GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Cins seçimli abortlar Azərbaycanlıları narahat edir

Cins seçimli abortlar Azərbaycanlıları narahat edir

Tarix: 13-11-2013, 15:17 Bölmə :Maraqlı Baxış: 1 260
Cins seçimli abortlar Azərbaycanlıları narahat edir

Cins Seçimli Abortlar Azərbaycanlıları Narahat Edir
Oğlan uşaqlarına üstünlük verilməsi səbəbilə qız övladların doğumunun demək olar ki, 10 %-nin qarşısının alınması demoqrafiya mütəxəssisləri üçün bir həyəcan siqnalıdır.

Bir qız övladı dünyaya gətirdikdən sonra, 24 yaşlı Şəna ikinci dəfə hamilə qalacağı təqdirdə onu nəyin gözlədiyini bilirdi: “İkinci dəfə də qız övladına hamilə qaldığımı öyrəndiyimizdə, həyat yoldaşım mənə onu istəmədiyini bildirdi və mən abort olunmağa məcbur edildim. Artıq hamiləliyimin 3 ay 10 günlüyündə idim. Onlar məni keyitdilər və embrionu bədənimdən kəsib aldılar.”

Şananın ikinci qızı hər il Azərbaycanda abort olunan minlərlə qızdan biri idi. Guttmacher İnstitutunun 2012-ci il hesabatında dünyadakı abort sayına görə Azərbaycan ən yüksək göstəriciyə malikdir, qadınbaşına həyatları boyunca 2.3 abort düşür. Başqa bir hesabatda qeyd olunur ki, 2005 və 2009-cu illər arasında doğum öncəsi yoxlamalar nəticəsində Ermənistan və Azərbaycanda təqribən 10 % qız uşaqlarının doğumunun qarşısı alınmışdır.

BMT-nin hesabatına əsaslansaq neftlə zəngin Azərbaycan cinsi ayrıseçkilik abortlarında dünya üzrə ən pis göstəricilərdən birinə malikdir. Normal şərtlərdə bu göstərici 105 oğlanın 100 qıza nisbəti şəklində olur, amma 2011-2012-ci illərdə bu göstərici Azərbaycan üzrə 116/100 nisbətində olmuşdur. Bəzi bölgələrdə, misal üçün Gəncə regionunda bu göstərici 120/100 nisbətindədir.

Qadınların oğlan övladı dünyaya gətirənə qədər abort etdirməsi heç də nadir rastlanan hal deyil. Statistik trendlər abort sayının ultrasəs müayinəsinin 1990-cı illərdən başlayan geniş tətbiqi ilə daha da kəskin artdığını göstərir.

Qız övladından qaçmaq

Azərbaycanın paytaxtı Bakının tam mərkəzində bir qadın sığınacağında qalan Şəna, öz yumşaq səsilə həyat yoldaşını çox sevdiyini və onunla evlənərkən necə də xoşbəxt olduğunu Əl-Cəzirəyə müsahibəsində bildirmişdi. Lakin sığınacaqda yaşayan digər qadınlar kimi o da oğlan övladı dünyaya gətirə bilmədiyi üçün rədd edilmişdi. “Evliliyim, hamilə olduğum qız övladımın abort edilməsi üçün mənə edilən təzyiqlərə qədər yaxşı idi. Sonra həyat yoldaşım məni anamın evinə yolladı və mənə dedi ki, ona oğlan övladını məşuqəsi bəxş edəcək” – o dedi. İndi xoşbəxt olan və pianoda ifa etməyi bacaran Şənanın qızı Ləman doğulduğu gündən bəri atası və atasının valideynləri tərəfindən məhəl qoyulmamış və etinasızca rədd edilmişdir.

İmtinaya əsəsən hamiləliyin 12-ci həftəsində ultrasəs müayinəsindən sonra daha çox rast gəlinir. 1 saylı Bakı poliklinikasında ginekoloq olan Təranə Həsənova Əl-Cəzirəyə rüşeymin qız olduğunu söylədiyi zaman üzləşdiyi reaksiyalardan danışdı: “ Mən kişilərin başlarını çevirib heç bir şey demədən otağı tərk etdiklərini görmüşəm. Bəzən ilk qız olanda onlar az və ya çox dərəcədə razı olurlar, amma bu hal ikinci dəfə təkrarlananda bunu qəbul etmirlər.”

Yeni qanunvericilik kömək olacaqmı?

Bakının əsas doğum evinin dəhlizlərində gəzintimiz zamanı Fərizə Əliyeva, reproduktiv sağlamlıq üzrə milli kordinator dedi ki, o, ginekoloqlar üçün master klaslarında insanların düşüncəsini dəyişməyə çalışır: “Valideynlərə, siz çox bəxtəvərsiniz, bu qızdır! Yaşlananda sizin qayğınıza qalacaq - kimi sözlər deyirəm. Təcrübəli bir həkim kimi mən cütlüklərə də bunu söyləyirəm.”
Hindistanlıların çözümü - 12-ci həftədə ultrasəs müayinəsinə qadağa qoymaqdır. Amma məcbur etmək çətindir, deyir Birləşmiş Millətlər Əhali Fondundan (UNFPA) Dr. Luis Mora. Ucuz alətlər həkim məsləhəti olmadan cinsi müəyyənləşdirməyə imkan verir. Əliyeva qeyd edir ki, bəzi Azərbaycanlılar uşağın cinsiyyəti haqqında məlumatın valideynlərdən gizlədilməsini insan haqlarının tapdalanması kimi qiymətləndirir.

Sosial Siyasət Komissiyasının sədr müavini Musa Quliyev Əl-Cəzirəyə öz açıqlamasında Azərbaycan parlamentinin bu dönəm reproduktiv sağlamlıq haqqında qanunvericilik paketininin müzakirəsini planlaşdırdığını qeyd edir. Təklif olunan qanunlar paketində hər bir qadının hamiləliyinin 12-ci həftəsindən sonra abort etdirməsi üçün tibbi komissiyaya abortun gərəkçəsi ilə bağlı müraciəti olmalıdır və komissiya bunun qeyri-tibbi və ya uşağın cinsi ilə əlaqəli olub olmadığını yoxlamalıdır.

Quliyev inanır ki, sadəcə bu cür qanunvericilik Azərbaycanın gələcək demoqrafik vəziyyətin pişləşməsinin qarşısını ala bilər. UNFPA həmçinin insan haqlarının pozulması kimi qiymətləndirilən digər qadın problemləri – cinsi istismar və evlilik məqsədilə qadın oğurluğu, qadın ticarəti və satışı barəsində də xəbərdarlıq edir. Reformatorların təklifinə görə sadəcə abortun azaldılması sahəsinə fokuslanmaqdan daha çox bu məsələyə tam şəkildə yanaşmaq lazımdır. Əliyeva iddia edir ki, yeniyetmələrə cinsi əlaqə və kontraseptivlər barədə təlim vermək daha məqsədəuyğundur və hökumət bununla hər iki cinsin abort edilməsi saylarını total şəkildə azalda bilər.

Cənubi Koreya modeli cinsiyyətlər arasındakı balansı qorumaq üçün istifadə olunan ən uğurlu modellərdən biridir. 1990-cı illərin ortasında Koreyada cinslər arasındakı nisbət bugünki Azərbaycana çox oxşar idi. Ancaq 2007-ci ildə bu nisbət 107 oğlan/100 qız şəklində idi. Cənubi Koreya öz strategiyasını çoxistiqamətli yanaşma üzərində qurmuşdu: doğumdan öncə cinsi müəyyənləşdirmək əleyhinə qanun qəbul edildi və qüvvəyə mindirildi. “Qızınızı Sevin” adlı kütləvi media kampaniyası təqdim olundu və gender bəbabərliyini təşviq üçün yeni tədbirlər həyata keçirildi. Bu yeni siyasət Korea iqtisadiyyatında böyük sıçrayış yaratdı, belə ki qadınlar daha çox iş həyatına atıldılar və müstəqillik əldə etdilər.

Ənənə Dini Kölgədə Qoyur

Qanunların Azərbaycanda oturuşmuş bu ənənəni dəyişə biləcəyini gələcəkdə görəcəyik. Qafqaz regionundakı qanunvericilik kişi və qadın bərabərliyinə təminat verir, amma hər iki cinsə məxsus insanlar arasında nəslin davamı üçün oğlan övladının olması qürur mənbəyi kimi qalır. Hətta İslam və Xristianlıqda belə aborta qarşı kəskin qadağalar var. Özünün Bakı ofisində ətrafı kitablarla çevrili olan, İslam dini üzrə mütəxəssis Şahin Həsənli Əl-Cəzirəyə açıqlamasında deyir: “Qız Allahın insana hədiyyəsidir. Quran buyurur ki, bir neçə qızı olan şəxsin yeri cənnətdir.”

Amma Şəna gözyaşları içərisində qeyd edir ki, onun keçmiş həyat yoldaşının etdikləri Həsənlinin dediklərindən çox uzaqdır: “Ləman dünyaya gəldikdən sonra həyat yoldaşım bizə pul vermək istəmədi. O, hətta atalıq testi etdirməmizi istədi, çünki o, əmin idi ki, onun qızı ola bilməz. Qaynanam da dedi ki, onun oğlunun oğlu olmalıdır, qızı yox.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya abort sayına görə dünya birincisi oldu

    Rusiya abort sayına görə dünya birincisi oldu ...

    19-07-2013, 17:07

  • 
  • Azərbaycanda yeniyetmə qızların abort etdirmə səbəbləri AÇIQLANDI

    Azərbaycanda yeniyetmə qızların abort etdirmə ...

    8-07-2015, 08:02

  • 
  • Abort olunan körpənin ölmədiyini görən ana huşunu itirib.

    Abort olunan körpənin ölmədiyini görən ana huşunu ...

    12-11-2013, 21:47

  • 
  • DƏHŞƏT: qardaşlar 21 yaşlı bacılarını zorladılar

    DƏHŞƏT: qardaşlar 21 yaşlı bacılarını zorladılar ...

    21-11-2013, 15:59

  • 
  • Azərbaycanda abortların cinayət sayılsın- Təklif

    Azərbaycanda abortların cinayət sayılsın- Təklif ...

    13-12-2013, 13:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu