Gundemxeber.az » Maraqlı » “Patı”nın insan orqanizminə təsiri - AÇIQLAMA
Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir.
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.
Baş direktor bildirib ki, onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir.
"Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur".
O.Cəfərov qeyd edib ki, qeydiyyatda olan narkotik istifadəçiləri arasındazopioid tərkibli preparatlar istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.
Gundemxeber.az
18-02-2016, 20:34
29-09-2017, 16:28
4-03-2019, 23:25
5-09-2018, 15:00
19-11-2013, 05:19
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?