Gundemxeber.az » Dünya » Ursula Von Der Leyen: Omikron koronavirusun dominant variantına çevrilə bilər
Avropa Komissiyasının prezidenti Omikron variantının yanvarın ortalarına qədər 27 ölkəni əhatə edən blokda koronavirusun dominant variantına çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Ursula Von Der Leyen çərşənbə günü Brüsseldə Avropa Parlamentinin üzvlərinə bir çox üzv dövlətdə həm güclü yoluxucu Omikron, həm də Delta variantından yeni infeksiyaların sayının kəskin artdığının müşahidə olunduğunu deyib.
Lakin o, Avropa İttifaqında əhalinin 66,6%-i və ya 300 milyondan çoxunun COVID-19-a qarşı tam peyvənd olunduğunu və 62 milyon insana gücləndirici doza vurulması ilə yeni variantla mübarizə aparmağa hazır olunduğunu bildirib.
Von Der Leyenin dediyinə görə, Omikronun yayılmasının qarşısını almaq üçün hər bir dövlətin hər bir vətəndaşı üçün kifayət qədər peyvənd dozası var.
Von Der Leyenin xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun Omikron variantının aşkar edilməmiş olsa belə, əksər ölkələrdə mövcud ola biləcəyi xəbərdarlığından bir gün sonra edib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə axşamı Cenevrədə Omikronun "əvvəlki heç bir variantda olmadığı qədər sürətlə yayıldığını" və "çox sayda yoluxma hallarının hazırlıqsız sağlamlıq sistemlərini bir daha alt-üst edə biləcəyi" barədə xəbərdarlıq edib.ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi də çərşənbə axşamı ştatların səhiyyə rəsmiləri və yerli hökumətləri ilə brifinq zamanı oxşar xəbərdarlıq edib. Agentlik deyib ki, Omikronun yaratdığı yeni COVID-19 infeksiyaları dekabrın 4-dən 11-dək 0,4%-dən 2,9%-ə yüksəlib.
Rəsmilərin dediyinə görə, Omikronun bu qədər sürətlə yayılması ilə ABŞ yanvar ayının əvvəlində yeni infeksiya dalğası ilə üzləşə bilər.
Gundemxeber.Az
14-09-2017, 16:21
7-01-2021, 12:08
10-12-2021, 11:42
5-02-2021, 12:46
26-05-2021, 12:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?