ikinci əl” avtomobillərə də təsir göstərəcək. Ölkəyə gətirilən yeni avtomobillərin idxal xərcinin artması, tədricən “ikinci əl” maşınların da bahalaşmasına səbəb olacaq”.



Ekspert qeyd edir ki, idxalın bir hissəsini ikinci əl avtomobillər təşkil edir. “Çünki qiymət baxımından vətəndaşların “ikinci əl” maşınlara təlabatı xeyli çoxdur. Yeni rüsumların tətbiqi həm təzə, həm də nisbətən köhnə avtomobillərin qiymətininin bahalaşmasına səbəb olacaq”, - deyə ekspert vurğulayıb.

DSK-nın məlumatına görə, 2021-ci ilin birinci yarısında xarici ölkələrdən Azərbaycana 313 milyon 789 min dollar dəyərində 31794 ədəd avtomobil gətirilib. Avtomobil idxalının böyük hissəsi isə Gürcüstanın payına düşür. Gürcüstan Statistika Komitəsinin məlumatında isə qeyd olunur ki, bu ölkədən 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 163 milyon dollar dəyərində, 24508 ədəd minik avtomobili idxal olunub.

Qeyd edək ki, ölkəyə idxal olunan avtomobilin buraxılış tarixi bir ili ötübsə, istismar olunmuş avtonəqliyyat vasitəsi kimi gömrük rüsumuna tabe tutulur. Həmçinin 7 ildən artıq istehsal tarixi olan maşınların idxalı zamanı aksiz vergisinə əlavə əmsalın tətbiqi nəzərdə tutulur. Bu rüsum isə avtomobilin mühərrik həcminə uyğun hesablanır. Onu da xatırladaq ki, İstehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən(3 il müddətində olmaqla) vergidən azad ediləcək.



Yeni rüsumların tətbiqindən sonra qiymətlərin bu formada olacağı gözlənilir. Mühərrik həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrik həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat ( əvvəl 13 manat idi), mühərrikinin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18600 manat + hər kubsantimetrə görə 35 manatdır), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat (hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır).

Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlarda artırılıb. Belə ki, müxtəlif seriyalı 001, 002, 003, 004, 005, 006, 007,008, 009 nömrəli avtomobillərin qiyməti 1500 manatdan 2000 manata, eyni seriyalı - 2500 manatdan 3000 manata, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif seriyalı 1000 manatdan 1500 manata, eyni seriyalı 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün müxtəlif seriyalı 500 manatdan 1000 manata, eyni seriyalı 1000 manatdan 1500 manata qaldırılıb. Avtonəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə isə 30 manat rüsum müəyyənləşdirilib. Xatırladaq ki, əvvəl bu məbləğ 22 manat idi.Elvin Bəyməmmədli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu avtomobillərin qiyməti artacaq

    Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu ...

    17-12-2018, 14:58

  • 
  • Bakıda avtomobillər bahalaşıb - SON DURUM

    Bakıda avtomobillər bahalaşıb - SON DURUM ...

    8-01-2019, 11:24

  • 
  • Maşın bazarında “canlanma”: satış yüksəlməsə də, qiymətlər yüksəlir

    Maşın bazarında “canlanma”: satış yüksəlməsə də, ...

    27-11-2017, 12:28

  • 
  • Avtomobil bazarında durğunluq hökm sürür

    Avtomobil bazarında durğunluq hökm sürür ...

    28-12-2015, 14:03

  • 
  • ​Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək? — Ekspert rəyi

    ​Benzinin bahalaşması avtomobil bazarına necə ...

    17-11-2017, 23:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu