GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » GÜNEY AZƏRBAYCAN ÖYKÜSU

GÜNEY AZƏRBAYCAN ÖYKÜSU

Tarix: 10-01-2023, 23:27 Bölmə :Maraqlı Baxış: 677


TƏRSƏ ÖYKÜ TOPLUSU

(hikayə toplusu)

Yazar: Səid fəFiyuzat- doğum ili 1970 - ərdəbil

əxtər yayım evi-2018-təbriz


Birinci öyku:

Tərsə

beytullah ləhləyə-ləhləyə  dəftərimə gəlib dedi:

- mühəndis amandır tez özünü yetir! həsən hidravlik dəsgahını  açıb qoyub yerə sürüyür. deyir bu dəsgah ölüb, aparıram onu basdıram!

  

əlbəhəl  özümü yetirdim. həsən diyə qışqırınca, əl saxladı. dəsgaha bir göz saldım. hidravlik  borularından biri partlamışdı. dəsgahın Təmirat  naməsini alıb baxdım. yazmışdı:

dəsgahın yağının basıncı  ölçüdən çıxıb, təzədən tənzim  olsun. həsənə dedim : 

 -bu naməyə görə hələ yağın basıncı elə yuxarı deyilmiş ki borusunu partlada; bir də ki, bu dəsgahda yuxari basıncılara görə basınc sındıranı  var. Bə niyə borusu partladı?


həsən dedi:

- ay mühəndis, insanın qanının basıncı qalxanda ne olur? damarları partlayır da! ona səhdə  deyirlər. bu da bir yoldur ölməyə.  bizim gövdəmizdə  yuxarı basıncılara görə basınc kəsicisi var mı? yoxdurki! bə niyə bu bölümü  qoşmuşuq bu yazıq dəsgaha? ona görə ki dəsgah ölməsin eşşək kimin işləsin? bu tərsə işdir. vallah dəsgahında ölüm haqqı var. insan özü ölür ama insanın özü düzəltdiyi  dəsgah ölə bilmir! bu haqsızlıqdır. ölüm hamıya haqdır; məndə bu haqqı bu dəstgaha verib basınc sındıranını açdım!


tez ona getmək icazəsi verib evinə yola  saldım.

ama həsən kimidi? həsən, iş yerində, uzun oturacağın üstündə oturrardı. danışmayıb dinməzdi. bir sözü soruşunca başını endirib ya qaldırardı. yalnız başıyla cavab verərdi. öz kəndliləridə ondan baş tapa bilməyirdilər. bu halına baxdıqca avara qalırdım. gözlərinə baxanda elə bilirdim ki mənidə özü ilə çəkib qaranlığa aparır, odur gözlərinə baxmazdım. həmişə bir gilə siqaret olardı dodağında. odu oda tutardı . başqa işçilər danışıb gülərkən o donuxa gedib , dodağı qaçmazdı.

bir gün ərdəbilin bağmilli xiyabanındada yol gedirdim. yaman tünlükidi . məndə yavaş-yavaş addım atırdım. birdən qarşıda pırtlaşıq düşdü. biri qaça-qaça qabağa gəlirdi. eləbil saçlarını yolmuşdular. mənim yaxınlığımda birinin qabağını kəsib ona bir sözlər dedi,o adam biraz qulaq asıb sonra yolunu tutub getdi. baxınca gördüm kim? bizim həsən! cəmaət yavaş-yavaş onu dövrələyirdillər.


Ortaya keçib əlindən tutub, aparıb maşınıma  mindirdim. sürdüm kəndlərinə sarı. yolun uzunası hey onu silkələdim, ama danışmadı. məndə daha üstünü vurmayıb  onu yetırəndəndən sonra qayıtdım evə. Sabahısı zavodda ki dəftərimə yetişincə beytullahı otağıma çağırıb dedim:

-  həsənə nə olub? dünənki halından xəbərin var? 

- dünən həsən evdə oturumuşmuş , birdən tavana dırmaşıb, damı dəlib, ondan deyib ki, mən gərək hər nəyə bu bacadan baxam. baxıncada evdən çıxıb saçlarını yola-yola, kəndin ortasından belə başlayıb, ərdəbilə sarı qaçmağa. 

- indi nə deyir?

- dili açılıb, özüdə bülbül kimi danışır. Ancaq, heç kim onun sözünü başa düşmür! 

- onu gətir mənim yanıma.

birazdan beytullahla həsən gəlib mənim qabağımda  oturdular. qabaqki qaranlıq, hsənin gözlərində daha yoxidi. ayaqlarını tez- tez yerə vurub, əlini üzünə, gözünə çəkirdi. dedim:

- həsən dünən sənə nə olmuşdu?

- mühəndis,dünən mən bir başqa bacadan baxtım!

- nə gördün?

- yavaş-yavaş hər nə döünüb tərsə olur!

- məsələn nəmənə tərsə olub?

- məsələn sən! 

- mən necə tərsə olmuşam? 

- mühəndis sağ əlini göstər. 

- gəl buda sağ əlim. 

- yox o sənin sol əlin olub! 

onu yerindən qaldırıb özümlə bir sırada otuzdurub  dedim:

- indi necə? 

- mühəndis sən tərsə görürsən. 

həsən bu sözü deyib durub getdi. beytullah dedi: 

- yazığın başına hava gəlib. 

buidi bizim iş bilən, biləndə  işçimiz həsən.

hidravlik dəsgahını yerinə qoşdurandan sonra beytullahı dəftərimə çağırıb onunla danışdım. qərar oldu ki onun aracılığıyla  həsəni əsab doktoruna  aparq. ikindi çağı  həsən gilə gedib zorla billahla onu maşına  mindirib, sürdük doktora. doktor həsənə dedi: 

- hərdən başında bir səslər eşidirsən?

həsən dedi:

- sən de görüm, əvvəl  doktor yaranıb yoxsa məriz ?

doktor bir az dayanıb sonra dedi:

- əlbəttə məriz. insan məriz olunca, doktora ehtiyacı olub. 

həsən dedi:

- bu tərsə sözdür. əvvəl doktor yaranıb ki mərizlik adına insanlardan pul ala, yoxsa məriz olmasa doktorlar nə təhər pul qazana bilərlər?

doktor başını aşağı salıb nüsxə  yazıb, bizi yola saldı. davaxanadan  davaları  alıb, həsənin evinə sarı yola düşdük.  şəhərdən çıxıb köyüşənə  yetişən kimi həsən dedi:

- saxla. 

maşını  saxlayınca, həsən yerə düşüb, bütün davaları toprakda  basdırıb,  arxdanda biraz su götürüb onları suvardı.

ondan əllərini öykələyə- öykələyə qayıdıb maşına mindi. dedi: sür şəstini  sındırmayıb maşını sürdüm. biraz gedincə dedim:

- həsən, bilirsən o davalara nəqədər pul vermişdik? hələ pulu cəhənnəm olsun, bə onlar sənin dərmanınidi   axı! 

həsən dedi:

-  əyərsə mən mərizəm onda buğda gətirib bizi yedizdirən bütün bu topraqlar mərizdir. Qoyun əvvəl bu topraqlar sağalsın, onda, məndə sağalaram!

yolun ortasında bir inək durub yolu kəsmişdi. dayanıb başladım siqnal çalmağa. həsən dedi:

- mühəndis döz.

maşından düşüb gedib inəyin qulağına pıçıldayıb onu qırağa  çəkdi, ondan gəlib mindi maşına. Dedim:

- həsən neylədin?

 Dedi:

- mühəndis bu inək deyir adamlar tərsə məssabdilər. bizə Siqnal çalırlar ki maşınla bizə çırpıb öldürməsinlər ama bıçağı Boğazımıza qoyub bizi kəsirlər! ona görə inəklər elə salah bilirlər ki  elə malqara qalalar!

 Sabahısından iş yerində gileyliliklər başladı. deyirdilər  həsən çox danışıb baş-beynimizi aparır, işimizdən də qoyur  bizi.

biri deyirdi başına soyuq dəyib, o biri deyirdi bu cin Görüb ağlı çaşıb! hər yerdə həsən danışırdı onun dövrələyib, ona gülürdülər. həsən kələk daşına dönmüşdü.  həsəni tanıyan-tanımayan həsən deyib-gülürdü.

Yavaş-yavaş iş yerində qarışıqlıq düşdü. müdür məni çağırıb bu əhvalatın niyəsini  soruşdu. mən hərnəyi açıb ağardandan sonra  dedim:

- cənab müdir, mənə bir az vaxt verin mən bu işi düzəldərəm. müdür mənə neçə gün vaxt Verdi. durub getdim otağa elə təzə otağa yetişmişdim ki birdən hay qopdu. səs salonu götürmüşdü. durub çıxdım salona. pres dəstgahlarının birinın  buxarı göyə qalxmışdı. buxar salonun tirkininə  dəyincə suya dönüb, yağış kimi yağırdı. qaça-qaça getdim pres dəsgahının yanına. işçilər  cumculuq islanmışdılar. Qışqırdım:

- nə olub?

işçilərin biri dedı:

- həsənin işidir mühəndis; buxar fələkəsini  bağlamamış filəncini  açıb; Ona görə buxar qalxıb göyə.  

həsənı çağırıb dedim:

- niyə belə eləyirsən həsən? bə sən bilmirsən əvvəl gərək fələkəni bağlayıb buxarın Qabağını kəsəndən sonra filənci açasan?

- mühəndis o qabaqidi  indi istəsən bu tərsəliyi düzəldəsən; əvvəl gərək filənci açasan; sonra fələkəni bağlayasan! elə əvvəldən bu işi görsəydiz  belə olmazdı.

Elə ondaydiki Müdür mənim çağırtdırdı. Müdürü tuturdun,  tutulmurdu . 

müdür telefonun götürüb dəlixanaya  zəng elədi. biraz keçməmiş dəlixanadan gəldilər:

- hanı dəli?

oyana həsən, buyana həsən? həsən yoxa çıxmışdı!

gecə çağı, hərnəyi  yer bə yer eləyəndən sonra  durub, yorğun-arğın, qayıtdım evə. elə qapıya yetişən kimi, gördüm beytullah   dayanıb qapıda. dedi:

- mühəndis amanın günüdür, həsən yox olub! axşam çağı beli  götürüb gedib çölə. day  ondan xəbər yoxdur!

- niyə belə əl-ayağını dağıdırsan? həsəndir da, başına vurub, gedib; axır gələcək.

- yox mühəndis, sözüm onda dövür . kəndliləri görüblər o tələsik qaçır çölə. deyiblər, hara bele? o deyıb ki; bacadan baxdım. savalan dönüb tərsə qalıb. iş binövrədən  xarabdır. tərsə-tərsə işləri düzəltmək üçün, gərək qəbirdən başlayıb birdə qayıdam?

bu sözləri eşidincə, beytullahi maşına mindirib, kəndə sarı, qaz ladım.

Kəndlilər əllərinə fənər alıb, yığışmışdılar  kəndin meydanına. beytullah dan soruşdum: 

- bə bular  niyə getməyiblər hısıni axtarmağa?

beytullah dedi: 

- mühəndis, qorxurlar!

elə onda Bir qoca kişi qabağa gəlib, dedi:

- ay başuvaca dönüm, dedim əl çək o bacadan, sözə baxmadı kı baxmadı;  onun cin aparıb, cin! 

Başqa bir qoca dedi:

- həsən o bacanı açandan, atlarımızın yelkəsi, özü-özünə hörülür.  çoxdanidi buralarda alarvadı  yoxidi, o zəhərə qalmış bacadan gətirib, saldı bizim canımıza. 

dedim:

 - ay əmi, sən allah bu sözlərdən çörək çıxmaz; o yazıq uşaq məriz olub da! gərək əvvəl onu tapaq, sonra əl-ələ verib davalarını yedizdirək. 

çox çəkiş bəkişdən sonar, onlar neçə dəstəyə bölünüb, hərəsi bir yanan üzqoydular. məndə beytullahı götürüb, həsəngilin evinə gedib, oradan savalanı tuşladım. beytullahda bir at götürüncə yola düşdük. Beytullah dedi:

- mühəndis, hardan bilirsən ki həsən bu yoldan gedib?

- bilmirəm.

bir az gedəndən sonar, dedim:

- beytullah, gərək atdan enək. qorxuram həsən, atın ayağının səsini uzaqan eşidib, gizlənə!

- hə, ağıla batan söz deyirsən mühəndis, onun özlüyü döyür ki gizləndi-gizləndi?

o car  beytullah  atdan enib, atın cilovunu əlində tutdu. məndə atdan enib, fənəri götürdüm. Qalacıq, yengiəc, həsən alı, kəndlərinin örüşlərindən sovuşub, səhər açılmamış, yeddi bölgünün yaylağına yetişdik. savalan ətəyində bir hənirti gəlirdi. birdən, beytullahın gözü, bölüklərin birinin qırağında bir zadı Seçdi. yaxınlaşınca gördük bir  börkdür . beytullah dedi:

- bu həsənin börküdür!

dəhətləyə-dəhətləyə , Başladıq oranın yan-yövrəsini  axtarmağa. yekə bir daşın qırağına yetişincə, beytullahın  atı  gişnəyıb, əl-ələ qalxdı . 

Daşın dalına  keçən kimi, yarısı yerdə quylanmış bir beli Gördük. üstünə təzə toprak tökülmüşdü.  tez əlimizlə belin yan yövrəsini eşələməyə başladıq. bir az elşələyəndən sonar, ikimizdə mat qaldıq.  bir əl, belin sapından yapışmışdı! beli çəkdik, ama bel, əldən ayrılmadı. başladıq, əlimizlə, eşənəyin yuxarısını qazmağa. ikimizdə qan tərin içindəydik. nə vaxtdan nə vaxta, həsənin üzü çıxdı aydına. Ağızına, gözünə dolan toprağı Təmizlədik.  beytullah, cibindən bir güzgü çıxarıb tutdu həsəni ağızına. hövgə  yoxidi!

keçid əyləşdim Qıraqda.  Beytullah, hönkür-hönkür ağlayırdı. günəş çıxmışdı, ama dərə, kölqədə qalmışdı. donuxub qalmışdım. daha heç nə eşitmirdim.

kənddə deyirdilər, həsən yeri qazıb, toprağı çalanın qırağına təlləyib . topraqda amana bəndimiş , sonar həsan, toprağı şumladıb öz üstünə. Beytullahın, ağlamaqdan amanı yoxidi. həsənin evinə sarı yola düşdüm. bir az dayanıb baxıb sonra keçdi evin içinə. damda bir baca görünürdü. günəşin işığı bacadan evə düşmüşdü. yerdə bir nərdivan varidi. onu götürüb qoydum bacanın  qırağına. addımımı qaldırıb qoydum nərdivanın birinci pilləsinə. yuxarıya dırmaşıb başımı bacadan çıxardıb baxdım. uzaq bir təpənin üstündə qurumuş bir ağac görünürdü.

son.


1.  töşgüyə- töşgüyə

 2. Zavod maşınları

 3. dərhal

 4. təmir işləri

 5.  təzyiqi

 6. tənzimləmə

 7. təzyiq kəsicisi

 8. ürək böhranı

 9. ölüm üçün

 10. bədənimizdə

 11. hissəni

 12. qurduğu

 13. Siqareti, siqaretlə alışdırardı

 14. donuxmaq

 15. Tıxac

 16. Avtomobilimə

 17. Qəsdən diqqət etməmək

 18. oturubmuş   

 19. qarşımda

 20. əyləşdirib

 21. Ekspert, Uzman

 22. vasitəsilə   

 23. psixiatr, psikiyatrist 

 24.öğleden sonar, günortadan sonra

 25. Avtomobilə

 26. ilk

 27. xəstə

 28. Resept, reçete   

 29. əptek, eczane 

 30. dərmanları

 31. Kənd təsərrüfatları

 32. avtomobili

 33. vuqarını

 34. xəstəlik dərmanı

 35. İşdən təxirə salmaq  

 36. səbəbini

 37. aydınlaşdırmaq

 38. tavanına   

 39. klapanını

 40. flanşını

 41. keçmişdə qaldı

 42. Əgər bunu əvvəldən etsəydiniz

 43. dayandırmaq mümkün deyildi

 44. akıl hastanesi, ruhi sığınacaq

 45. Vəziyyəti nizamlayandan sonra

 46. kürək deməkdir

 47. daha

 48. deyil

 49. təməldən

 50. toplaşmışdılar

 51. bunlar

 52. başına

 53. Alqarı, azərbaycan ovsanalarında deyilən bir varlıq

 54. O saat

 55. şapka 

 56. kontrol etmek

 57. ətrafını

 58. Şahə qalxdı

 59. arxasına

 60. Nəfəs

 61.  Üst üstə töküb

 62. qeyri-sabit


            


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış güney azərbaycanlı fəal Həsən Raşidi koronavirusa yoluxub

    Tanınmış güney azərbaycanlı fəal Həsən Raşidi ...

    18-03-2020, 20:13

  • 
  • AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirildi

    AXCP Ali Məclisinin sədri Həsən Kərimov ...

    23-09-2013, 12:30

  • 
  • Həsən Ruhani İranın yeni prezidentidir.

    Həsən Ruhani İranın yeni prezidentidir. ...

    15-06-2013, 23:10

  • 
  • "Bank müdiri qədər pul qazanıram" - Məşhur aparıcı

    "Bank müdiri qədər pul qazanıram" - ...

    12-03-2017, 11:33

  • 
  • Həsən Kərimov vəfat etdi

    Həsən Kərimov vəfat etdi ...

    20-11-2015, 17:08


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (224)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu