Avropada gələn ay Covid-19-un Omikron variantının BQ.1 alt versiyası daha yüksək həddə çatacaq...
Gundemxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) verdiyi açıqlamada Covid-19 virusunun Omikron variantının BQ.1 alt versiyasının Avropa İttifaqında (AB) noyabrın ortalarından dekabrın əvvəlinə qədər dominant ştam olacağı bildirilib.
ECDC-dən Covid-19-un Omikron variantının BQ.1 adlı alt versiyası ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada bildirilir ki, Asiyada aparılan ilkin laboratoriya araşdırmaları BQ.1-in immun sistemindən ciddi dərəcədə yayınma qabiliyyətinə malik olduğu bəlli olub.
Bəyanatda qeyd edilir ki, Omikron variantları BA.4/BA.5 ilə müqayisədə, BQ.1-in daha çox yoluxma riski daşıdığına dair heç bir sübut yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?