GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda fahişəliklə necə mübarizə aparmalı? – Video

Azərbaycanda fahişəliklə necə mübarizə aparmalı? – Video

Tarix: 18-11-2013, 15:19 Bölmə :Maraqlı Baxış: 710
Azərbaycanda fahişəliklə necə mübarizə aparmalı? – Video
“Oğlan məni zorladı, ailəm yaxın durmadı, fahişə oldum”.
ANS TV-yə istinadən fahişəliklə məşğul olan qadınlardan hazırlanan reportajı sizə təqdim edirik:

14 yaşım var idi. Naxıra özüm gedirdim. Həmişə də naxıra gedəndə bir oğlan məni izləyirdi. Bir dəfə hücum çəkdi üstümə və məni zorladı. Ondan sonra kənddə hər kəs məni təhqir edirdi. Və bu hal, təcavüz mütəmadi baş verirdi. Dözmədim gəldim şəhərə, burda da elə şeylər baş veridi ki, kənd onun yanında şükürlü idi.

Reportajın qəhrəmanını şərti olaraq Elnarə adlandırıram. Bu adı seçməyim isə heç də təsadüfü deyil. Bu xanım 30-50 manata bədənini kişilərə satdığını deyir. Onu bu vəziyyətə salan isə özünün də deməsinə görə cəmiyyətin ona başqa gözlə baxa bilməməsidir. Yəni, o nə qədər normal həyat yaşamaq istəsə də, hər kəs ona bir fahişə kimi yanaşır və onun normal həyata qayıtması artıq mümkün deyil.

Belə bir misal var: hər bir fahişənin özünün qəmgin bir əhvalatı var. Kimisi pulsuzluğu, kimisi Elnarə kimi zorlandığını, kimisi isə əri tərəfindən atıldığını əsas gətirib özünü satır. Sosial şəbəkələrin həyatımıza geniş sirayət etməsi insan alverinin və fahişəliyinin buraya da gəlib çıxmasına rəvac verib. İndi tanışlıq saytlarında onlayn rejimdə özünü satan qadınlara və fahişə axtaran insanlara rast gəlmək olar.

Psixoloqlar isə hesab edirlər ki, bu qadınların hər birini zamanında pis yoldan saxlaya bilən mexanizmlər işləməyib.

Psixoloq Elnur Rüstəmov:

“Mən burda ailələri də günahlandırıram. Çünki qadınla söhbət edirsən, qadın deyir ki, mən ailəmdən ayrıldım, atam-anam məni qəbul eləmədi atdı çölə. Mən də getdim bu yola düşdüm. Əgər ailə vaxtında həyan dursaydı, bax bu baş verməzdi”.

Amma istisnalar da var. Daxili İşlər Nazirliyi qadınların zorla fahişəliyi cəlb olunmasına dair onlarla fakt aşkarlayıb.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri İlkin Qurbanov:

“Ötən 9 ay müddətində 72 insan alveri müəyyən edilmişdir. Bu 72 faktın böyük əksəriyyəti də cinsi istismardır. Təyinat ölkələri əsasən Rusiya, Türkiyə, Ərəb Əmirliyi və bəzi hallarda da İran İslam Resublikası müəyyən edilmişdi”.

Yüngül həyat tərzi keçirənlər əvəllər sadəcə yol kənarında dayanaraq özlərinə müştəri axtarırdısa, il-ildən bu daha da mütəşəkkil forma alır. Aşkarlanan əxlaqsız yuvalarının sayı çoxalır.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri İlkin Qurbanov:

“2013-cü ilin 9 ayı ərzində həyata keçirilən tədbirlər nəticəsində fahişəliyə cəlb etmə sahəsində 53 cinayət faktı qeydə alınmışdır. Bundan başqa əxlaqsız yuvalar saxlama ilə bağlı 57 cinayət faktı qeydə alınmışdır”.

Daxili İşlər Nazirliyi fahişəlik problemi ilə inzibati yollarla mübarizə aparır. Lakin bu problemlə yalnız administrativ üsullarla mübarizə aparmaq mümkün deyil. Qadınlar fahişəliyə cəlb olunduqca onlar sanki bataqlığa daha da dərin batırlar.

Psixoloq Elnur Rüstəmov:

“Zaman keçdikcə bu onların həyat tərzinə çevrilməyə başlayır. Bir qismi başlayır ailə dağıtmağa, bir qismi başlayır daşıdığı virusu ətrafdakılara yaymağa, bir qismi dələduzluqla məşğul olur, oğurluq edir və bu kimi sairə işlər görürlər”.

2007-ci ildə saxlanılan Elnarə Əhmədovanı buna misal gətirmək olar. QİÇS-dən 2012-ci ildə dünyasını dəyişən Elnarə Əhmədova xəstə olduğunu bilə-bilə kişilərlə əlaqəyə girərək onları virusa yoluxdurmaq istəyirdi. Əslində bu fahişəliyin cəmiyyətə və mənəvi dəyərlərə necə böyük bir zərbə olduğunun göstəricisidir.

Fahişəlik bütün dünyada geniş yayılır. Bir ölkədə buna görə qadını daş-qalaq edə bilərlər, digərində fahişəliyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Digər qism ölkələrdə isə fahişəlik hətta leqallaşdırılıb. Amma bu addımların heç biri problemi həll etməyə imkan verməyib. Yəni, fahişəliklə mübarizənin yolu qadınların hüquqlarının qorunmasından və kasıb ailələrin sosial təminatının gücləndirilməsindən keçir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Mənə dəfələrlə təcavüz etdilər" - FOTO

    "Mənə dəfələrlə təcavüz etdilər" - FOTO ...

    22-05-2014, 10:53

  • 
  • 85 yaşlı fahişə təqaüdə çıxmaq istəmir

    85 yaşlı fahişə təqaüdə çıxmaq istəmir ...

    21-05-2014, 10:48

  • 
  • Fahişəliklə məşğul olan iki qadın tutuldu

    Fahişəliklə məşğul olan iki qadın tutuldu ...

    23-07-2013, 14:31

  • 
  • "Həmişə deyirdi ki, məni anamın yanında dəfn edin"

    "Həmişə deyirdi ki, məni anamın yanında dəfn ...

    25-02-2016, 16:17

  • 
  • Türkiyədə 2100 azərbaycanlı fahişə tutulub

    Türkiyədə 2100 azərbaycanlı fahişə tutulub ...

    19-12-2013, 18:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu