Gundemxeber.az » Maraqlı » COVID-19-un ən çox mutasiyaya uğramış variantı tapılıb
ABŞ-nin Missuri Universitetinin virusoloqlar qrupu İndoneziyadan olan bir xəstədə pandemiya tarixində COVİD-19-un ən çox mutasiyaya uğramış variantını tapıb.
Məlumata görə, bu “delta” variantının 113 mutasiya var ki, bu da “Omikron” mutasiyaların sayından iki dəfə çoxdur.
Ehtimal olunur ki, virusda olan mutasiyalara infeksiyanın xroniki gedişi səbəb olub. Bu vəziyyətdə xəstə bir neçə həftə ərzində virusa qalib gəlmək əvəzinə, uzun müddət davam edən infeksiyadan əziyyət çəkir. Bu xroniki infeksiyalar adətən immun sistemi zəif olan xəstələrdə baş verir.
Qeyd edək ki, aşkar olunan variant yalnız bir xəstədə olub, ona görə də bu ştammın daha da yayılmaq və başqa insanları yoluxdurmaq potensialının olub-olmadığı hələ aydın deyil.
Gundemxeber.az
23-08-2021, 10:20
22-12-2020, 11:41
17-07-2021, 09:18
14-01-2022, 16:26
19-07-2021, 12:49
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?