GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » "Ağ ölüm" Azərbaycan məktəblərinə necə ayaq açır? - AKTUAL

"Ağ ölüm" Azərbaycan məktəblərinə necə ayaq açır? - AKTUAL

Tarix: 6-10-2023, 14:31 Bölmə :Maraqlı Baxış: 527


"Bakıda məktəbin həyətinə narkotik alverçilərinin daxil olduğu qapı artıq bağlanıb. Apardığımız araşdırma zamanı narkotik maddə istifadəçilərinin şagirdlər olmadığı üzə çıxıb".


GUNDEMXEBER.AZ bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. O deyib ki, məktəbin həyətinə bir neçə istiqamətdən giriş qapısı mövcud olub. Məktəbin arxa tərəfindən həyətə açılan qapı açıq olduğundan, bundan istifadə edən narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olan şəxslər həyətə daxil olub:
"Məktəb rəhbərliyi artıq o qapını bağlatdırıb. Nəsimi rayonunda yerləşən 44 saylı məktəbin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb. Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb. Onun üzərindən külli miqdarda 102 qram narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".
A.Qafarov bildirib ki, məktəblilərin məktəb formasında olması və çiyinlərində çanta olması narkotik istifadəçilərinin məktəbli olmasına dair şübhələr yaratsa da, araşdırma zamanı bu iddia özünü doğrultmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Bakıdakı 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib ki, məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil.
"Yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır" - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, zaman-zaman məktəblilər arasında narkotik istifadəçilərinin olması barədə iddialar səslənsə də, bu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Amma açıqlanan statistikalar narkotik istifadəçiləri arasında məktəb yaşlı uşaqların olduğunu təsdiqləyir.
Ötən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov müsahibəsində bildirib ki, 2019 və 2020-ci illərdə narkotik istifadəçisi olan 9 yeniyetmə, 2021-ci ildə isə 14 yeniyetmə qeydiyyata alınıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticəsinə dair 2022-ci il üzrə illik hesabatı da narkotik maddə aludəçiləri arasında məktəb yaşlı yeniyetmələrin olduğunu təsdiqləyir. Belə ki, qurumun hesabatına görə, 2022-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə 8677 nəfər cəlb edilib. 2021-ci ildə isə bu rəqəm 6512 olub. Rəqəmlərdən görünür ki, son illər narkotik maddələrin satışına görə cinayət məsuliyyətinə cəlb olunanların sayı artıb. Bundan əlavə, 2022-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunanların arasında 13 nəfər 16-18 yaşlı şəxslər olub. 2021-ci ildə isə bu yaş qrupunda statistika 11 nəfər təşkil edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan Sputnik Azərbaycan-a bildirdilər ki, məktəblilərin narkotik maddə aludəçisinə çevrilməsinin qarşısını almaq üçün maarifləndirmə tədbirləri aparmaqdan başqa səlahiyyəti yoxdur. İşçi qrupundan onu da əlavə etdilər ki, daim məktəblərdə narkotiklə bağlı maarifləndirmə tədbirləri aparılır.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlər çox vaxt sosial platformalar üzərindən narkokuryerlərlə əlaqə qururlar. Onun sözlərinə görə, narkotik alverçiləri məktəblərin ətrafında müşahidə apararaq dərsdən yayınan uşaqları hədəf seçirlər. O, siqaret çəkən uşaqların daha çox narkokuryerlər tərəfindən təsir altına düşdüyünü söyləyir.
"Narkokuryerlər narkotiki məktəblilərə aşağı qiymətlərlə satırlar ki, daha tez cəlb etsinlər. Narkotik vasitələr qısa müddətdə keçid dövründə olan uşaqlarda asılılıq yaradır" - deyə Yolçiyeva bildirib. Onu da əlavə edib ki, Azərbaycanda internetdə süzgəc olmadığından narkotik maddələr barədə məktəb yaşlı uşaqlar asanlıqla məlumat ala bilirlər:
"Məktəblilər ən çox sintetik tərkibli narkotik vasitələrdən istifadə edirlər. Xüsusi laboratoriyalarda yaradılan sintetik narkotiklər çox aşağı keyfiyyətdə olduğundan qiyməti də ucuzdur. Belə narkotik vasitələr daha çox asılılıq yaradır".

Yolçiyeva onu da əlavə edib ki, son dövrlər qadınlar arıqlamaq üçün narkotik tərkibli dərmanlardan istifadə edirlər. Həmin dərmanlar sintetik tərkibli narkotikdən ibarət olduğundan, bu həmin ailələrdə uşaqların da narkotik vasitə istifadə etməsinə gətirib çıxardır. O, son illər uşaqlar arasında narkomaniyaya meyilin artdığını da söyləyib.
"44 saylı məktəbin həyətindən yayılan görüntülərdən də görünür ki, narkotik alıb istifadə edənlər məktəb yaşlı uşaqlardır. Onlar həmin məktəbin şagirdləri olmasalar da, məktəbli olduğu xarici görünüşlərindən, geyimlərindən görünür. Çox təəssüf ki, Azərbaycanda bəzən belə məlumatlar gizli saxlanılır, ictimaiyyətə açıqlanmır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbliləri narkotikdən uzaq tutmaq üçün yeganə çıxış yolu təbliğatdır. Deputat bildirir ki, məktəblilərə narkotik vasitələrin fəsadları barədə məlumat verilməlidir. Onlara "ağ ölüm" ün toruna düşməmələri üçün təşviqat işləri aparılmalıdır.
Deputat əlavə edib ki, narkomaniya dünyanın düçar olduğu bəladır. Bundan xilas olmaq üçün Azərbaycan sərhədləri, gömrük orqanları səylə çalışır. Həmçinin polis əməkdaşları narkotik alqı-satqısına qarşı ciddi mübarizə aparır. Bununla belə R. Quliyev məktəblilərin narkokuryerlərin təsiri altına düşməməsi üçün təbliğat işlərinin davam etdirilməli olduğunu söyləyir. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİN: “Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb” - VİDEO

    DİN: “Bakıda məktəbin yaxınlığında narkotik satan ...

    6-10-2023, 10:34

  • 
  • Bakıda narkotik maddələrin satışı ilə məşğul olan narkoşəbəkə ifşa edilib

    Bakıda narkotik maddələrin satışı ilə məşğul olan ...

    17-03-2018, 12:56

  • 
  • ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan erməni tutulub

    ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan ...

    24-12-2015, 23:43

  • 
  • QUSARDA NARKOTİK MADDƏLƏRİN DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXLƏR İFŞA EDİLDİ

    QUSARDA NARKOTİK MADDƏLƏRİN DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL ...

    17-02-2020, 13:40

  • 
  • Bakıda narkotik satan şəxslər tutuldu

    Bakıda narkotik satan şəxslər tutuldu ...

    27-06-2020, 17:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu