Gundemxeber.az » Maraqlı » Qan xərçəngi ilə mübarizə aparan körpənin anası: “İlik nəqli üçün imkanımız çatmır”
2020-ci il təvəllüdlü Gülay Orxan qızı Məmmədova kəskin limfoblast leykemiyadan əziyyət çəkir.
Gundemxeber.az bildirir ki, bu barədə Oxu.Az-a onun anası Ayşən Məmmədova məlumat verib.
O bildirib ki, Gülay artıq iki ildir xərçənglə mübarizə aparır.
“Dörd övladım var. Onlardan biri ürək xəstəsidir. Gülay isə leykozdan əziyyət çəkir. Mart ayının sonu Gülayın sümük iliyindən morfoloji müayinə üçün götürülən analizin cavabı yaxşı gəlmədi. Həkim Gülayın müalicəyə deyil, sümük iliyi nəqlinə ehtiyacı olduğunu bildirdi. Gülayın bədəni çox zəifləyib, yemək yemir. Hazırda sümük iliyi nəqli üçün nə onun bədəni hazır deyil, nə bizim imkanımız buna çatmır. Qızımın müalicəsi üçün hazırda 1 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə nömrəsi: (050) 343-40-02
Gundemxeber.az
22-03-2015, 12:10
25-05-2017, 13:51
12-06-2019, 15:31
16-06-2023, 15:32
23-07-2019, 11:46
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?