Xəbərdarlıq edilmədən artırılan qiymət, hər kisə üçün üç manat təşkil edir.
Hökumət artıq qiymətlərə nəzarət mexanizmini itirməkdədir. Bir neçə ay əvvəl manatın dəyərdən düşməsi əsasən gündəlik tələbat mallarının qiymətində ciddi dəyişikliklərə səbəb oldu. Ölkənin qida sənayesində əsas aparıcı rolu oynayan “Azərsun” holdinqin istehsal etdiyi ərzaq məhsulları bir neçə aydır ki, satış müəssisələrinə az qala hər həftə dəyişən yeni qiymətlərlə təklif olunur. Conflict.az-a “Azərsun”un topdan satış mərkəzlərinin birindən verilən məlumata görə bu gün şəkər tozunun da qiyməti artırılıb. İstehlakçılara və satış müəssisələrinə xəbərdarlıq edilmədən artırılan qiymət hər kisə üçün üç manat təşkil edir. Mənbə bildirdi ki, qiymət artımından öncə, alıcılara 37 manat 40 qəpiyə təqdim olunan şəkər tozunun kisəsi, bir neçə saatdır ki, 40 manat 40 qəpiyə təqdim edilir. Mövzuya qayıdacağıq. Bizi izləməkdə davam edin.
Sorğu
Yeni dizaynımız necədir?