Azərbaycan Vergilər Nazirliyi Youtube.com videoportalından gəlir əldə edənlərlə bağlı məsələyə aydınlıq gətirib.
Əgər "Youtube" istifadəçisi videohostinqdən gəlir əldə edirsə, vergi ödəməlidir.
"Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi "Youtube" videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir", - deyə nazirlikdən bildirilib./baku.ws
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?