Gundemxeber.az » Maraqlı » İnternet məkanında xaos: "Youtube" kanalları təhlükəli tendensiya yaradıb – Video
“Youtube” platformasında kanal yaratmaq çox asanlıqla başa gəlir. Ona görə də istənilən şəxs kanal yaradıb fəaliyyət göstərə bilir. Amma məsələyə digər tərəfdən baxdıqda, bunun dövlət üçün zərərinin daha çox olduğunu görə bilərik. Çünki o kanalları vasitəsilə müxtəlif təxribatlar törədilə bilər. Elə bir müddət öncə, Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin etiraz aksiyasını, dövlətin xarici siyasətinə zərbə vuran açıqlamalarını “Youtube” kanalları canfəşanlıqla yayınladı. Xüsusilə dövlət əhəmiyyətli tədbirlər keçirilərkən bu kanallar hərəkətə keçirlər, müxətlif qrupların maraqlarına xidmət edən informasiyalar yayırlar. Elə xaricdəki “söyüş müxalifəti” də “Youtube” üzərindən fəaliyyət göstərir. Ümumiyyətlə, informasiyanın pərakəndə, dəqiqləşdirilmiş yayılması ciddi təhlükədir.
Gundemxeber,az bildirir ki, REAL TV-nin rəhbəri Mirşahin Ağayev də bu məsələyə toxunub, məsələ ilə bağlı çağırış edib.
GUNDEMXEBER.AZ
5-02-2020, 13:02
26-06-2013, 23:19
8-01-2015, 00:34
31-07-2017, 13:37
4-08-2016, 18:17
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?