Avtosfer.az saytı Bakıda avtobusun iştirakı ilə baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza paytaxtın mərkəzi küçələrindən birində baş verib. Göründüyü kimi, sərnişin avtobosu svetoforun qırmızı işığında yüksək sürətlə hərəkət edir. Bu zaman soldan öz yolu ilə hərəkət edən «Ford» markalı yük maşını avtobusun hədəfinə çevrilir. Ağır zərbəyə tuş gələn yük maşını dərhal aşır. Ətrafdakı insanların köməyi ilə «Ford»un kabinəsindəki sürücü və sərnişin oradan çıxarılır.
Bu kadrlara diqqətlə baxıb qırmızı işığı saymayan avtobus sürücülərinə qarşı tədbirləri gec də olsa da sərtləşdirmək lazımdır. Avtosfer.az-ın son vaxtlar təqdim etdiyi videolardan və avtobusların iştirakı ilə baş vermiş qəza xəbərlərindən məlum olur ki, sərnişin avtobuslarının sürücüləri əksər hallarda svetoforun qırmızı işığına məhəl qoymadan hərəkət edirlər. Bu isə ağır qəzalara səbəb olur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?