AXCP Ali Məclisinin sədri Həsən Kərimov bu gün vəfat edib.
Bu barədə cəbhəçilər Feysbuk-da yazıblar.
Azadliq.info saytının məlumatına görə, Həsən Kərimovun yolda halı pisləşib, onu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, H.Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, Həsən Kərimov 2009-cu ildə bir ayda iki oğlunu itirib. Kiçik oğlu Rəşad Kərimovun ölümü isə daha müəmmalı olub. Bir müddət itkin sayılan R.Kərimovun meyiti Neftçilər prospektində tapılıb.
Bu hadisədən öncə, 2009-cu ilin iyun ayının 29-dan 30-na keçən gecə Həsən Kərimovun böyük oğlu İftixar Kərimov qəfil infarkt keçirərək, dünyasını dəyişmişdi.
Sorğu
Yeni dizaynımız necədir?