Gundemxeber.az » Maraqlı » “Microsoft” şirkətinin gəliri verilən proqnozlardan çox olub
“Microsoft” şirkətinin IV maliyyə rübündə xalis mənfəəti və gəliri verilən proqnozlardan çox olub.
Gindemxeber.az xarici mediaya istinadla bildirir ki , şirkət 2023-cü maliyyə ilinin dördüncü rübündə xalis mənfəəti 20%, gəliri 8,3% artırıb. Hər iki göstərici analitiklərin gözləntilərindən daha yaxşıdır.
Şirkətin press-relizinə əsasən, aprel-iyun aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 16,74 milyard dollar və ya hər səhm üçün 2,23 dollar ilə müqayisədə 20,081 milyard dollar və ya hər səhmə görə 2,69 dollar təşkil edib. Gəlir isə 51,865 milyard dollardan 56,189 milyard dollara yüksəlib
Qeyd edək ki, ABŞ-də böyük şirkətlər maliyyə hesabat illərini özləri rüblərə bölürlər. Belə ki, “Microsoft” şirkətində maliyyə ili iyulun 1-də, “Apple” şirkətində isə oktyabrın 1-də başlayır.
Gundemxeber.az
30-04-2016, 11:09
24-04-2023, 17:14
30-08-2017, 14:25
20-12-2013, 12:17
12-12-2013, 22:15
Sorğu
Yeni dizaynımız necədir?