GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Saat bazarının ilginc gizlinləri

Saat bazarının ilginc gizlinləri

Tarix: 2-12-2013, 21:36 Bölmə :Maraqlı Baxış: 4 404
Saat bazarının ilginc gizlinləri
Əməkdaşımız saat markalarının hamını şoka salan qiymətləri ilə maraqlanıb

İndi saat zaman idarəsi funksiyasını itirib, stili tamamlayan bir aksessuara çevrilib. Bununla belə, saat bütün dövrlərin ən yaddaqalan, maraqlı hədiyyəsi sayılıb və yenə də bu nüfuzunu qoruyub saxlayır. Həmin nüfuz əsas saat istehsalçılarını ildən-ilə daha funksional və maraqlı kəşflərə həvəsləndirir.

Zaman keçdikcə saatların da mexanizmləri, görünüş və markaları dəyişir. Məsələn, SSRİ dövründə məşhur olan “Raketa”, “Slava”, “Polyot” kimi saat markaları indi yerini “Tissot”, “Sitizen”, “Swatch” Cartier", “Oriyent” kimi brendlərə verib.

Orijinalı 2 min manat, saxtası 100 manat

Telefonlarda, yollarda, avtobuslarda, metrolarda vaxtı göstərən mexanizmlərin quraşdırılması saata olan ehtiyacı aşağı salsa da, qiymətindən asılı olmayaraq növbənöv saatlar vitrinləri bəzəyir. Əvvəllər sadəcə dəmir və dəri kəmərli saatlar vardısa, indi muncuqlu, gümüşlü, yaylıqlı saatlar da satılır. Ən ucuzu “Sədərək” ticarət mərkəzindədir. Burda 2 manata saat almaq mümkündür. Onların nə qədər işləyəcəyi isə naməlumdur. Metrostansiyaların giriş-çıxışlarında qiymət 2 manatdan başlayıb 2 yüz manatda qurtarır.

“Azadlıq prospekti” metrosunda saat satan Şəhriyar deyir ki, mobil telefonlar çıxandan sonra qol saatları öz funksionallığını itirib: “İndi saatdan yalnız aksessuar kimi istifadə edirlər. Bir də ancaq hədiyyə üçün alırlar. Ona görə çalışırıq ki, əhalinin cibinə uyğun mallar gətirək”.

Satıcının sözlərinə görə, bazarda Çin, Koreya, Dubay istehsallı məhsullar var. Məşhur brendlərin adı altında müxtəlif ölkələrdə istehsal olunan mallara üstünlük verilir. Məsələn, dünya şöhrətli “Rodania”nın orijinalı 2 min manatdan yuxarı olduğu halda, saxtası 100 manatadır. Satıcı məhsulların keyfiyyətdə orijinaldan geri qalmadığını iddia eləyir...

Saatların işləməməsindən isə nadir hallarda şikayət gəlir: “Günə 7-8 saat satıram. Çox vaxt ya saatın kəmərini dəyişirəm, ya da daşlarını yeniləyirəm. Alıcı daha keyfiyyətli, dizaynlı kəmər istəyirsə, onun qiyməti artır. Bu saatlar uzun müddət işləyir. Nəzərə almaq lazımdır ki, malın qiyməti 5 manatdır. Həm də bu qədər bolluq içində heç saatı xarab olana kimi işlədən olur ki?”

Dözümlü, sukeçirməz İsveçrə saatları

Paytaxtda bahalı saat dükanları da var. Bu dükanlarda brend məhsulların satıldığı deyilir, mallara 1 ildən 5 ilədək zəmanət verilir. Belə saatlar zərbəyə və suya davamlıdır, kəmərləri təbii dəridən olmaqla keyfiyyətini uzun müddət qoruyub saxlayır. Daha çox hədiyyəlik alınır, gündəlik istifadə üçün bu qiymətə saat alanlar azdır. Belə brend saatların ikinci əl olanını da almaq mümkündür. Bu halda qiymətlər aşağı olur.

Gənclər arasında isə bahalı saatlara maraq yox dərəcəsindədir. Xüsusən gənc xanımlar nadir hallarda saat taxırlar. Bəziləri bilərzik formasında olan və sırf bəzək funksiyası daşıyan saatlara meyl edir.
Ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən saatlar İsveçrə saatları sayılır. Müasir dünyada İsveçrə ənənəvi saat ölkəsi kim tanınır. Paytaxtın məşhur mağazalarında satılan məhsulların baha olmasının səbəbini də məhz İsveçrə istehsalı ilə izahlayırlar.

“Aztime” saat mağazalarında qiymətlər 25 manatdan başlayır. VİP mağazanın satıcısı deyir ki, ən bahalısı İsveçrənin “Elysee” brendidir. Qiyməti 5 min manatdır. “Rodania” brendi isə 400 manatdan başlayır. Bu brendin kişi üçün qol saatları 2300, qadın üçün olanı isə 1500 manatdır.

Nizami küçəsindəki “Royal collection” mağazasında “Carrera y Carrera”, “Pasquale Bruni”, “Leo Pizzo”, “Antonini” kimi məşhur brendlərin məhsullarına rast gəlmək olar. Qiymətlər 500 manatdan 7-8 min manatadək dəyişir.

Baxmaq olar, şəklini çəkmək yox!

Dünyada qiyməti milyon dollardan yuxarı saatlar var. Bir az da bahalı saat dalınca düşdük. Üz tutduq “Azərbaycan” prospektindəki mağazalara. Burada 1000 manatdan başlayan saatların ən bahalısı
“Breguet” brendinə məxsusdur.

Hətta 40 min manata satılan kişi qol saatları da var. Satıcı deyir ki, hər saatın işlənmə mexanizmi, materiallarının tərkibi, əl işlərinin peşəkarlığı müxtəlif olduğundan qiymətlər də dəyişir. Bura daha bahalı saatlar xüsusi sifarişlə gətirilir. Digər saat mağazasında ən bahalı saat 200 min dollardır.

VMF-in küçəyə baxan vitrinlərindəki saatlara tamaşa edə-edə şirkətin mağazasına daxil olduq. Əlimizdə fotoaparatı və qələm-dəftəri görən satıcı reportaj üçün rəhbərliyin icazəsinin vacibliyini dedi. Qəribədir, hər kəsin gözlə gördüyü və qiymətləri üzərində olan saatların şəklini çəkməyə icazə verilmir. Bu qayda ilə, demək olar ki, bütün brend məhsullar satılan mağazalarda rastlaşdıq. Səbəb saatların dizaynının digər istehsalçı firmalar tərəfindən oğurlanmasının qarşısını almaqdır.

Burada qiyməti 1000 manatdan başlayan saatların ən bahalısı “Breguet” brendinə məxsusdur. 40 min manatlıq saatların başqalarından nəyinə görə fərqləndiyini soruşduq. Satıcı bildirdi ki, hər saatın işlənmə mexanizmi, materiallarının tərkibi, əl işlərinin peşəkarlığı müxtəlif olduğundan qiymətlər də qalxıb-düşür. O, qiyməti 100 min manatdan yuxarı olan saatların sifarişlə gətirildiyini dedi.

Mağazada olduğumuz müddətdə qapını açıb içəri girənə rast gəlmədik. Ümumiyyətlə, bu mağazaların qarşısından keçəndə içəridə satıcılardan başqa kimsə gözə dəymir. Satıcılar da sanki saatlara baxa-baxa saniyələrin sürətlə axmasını gözləyirlər. Əhatəndə bu qədər saat ola-ola vaxtın yerində sayması dəhşətdir!

Bahalı saatların alıcısı varmı?

“Park Bulvar”dakı brend markalarla zəngin mağazada da şəkil çəkmək arzumuz gözümüzdə qaldı. Dedilər guya, brend saatların şəkilini çəkib Çinə göndərir və onun “kopyası”nı sifariş verirlər. Satıcıya əks-arqumentimizi bildirdik. Axı, hər hansı firmaya məxsus saatın oxşarını istehsal etmək üçün çinlilərin bizə və foto-çəkilişlərə ehtiyacları yoxdur. İnternetdə istənilən saatın fotosunu əldə etmək mümkündür. Yaxud bu işlə məşğul olanların hər halda orijinal saat almaq imkanları da var. Bütün bunları satıcının diqqətinə çatdırandan sonra həmsöhbətimizi razı sala bilsək də, onun rəhbərliyi necə başa salacağının qəlizliyini düşünüb, istəyimizdən vaz keçdik.
Qeyd edək ki, bu mağazada ən bahalı saat 200 min dollardır. “CORUM” brendindən olan saat sifarişlə ölkəyə gətirilib.

Növbəti dayanacaq “Tagheuer” mağazası oldu. Burada, əsasən, İsveçrə istehsallı saatların satıldığını öyrəndik. İnanmaq istəməsək belə. Ən bahalı saatın qiyməti 1350 manat, ən ucuzu isə 990 manat...
Satıcı xanım bildirdi ki, digər mağazalarda baha qiymətə deyilən saatlar əslində İsveçrədə çox ucuzdur. Sadəcə, buradakı dilerlər öz çəkilərini, nüfuzlarını qaldırmaq üçün fantastik məbləğ müəyyənləşdirirlər. Həmin saatları heç alan da olmur.


Rəsmilərin sevimli saat modelləri

Dünyanı idarə edən siyasətçilərin vaxtı necə ölçmələri də maraqlıdır. Siyasətçilər arasında ən bahalı saatları ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni fərqlənib. O, “Vacheron Konstantin” modelindən istifadə edib. Qiyməti təxminən 600 min ABŞ dollarıdır.
Çeçen Respublikasının prezidenti Ramzan Kadırov “Bovet” markasının “Fleurier Minute Repeater with Reversed Hand Fitting” modelli qol saatına üstünlük verir. Bu saatın qiyməti 305 min dollardır, korpusu ağ qızıldan hazırlanıb. Rusiyanın baş naziri Dmitri Medvedyev İsveçrənin “Breguet” firmasının “Classique Moon Phase” modelinə maraq göstərir. Qiyməti 32 min dollardır.
Rusiya prezidenti Vladimir Putin vaxtını “Blancpain” firmasının “Leman Aqualung Grande Date” modelinə əsasən qurur. ABŞ prezidenti Barak Obama isə Çin istehsalı olan “Jorg Gray 6500" idman tipli saat taxır. Qiyməti cəmi 435 dollardır...

Naibə Qurbanova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlar bir saat geri çəkiləcək

    Saatlar bir saat geri çəkiləcək ...

    19-10-2015, 12:07

  • 
  • ANS və Azad Rəhimov davasının səbəbi – Saat bazarı

    ANS və Azad Rəhimov davasının səbəbi – Saat bazarı ...

    30-04-2014, 10:31

  • 
  • 10 qəpiklik kəmər, 50 qəpiyə “Orient” və... REPORTAJ

    10 qəpiklik kəmər, 50 qəpiyə “Orient” və... ...

    20-12-2013, 14:30

  • 
  • Namizədlər saniyəsi 50 manata danışacaqlar

    Namizədlər saniyəsi 50 manata danışacaqlar ...

    7-10-2015, 21:47

  • 
  • Bu gecə qış vaxtına keçirik

    Bu gecə qış vaxtına keçirik ...

    25-10-2014, 13:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu