2013-cü ildə on aktiv qazanan milyarderdən 5-i proqram təminatı, internet texnologiyaları və informasiya texnologiyaları (İT) bazarının digər seqmentlərində var-dövlətini artırıb. Bu barədə “Wealth-X” şirkətinin apardığı araşdırmada deyilir.
Milyarderlər onluğunda var-dövlətini daha da artıranlar arasında lider olan şəxs gündə orta hesabla 37 milyon dollar qazanaraq il ərzində var-dövlətini 59,1 milyard dollara çatdıran iş adamı Uorren Baffet olub. Lakin “Microsoft” korporasiyasının təsisçisi və Direktorlar Şurasının üzvü Bill Qeyts dekabrda aktivlərin ümumi həcminə görə onu 72,6 milyard dollar üstələyib. Belə ki, B.Qeyts il ərzində 11,5 milyard dollar qazanıb.
Siyahıda milyarderlər onluğunda B.Qeyts ilə yanaşı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos (+11,3 milyard dollar), “Facebook” sosial şəbəkəsinin baş direktoru Mark Zukerberq (+10,5 milyard dollar), “Google” şirkətinin təsisçiləri Sergey Brin və Larri Peyc (hərəsi 9,3 milyard dollar) yer alıb. Reytinqdə “Apple” şirkəti daxil olmaqla texnoloji şirkətlərə investisiyalar yatırmaqla gəlir əldə edən Karl İkanın (+7,2 milyard dollar) və Yaponiyanın “Softbank” mobil rabitə operatorunun yaradıcısı Masayoşi Sanın (+10,3 milyard dollar) da adlarını çəkmək olar. - (“Digit”)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?