“Azərsun Holding” –in İmişli Şəkər İstehsalatı Zavodunda nələr baş verir ?
gundemxeber.az Bölgələrdə iri müəsisələrin tikilməsi, yeni iş yerlərinin açılması hakimiyyətin apardığı təbliğatın əsas prinsipini təşkil edir. Belə pafosla təqdim olunan obyektlərdən biri də “Azərsun Holding” –in İmişli Şəkər İstehsalatı Zavodudur. Apardığımız araşdırmalar və yerlərdən aldığımız məlumatlar sözügedən istehsal müəsisəsinun qanunsuzluq və özbaşınalıq yuvasına çevrildiyini göstərir. İş o yerə çatıb ki, burda hətta fəhlə ölümü də adi hala çevrilib.
Ölüm riskinə təhrik edilən fəhlələr
İmişli Şəkər İstehsalatı Zavodunda demək olar ki, orta hesabla ölüm və ya əlil olmaqla nəticələnən təqribən iki və daha çox nəfərin ölümü ilə nəticələnən hər ay xoşagəlməz bədbəxt hadisə baş verir. Bundan əlavə zavodda çalışan və vaxtı ilə çalışmış insanların hər on nəfərdən səkkizində vərəmə yoluxma halları mövcutdur. Bu hall isə onların qısa-ömürlü olmaları üçün başlıca amildir. Həmin şəxslərin ailələrində gələcək körpələrin böyüməsi yüzə-yüz təhlükə mənbəyidir. 13 dekbar 2012-ci il tarixində saat 15-30 radələrində İmişli Şəkər İstehsalatı Zavodunun spirt emalı bölümündə insan ölümü ilə nəticələnən növbəti faciə baş verib. Belə ki, zavodun spitr istehsalı sahəsində toplanan çirkli suları zavod ərazisindən xaric edərək İmişli –Kürdəmir tras yol istiqamətində şorrlama kollektruna axımını təşkl edən konalizasiyanın zavod içərisindəki, su-ötürücü qapıların avtomatikası işləmədiyindən qeyri-qanuni olaraq, zavodun fəhlələri, su təsərrüfatı üzrə nəzarətçi Cəbiyev Azər Sabir oğlu və emalçı Əmiraslanov Namiq Sabir oğlu əllə su-ötürücü qapıları qaldırmağa təhrik edilib, nəticədə su-ötürücü qapıların açılışı zamanı təzyiq yaranmış, surətlə axan çirkablı su fəhlələri dəmir su-ötürücüsünə çırpmış və çarxlara keçirərək faciəli ölümlə nəticələnməsinə səbəb olmuşdur. Zavodda baş verən ölüm hadisələrinə görə zavodun direktoru Fərhad Tuğalla gözün-üstə qaşın var deyəndə belə yoxdur.
İmişli Şəkər İstehsalatı Zavodu dövlət içində , bir dövlətdirmi ?
İmişli Şəkər İstehsalatı Zavodunun Azərbaycan Respublikasının qüvvədə olan qanunlarından kənar idarə olunması, bu zavod da özbaşnalıq halları, vergidən yayınmalar, işçilərlə əmək müqavilələrinin bağlanmaması, əcnəbi işçilərlə yeri işçilər arasında əmək haqqında kəskin fərqin olması, 12 saatlıq qeyri-qanuni iş vaxtı, işçinin istənilən vaxt işdən qovulması, təhlükəsizlik qaydalarına riayyət olunmaması, zavodun QHT-lər və cəmiyyətlər tərəfindən manitorinq və təftişinə icazə verilməməsi, iki mühasibatdan istifadə edilərək əmək haqqının ödənməsi, çirkab-zəhərli suların şorrlama kollektoruna axıdılması, gecə saatlarında əhəng turbinindən zəhərli maddələrin havaya buraxılması, qanunlara hörmətsizlik, yuxarı hakimiyyət təmsilçilərinin və məmurlarının zavodu müdafiə etməsi və digər kimi hallar bunu deməyə əsas verir ki, İmişli Şəkər İstehsalatı Zavodu dövlət içərisində bir dövlətdir.!
Cavabsız suallar
Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında ”qanununa əsasən şəhər, rayon və idarələrin büdcələrinin xərclənməsi eləcə də qanun pozuntuları ilə bağlı məlumatlar açıq məlumatlardır. Elə bu prinsiplərə əsaslanaraq Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri Elvin Şahbazov İmişli Şəkər İstehsalatı Zavodunun direktoru Fərhad Tuğalla suallar ünvanlayıb.. - İmişli Şəkər İstehsalatı Zavodunun 2012-ci ildə illik istehsal dövriyyəsi nə qədər olub? - İmişli Şəkər İstehsalatı Zavodunun bazasında yaradılan müəssisə və sexlər barədə ətraflı məlumat. - İmişli Şəkər İstehsalatı Zavodunda ayrı ayrılıqda qulluqçu və fəhlələrin sayı barədə məlumat. - İmişli Şəkər İstehsalatı Zavodunda işçilərə əmək haqqının verilməsində hansı səbəbə ikili mühasibat sistemindən istifadə edilir? - İmişli Şəkər İstehsalatı Zavodunun ətraf mühitə vurduğu ziyanla bağlı görülən və ya görüləcək tədbirlər barədə məlumat. - İmişli Şəkər İstehsalatı Zavodunda çalışan işçilərlə hansı səbəbə AŞİB tərəfindən əmək müqaviləsi bağlanılmır ? - İmişli Şəkər İstehsalatı Zavodunun 2012-2013-cü illərdə fermerlərlə neçə ha ərazidə çuğundur əkini üçün nüqavilə bağlamışdır ? - İmişli Şəkər İstehsalatı Zavodunda işçilərin təhlükəsizliyi qaydalarına riaəyyət olunması üçün hansı tədbirlər görülmüşdür ? - İmişli Şəkər İstehsalatı Zavodunda çalışan və iş vaxtı xəsarət alan, sonralar ölümlə nəticələnən və s. kimi hallara görə işçiyə və onun ailəsinə nəzərdə tutulan güzəştlər barəsində məlumat. - İmişli Şəkər İstehsalatı Zavodunda çalışan əcnəbi işçilər barəsində məlumat və yerli işçilərlə əcnəbi işçilərin əmək haqqının hansı səbəbə kəskin fərqlənməsi barədə məlumat . - Azərbaycan Respublikası Vergilər Nazirliyinə İmişli Şəkər İstehsalatı Zavodunda çalışan neçə işçi barədə məlumat verilib və əmək müqaviləsinin surəti Nazirliyin 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsinə təqdim edilib ? - İmişli Şəkər İstehsalatı Zavodunun xəstəlik mənbəyi olan çirkablarının hansı səbəbdən İmişli şəhəri ilə Kürdəmir rayonunu birləşdirən istiqamətdə tras yol boyu şorrama kollektirinə axıdılması nə ilə əlaqədardır ? Bu suallara hələ ki, heç bir cavab verilməyib. Əlimizdə olan faktlar isə daha geniş araşdırmalara yol açır və növbəti saylarımızda bu mövzuya qayıdacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?