GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Avtobus avtoşlarını polis görmürmü?

Avtobus avtoşlarını polis görmürmü?

Tarix: 7-11-2013, 13:30 Bölmə :Maraqlı Baxış: 1 159
 Avtobus avtoşlarını polis görmürmü?

Noyabrın 5-də Neftçilər prospektində, “Port Baku” biznes mərkəzinin yaxınlığında sərnişin avtobusu yük qatarı ilə toqquşub. Hadisəyə avtobusun işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti orta-ağır, birinin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, sərnişin avtobuslarının qəza törətməsi artıq adi hal alıb. Bu nəqliyyat vasitələrindən istifadə edənlər isə az qala hər gün avtobusların yol hərəkəti qaydalarını pozması ilə rastlaşırlar. Qaydaların pozulması nəticəsində isə qəza vəziyyəti qaçılmaz olur.

Bakıda baş verən qəzalar

Bu ilin statistikasına, daha doğrusu, mətbuata sızan məlumatlara nəzər yetirək. Aprel ayında Koroğlu avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində gedən yolda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş vermişdi. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarət almışdı.

Bu ilin sentyabrında Bayıl istiqamətində hərəkət edən və sərnişinlə dolu 120 saylı irititumlu avtobus yoldan çıxaraq hasara, sonradan ağaca çırpılmışdı, nəticədə 1 nəfər ölmüş, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Sentyabrda sərnişin avtobusunun iştirakı ilə ikinci qəza Şıx qəsəbəsində baş vermişdi. Belə ki, 120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun yol kənarında olan hotelin hasarına çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 8 nəfər yaralanmışdı.

Ötən ilin avqustunda Qaradağ rayonunun Lökbatan qəsəbəsində 124 saylı marşrutun dəmir yol keçidindən keçərək qatarla toqquşmasını isə son illərin ən ağır hadisəsi saymaq olar. Belə ki, qəza nəticəsində 6 sərnişin ölmüş, 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Sadaladıqlarımız yalnız Bakıda baş verən və mətbuat səhifələrinə yol açan hadisələrin çox az bir qismidir. Hadisələrə səbəb isə təbii ki, avtobusların qayda pozuntusuna yol verməsidir.

Qaydanın hər gün pozulduğu ünvan

Ən maraqlısı ilə bir çox sərnişin avtobuslarının yol hərəkəti qaydalarını hər gün bir dəfə deyil, bir neçə dəfə pozaraq qəza vəziyyəti yaratmasıdır. Məsələn, metronun “İnşaatçılar” stansiyası tərəfdən Yeni Yasamala getmək üçün “Günəş Petrol”un yanından təxminən 50-70 metr irəli gedib dönmə hərəkəti etmək olar. Ancaq sözügedən marşrut xətti istiqamətində işləyən sərnişin nəqliyyatı vasitələri qaydaları pozaraq dönmə əməliyyatını qadağan olunmuş yoldan keçərək daha tez həyata keçirirlər. Bu da təbii ki, qəza vəziyyətinin yaranmasına gətirib çıxarır. Sərnişin avtobuslarının sürücülərinə güzəştlərin edilməsi, hətta işıqforun qırmızı işığında keçməsi hallarına dəfələrlə rast gəldiyimiz üçün bu güzəştin nə dərəcədə qanuna uyğun olub olmadığını öyrənməyə çalışdıq.

Bu, sürücülərin günahı deyil

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov bizimlə söhbətində bildirdi ki, mənzil başına çatmaq üçün dönmə hərəkətini qadağan olan yerdən keçməklə tez həyata keçirmək yol hərəkəti qaydalarının pozulmasıdır: “Çox təəssüf ki, hətta elə yollar var ki, birtərəfli olsa da, həmin xətt üzrə avtobusların əks hərəkətinə belə icazə verilir. Ölkə prezidenti ötən ilin dekabrında yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Bu sərəncamdan sonra sərnişin nəqliyyatına mənzil başına daha tez çatmaq üçün istədikləri yerdən keçməyə icazə verilməsi aradan qalxmalı idi. Amma təəssüflər olsun ki, sərnişin nəqliyyatının qaydaları tez-tez pozması hallarına rast gəlirik və müvafiq orqanlar buna göz yumur. Bu, birbaşa sürücülərin günahı deyil və kütləvi halda baş verən gündəlik haldır. Şəhərin bəzi yerlərində sərnişin nəqliyyatının işini asanlaşdırmaq üçün belə keçidlər olur. Əgər bir gün ərzində qaydanı pozan sürücülər Dövlət Yol Polisi tərəfindən cəzalandırılsa, onlar bir daha belə səhvə yol verməzlər”.

Qanun hamı üçün birdir

Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynov hesab edir ki, sərnişin nəqliyyat vasitələri də digər nəqliyyat vasitələri kimi yol hərəkəti qaydalarına əməl etməlidir: “Yalnız təcili yardım və polis maşınları istisna hallarda yol hərəkəti qaydalarını poza, zəruri hallarda işıqforun qırmızı işığında keçə bilərlər. Sərnişindaşımada isə yol hərəkəti qaydalarına əməl olunması ən vacib şərtlərdən biri olsa da, bəzən avtobus sürücüləri işlərini asanlaşdırmaq üçün yol hərəkəti qaydalarını pozaraq bir az irəli gedib dönmə əməliyyatını həyata keçirmək əvəzinə, birbaşa dönmələr edir, hətta işıqforun qırmızı işığında da keçirlər”.

İ.Hüseynov deyir ki, sərnişin nəqliyyatında belə halların qarşısını almaq üçün yol polisi tərəfindən ciddi nəzarət olmalıdır: “Ölkədə ümumi nəqliyyat vasitələrinin idarəsi zamanı hansı sərtləşdirici qanunlar tələb olunursa, bu, sərnişin nəqliyyatına da şamil edilməlidir”.

Vaqif Əsədov: “Maraqlanmalıyam”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov dedi ki, əgər hərəkətin qadağan edilməsi ilə bağlı yol nişanı varsa, o istiqamətdə heç bir nəqliyyat vasitəsi hərəkət edə bilməz: “Yəni yol nişanlarının tələbləri müzakirəsiz yerinə yetirilməlidir. Əgər “Günəş Petrol” tərəfdə dediyiniz yolda avtobuslar hərəkət edirsə, deməli, bu, qanun pozuntusudur. Mən maraqlanmalıyam görən, həmin ərazidə bizim kameramız varmı? Ola bilsin yol polisi oraya nəzarət edir, yaxud da nəzarət etmir. Amma bu, o demək deyil ki, avtobus sürücüləri pərakəndə halda yolu qısaltmaq məqsədilə, yaxud alternativ yol kimi oradan istifadə etməlidir. Qeyd etdiyimiz kimi, giriş, hərəkət qadağandırsa və həmin yola kameralarla nəzarət edilirsə, çox güman ki, onlar barəsində foto material hazırlanır və bunun əsasında avtobus sürücüləri məsuliyyətə cəlb edilir”.

Avtobus sürücüləri qaydanı daha çox harada pozurlar?

V.Əsədov bildirdi ki, dünən, yəni noyabrın 5-i Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə metronun “20 Yanvar” stansiyası ərazisində sərnişin nəqliyyatındakı vəziyyəti tənzimləmək üçün reydlər keçiriblər. Reydlər nəticəsində qaydaları pozan və qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri aşkarlanıb, eyni zamanda yol hərəkəti qaydalarına əməl etməyən avtobus sürücüləri ilə bağlı ölçü götürülüb.

V.Əsədovun sözlərinə görə, bu ilin 9 ayında təxminən 1200-ə yaxın sərnişindaşıma ilə məşğul olan sürücü məsuliyyətə cəlb edilib. Onların əksəriyyəti qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlardır. Müsahibimiz bu il ərzində xəta törədərək yaxalanan avtobus sürücülərindən də danışdı. Bildirdi ki, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma stansiyasına daxil olduğuna görə bu il təxminən 15, yol ayrıclarının keçmə qaydalarını pozduğuna görə 40-a yaxın, əhali arasında qoşa xətt kimi tanınan, üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli yol zolağına daxil olan 60-a yaxın avtobus sürücüsü barədə protokol tərtib edilib: “Yolların hərəkət hissəsində ikinci cərgədə saxlayaraq yolun daralmasına səbəb olan 100-ə yaxın, sərxoş vəziyyətdə avtobusu idarə edən təxminən 5 sürücü də cəzalandırılıb. İşıqforun qırmızı işığında hərəkət edən avtobus sürücüləri barədə də protokol tərtib edilib”.

V.Əsədov onu da qeyd etdi ki, Bakı şəhəri ərazisində 3 minə yaxın kameranın köməyi ilə yollara nəzarət edilir: “Məhz kameraların köməyi ilə yol hərəkəti qaydalarını pozan, inzibati xəta törətmiş sürücülər aşkar edilib məsuliyyətə cəlb edilir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yenə avtobus, yenə qırmızı işıq, yenə ağır qəza — VİDEO

    Yenə avtobus, yenə qırmızı işıq, yenə ağır qəza — ...

    16-09-2014, 10:30

  • 
  • Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var

    Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var ...

    18-11-2013, 12:17

  • 
  • Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: yaralılar var

    Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: ...

    27-05-2015, 12:33

  • 
  • Bakıda yol polisi ağır qəza törətdi: yaralılar var

    Bakıda yol polisi ağır qəza törətdi: yaralılar var ...

    6-11-2014, 22:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu