Gundemxeber.az » Maraqlı » Koronavirus beyindəki “səssiz qatil”i işə salır
Kvinslend Universitetinin (Avstraliya) alimləri sübut ediblər ki, COVID-19 beyində Parkinson xəstəliyində müşahidə olunan eyni iltihab reaksiyasını aktivləşdirir.
Bu proses uzun müddət zahirdə özünü göstərməyən neyronların “səssiz qatili” olmaqla xroniki xarakter daşıya bilər.
Alimlər yeni iddialarını sübut etmək üçün siçanlar üzərində sınaqlar keçiriblər. Məlum olub ki, virus gəmiricilərin beyninə nüfuz edərək burada iltihabi proseslərin aktivləşməsinə təkan verib.
Qeyd edək ki, koronavirus infeksiyası müxtəlif, o cümlədən nevroloji, xroniki hallara səbəb olur. Son illərdə, COVID-19-dan sağalmış insanlarda Parkinson xəstəliyi riskinin artdığını göstərən getdikcə daha çox araşdırma dərc edilir.
Gundemxeber.az
4-02-2021, 15:27
21-04-2021, 16:02
2-01-2021, 10:34
28-04-2020, 14:41
3-12-2020, 16:41
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?