GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Meymunçiçəyi Azərbaycana da gələcək - onu qarşılamağa hazırıq?

Meymunçiçəyi Azərbaycana da gələcək - onu qarşılamağa hazırıq?

Tarix: 15-07-2022, 12:38 Bölmə :Maraqlı Baxış: 510

Meymunçiçəyi virusuna yoluxma arealının genişlənməsi dünya ölkələrini bu virusla mübarizəyə hazır olmağa məcbur edib. Artıq əksər ölkələr virusun müalicəsi məqsədilə kliniki tibbi protokollar hazırlayıb, mövcud səhiyyə sistemini hazır vəziyyətə gətirib. Azərbaycanda da meymunçiçəyi virusuna yoluxmanı aşkarlamaq üçün testlər gətirilib. Səhiyyə Nazirliyi bu günlərdə Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb.

Azərbaycan meymunçiçəyinə görə 3 min test aldı
Xəbərdə bildirilir ki, son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib.
Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlanıb. Bəs görəsən meymunçiçəyi virusunun ölkəmizdə müalicəsi hansı mərkəzlərdə, necə aparılacaq?

Xəstəliyin müalicəsi üçün konkret dərman yoxdur!

Gundemxeber.az-ın məluamtına görə, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meymunçiçəyi virusuna qarşı konkret antiviral preparat mövcud deyil. Onun sözlərinə görə, bəzi ölkələrdə virus əleyhinə preparatlar müalicə məqsədilə istifadə edilir:
"Bunun nə dərəcədə effektiv olub-olmadığı hələki bəlli deyil. Çünki, biz koronavirusun müalicəsində kliniki tibbi protokolda qeyd edilən dərman preparatlarının bəzilərinin virusun müalicəsində effekt vermədiyinin şahidi olduq. Ümumi qəbul olunmuş müalicə üsulları ilə yanaşı dəri səthində də müəyyən dərman preparatlarından istifadə olunmalıdır. Bu əmələ gələn suluqların qurudulması üçün tətbiq edilir".

Meymunçiçəyinə hazır olmalıyıq
V. Cavadzadə deyir ki, virusa yoluxmuş şəxslərin müalicəsi xüsusi ayrılmış müəssisələrdə həyata keçiriləcək. O, bildirib ki, əgər virusa yoluxma çox olarsa, bunun üçün tibb mərkəzləri ayrıla, müalicəsi ixtisaslaşmış olaraq aparıla bilər.
İnfeksionist deyir ki, ölkəmizdə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmasa belə, dövlətin virusun aşkarlanması üçün testlər gətirməsi, hazırlıq məqsədilə müəyyən işlər görməsi vacibdir.

Kliniki protokolda yazılan dərmanlar istifadə edilməyə də bilər...
Həmsöhbətimiz bildirib ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlansa da, kliniki tibbi protokollar istiqamətləndirici məqsəd daşıyır. Onun sözlərinə görə, protokolda qeyd olunan dərman preparatının xəstəyə tətbiq edilməsi şərt deyil:
"Xəstənin ümumi vəziyyəti təhlil edilməlidir. Bəlkə protokolda yazılan dərman preparatı xəstənin ümumi vəziyyəti üçün əks göstərişdir. Bunlar mütləq nəzərə alınmalı, protokolda qeyd edilən dərman preparatının hansı dozada istifadə edilməli olduğu barədə həkim qərar verməlidir. Antiviral bu virusun müalicəsində istifadə edilir. Amma bu dərmanların meymunçiçəyinin müalicəsində tam effekt verib-vermədiyi dəqiq deyil".

Bu üç virusun müalicəsi oxşardır
V. Cavadzadə bildirib ki, bu viruslar ortopoks viruslar qrupuna aiddir: "Bunlar meymunçiçəyi, təbii çiçək və inəkçiçəyi viruslarıdır. Bu virusların qruluşları yaxındır. Ona görə, birinin müalicəsində istifadə edilən dərman preparatları digəri üçün də tövsiyyə edilir".

Meymunçiçəyinin müalicəsi belə aparılacaq
İSİM-dən bildirdilər ki, protokola görə, meymunçiçəyi xəstəliyinin müalicəsi üçün hazırda tekovirimat ən faydalı preparat hesab olunur. Tekovirimat ABŞ-da 2018-ci ildə meymunçiçəyi xəstəliyinin müalicəsi üçün təsdiq edilib. Oral və venadaxili preparatları mövcuddur.

Böyüklər üçün
Venadaxili (v/d):
35 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 200 mq
≥120 kq xəstələr üçün: hər 12 saatdan bir 300 mq
Oral:
40 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 600 mq
≥120 kq xəstələr üçün: hər 8 saatdan bir 600 mq tövsiyyə edilir.
Virusun müalicə müddəti 14 gündür. Böyrək çatışmazlığında oral forma üçün dozanın dəyişdirilməsi tələb olunmur. V/d formalarda kreatinin klirensi 30 mL/dəq-nin üzərində olarsa dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Kreatinin klirensi 30 mL/dəq-nin altında olarsa istifadəsi tövsiyə olunmur. Tecovirimat kapsullarını qəbul etdikdən sonra 30 dəqiqə ərzində qusma baş verərsə, daha bir doza dərhal təyin edilə bilər.
Tecovirimat qəbul etdikdən sonra 30 dəqiqədən çox vaxt keçdikdən sonra qusma baş verərsə əlavə doza verilməməlidir və dərman qəbulu 12 saatdan sonra davam etdirilməlidir. Tecovirimat kapsulları orta və ya yüksək yağ tərkibli qida qəbulundan sonra 30 dəqiqə ərzində qəbul edilməlidir. Tecovirimat kapsullarını udmaq mümkün olmayan xəstələr üçün kapsullar açıla bilər, tərkibi təxminən 30 mL maye (məsələn, süd) və ya yumşaq qida (məsələn, qatıq) ilə qarışdırıla bilər və yeməkdən sonra 30 dəqiqə ərzində qəbul edilir. Ən çox bildirilən yan təsirlər baş ağrısı, ürəkbulanma və qarın ağrısıdır.

İnəkçiçəyinin müalicəsində istifadə olunan dərman meymunçiçəyində də tətbiq ediləcək
Yerli virusəleyhinə preparatlar buynuz qişanın zədələnməsi zamanı istifadə olunur. Triftortimidin yerli olaraq inəkçiçəyi virusunun göz forması zamanı istifadə olunur, meymunçiçəyi zamanı buynuz qişanın zədələnmələrində tətbiq edilə bilər.
Trifluridin göz damcısı (zədələnmiş gözə 9 damcı, hər gün). Xəstələrin əksəriyyəti xəstəliyi yüngül formada keçirdiyi üçün hər hansı tibbi müdaxilə olmadan sağalırlar. Ürəkbulanma, qusma, disfagiya kimi şikayətlər olarsa, xəstəxanaya yatırılaraq maye balansının qorunması üçün infuzion müalicə aparıla bilər. Qızdırma və ağrı zamanı ilkin xətt terapiyası parasetamoldur (500-1000 mq oral, zəruri hallarda gündə 4-6 dəfə, maksimal doza 4000 mq/gün).
İltihab əleyhinə qeyri-steroid preparatların (o cümlədən aspirinin) istifadəsindən yüksək qanaxma riski olan xəstələrdə və potensial nefrotoksiklik səbəbindən nefropatiyalı xəstlərdə çəkinmək lazımdır. Ürəkbulanma və qusma zamanı oral və ya venadaxili qusmaəleyhinə vasitələr tövsiyə olunur.

Bu şəxslər stasionarda müalicə olunacaq
Xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan pasiyentlər stasionar şəraitdə müalicə olunmalıdırlar. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir. Lakin, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan xəstələr (məsələn, immunçatışmazlığı olan xəstələr, 8 yaşdan balaca uşaqlar, hamilə və ya süd verən qadınlar, septik ağırlaşması olan xəstələr) üçün antiviral müalicənin başlanılması məqsədəuyğundur. Səpkilər tipik yerlərdə olmayan (məsələn, ağız, gözlər, genital bölgə) xəstələrdə də meymunçiçəyi infeksiyasına qarşı antiviral müalicə nəzərdən keçirilə bilər.

Meymunçiçəyi bu şəxslərdə ölümə səbəb ola bilər
Qeyd edək ki, prokolda xəstəliyin ağır gedişatına görə risk faktorları da açıqlanıb. Qeyd edilib ki, ağır hallar daha çox uşaqlar arasında rast gəlir, virus yükü, pasiyentin ümumi sağlamlıq vəziyyəti və ağırlaşmaların xarakteri ilə əlaqədardır. Dərin immunçatışmazlıq daha ciddi nəticələrə səbəb ola bilər. Həmçinin, hamilə qadınlar, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altında ola bilərlər.
Tibb işçiləri də virusla daha uzun müddət təmas etdiklərinə görə daha yüksək risk altındadırlar. Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxmasına qarşı müəyyən qədər qorunma ehtimalı var. Eyni zamanda dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndləmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır.
Yoluxmanın risk qrupuna immunçatışmazlığı olan insanlar və yoluxmuş insanlara qulluq edən şəxslər daxildir. Ağırlaşmalar ikincil infeksiyalar, bronxopnevmoniya, sepsis, ensefalit, görmənin pozulması (buynuz qişasının zədələnməsi) ola bilər. Xəstə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, sidik ifrazının azalması, qida qəbulunun əhəmiyyətli azalması, uzun müddət davam edən qızdırma, arterial hipotenziya simptomlarından hər hansı birinin olduğu təqdirdə yaxından izlənilməlidir.
Yuxarıda qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən həkimə müraciət olunmalıdır. Xəstəliyin müalicəsində səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, meymunçiçəyi virusu (MPV və ya MPXV) insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusdur. Virus ilk dəfə meymunda aşkar edilib, 1970-ci ildən bəri on Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb və iki həftə sonra yoluxma halları artıq 100-ə yaxınlaşıb. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana meymunçiçəyi peyvəndi də gətirildi? - AÇIQLAMA

    Azərbaycana meymunçiçəyi peyvəndi də gətirildi? - ...

    29-06-2022, 16:03

  • 
  • “Meymunçiçəyi virusu ölkəmizdə bu halda yayıla bilər” – Azərbaycan yeni pandemiyaya hazırdı?

    “Meymunçiçəyi virusu ölkəmizdə bu halda yayıla ...

    20-06-2022, 11:33

  • 
  • Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana 3000 meymunçiçəyi test dəsti verib

    Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana 3000 ...

    5-07-2022, 13:29

  • 
  • Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb?

    Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə ...

    22-06-2022, 15:51

  • 
  • ÜST-dən meymunçiçəyi virusu ilə bağlı - Xəbərdarlıq

    ÜST-dən meymunçiçəyi virusu ilə bağlı - ...

    25-06-2022, 16:47


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (275)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu