Azərbaycanda ilk dəfə narkotik istifadəçisi kimi rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb.
Səhiyyə Nazirliyindəki mənbə Trend-ə bildirib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555 nəfər olub.
Yalnız 2014-cü ildə 1235 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2017 nəfər olub. Yeni qeydiyyata alınan narkomanların 45-i qadın olub. Yeni qeydiyyata alınan narkomanlar arasında 30-39 yaşlı insanlar üstünlük təşkil edir.
Ölkədə qadın narkotik istifadəçilərinin sayı da nisbətən artıb.
Ölkədəki bütün narkotik istifadəçilərinin 592-si qadındır. 2014-cü ildə isə narkomanların 554-ü, 2013-cü ildə 539-u qadın olub.
Ümumilikdə narkotik istifadəçiləri arasında 30-39 yaş arası insanlar üstünlük təşkil edir.
Son məlumatlara əsasən, Azərbaycanda 14 yaşlı bir narkotik istifadəçisi, 15-17 yaşlı 6, 18-24 yaşlı 1349, 25-29 yaşlı 3888, 30-34 yaşlı 3953, 35-39 yaşlı 4310, 40-44 yaşlı 3563, 45-49 yaşlı 3167, 50-54 yaşlı 2657, 55-59 yaşlı 2375, 60-dan yuxarı 2077 nəfər narkotik istifadəçisi var.
Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, həmin il 6 uşaq narkotik istifadəçisi kimi qeydiyyata alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?