Sabiq komitə sədri Rafiq Əliyev haqda ilginc iddialar
Azərbaycanda dini qruplaşmalar çoxdur. Nurçular, vəhhabilər və digər təriqətin nümayəndələri öz fikir və amallarını yaymaq, dini ekstremizmi gücləndirmək üçün əllərindən gələni əsirgəmirlər. Bu dini qruplaşmalardan biri də Munçulardır. Onların Azərbaycanda ilk rəsmi təmsilçiləri kimi müqəddəs Pak – Şin – Çjü və Krisiofom Kralem 1994-cü ildə Bakıya təşrif buyurublar. Müsəlman dövlətlərində xristianlığı – munçuluğu yaymaqda mahir olan bu şəxslər Azərbaycanla bağlı orijinal bir plan həyata keçiriblər. Onlar Bakıda bir neçə xaricinin munçuluğu təbliğ etməsinə cəmiyyətin mənfi reaksiya verəcəyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarından ilk olaraq birini bu işə cəlb etmək qərarına gəlirlər və demək olar ki, böyük uğur da əldə edirlər. Munçular İRŞAD İslam Araşdırmalar Mərkəzinin rəhbəri Rafiq Əliyevi ABŞ-a dəvət edərək, onun vasitəsilə öz ideyalarını Azərbaycanda yeritmək qərarını verirlər. Şübhəsiz ki, bu, çox uzaqgörən bir plan idi. O vaxta kimi heç kimin ağlına belə gəlməmişdi ki, İRŞAD İslam Araşdırmalar Mərkəzinin rəhbəri xristian təriqətinin – yəni munçuların Azərbaycandakı nümayəndəsidir. Qəribədir, əhalisinin 90 faizindən çoxu müsəlman olan Azərbaycanda dini məsələlərə munçu təriqətinin nümayəndəsinin baxması heç də doğru deyildi. Bu, ölkə dindarlarının haqlı etirazına səbəb ola bilərdi. Qeyd edək ki, bu gün Rafiq Əliyevin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrlərdə onun müsəlman icmalarına qarşı aqressiyasının mahiyyəti elə məhz bununla bağlı imiş. Bu gün bir çox mənbələr vaxtilə dinimizin başında duran şəxsin xristian olmasını sübut edir. Birlik kilsəsinin Azərbaycan üzrə keçmiş təmsilçisi, Rusiya Federasiyasının vətəndaşı Mənsur Qəripov missiyanı başa vurub Vətənə dönərək verdiyi müsahibə şok təsiri yaratmışdı. Bu zaman M.Qəripovun “professor Rafiq Əliyev bizim kilsənin ilk azərbaycanlı üzvü olub və müqəddəs San Myön Mun həzrətləri tərəfindən “blessing” (bloqoslovenie) qəbul edib (yəni Munun əlindən aldığı “müqəddəs şərabı” içərək Munun təbəsi olmağa razılıq verib) O özü bunu heç vaxt gizlətmir” – deməsi isə daha çox diqqət çəkmişdi. Azərbaycan kimi ölkədə belə təşkilatı qadın alverində də suçlamaq olar. Belə ki, bu federasiyaya müraciət edən Azərbaycan vətəndaşı olan hər hansı bir qadın öncə xristianlığı qəbul etməli və Birlik Kilsəsinin üzvü olmalıdır. Sonra isə bu kilsənin hesabına 500 ABŞ dolları keçirməklə kilsənin tapdığı və San Myon Munun müəyyənləşdirdiyi xarici dövlət vətəndaşı olan oğlanla evlənmək imkanı qazanır. Hər halda, xaricə getmək arzusu ilə yaşayan və evdə qarıyan qızlar da 500 dollarlarından keçərək, bu şərtlə razılaşırdılar. Onların 500 dollar verib oğlan tapdıqdan sonra nələrin baş veridyini isə bir Allah bilir. Qeyd edək ki, 1997 –ci il 29 noyabr tarixində Bakıda Hüseyn Cavid prospektində 552 Q / 32 ünvanında bu təşkilatın belə bir mərasimi keçirilib və professor Rafiq Əliyev də San Myön Munun tərəfindən “blessing” edilmiş şəxs kimi ora qatılıb. Kimdir axı bu Munçular? Azərbaycanda öz təriqətlərini yaymaqda məqsədləri nədir? Munçuluq təriqətinin qurucusu San Myön Mun 1920 – ci ildə Şimali Koreyada doğulub. Öncə buddist, sonra xristian (“Yahova şahid”lərindən) olub. 1936 – cı ildə İsa Peyğəmbərin onun gözünə görünərək “Tanrı krallığı” qurmasını açıqlayandan sonra “Yahova şahidləri” sırasından qovulub. Daha sonra Şimali Koreyadan Cənubi Koreyaya keçib. 1954 – cü ildə Seulda bütün dinləri İncil ətrafında birləşdirmək məqsədilə Birlik Kilsəsi qurub. Lakin homoseksualizmə ittiham edilərək Cənubi Koreyada bir müddət həbsdə saxlanıldıqdan sonra ABŞ-a getməli olub. Amerikada onun ideyaları əsasən Asiyadan köçən insanlar arasında geniş yayılıb. Birlik Kilsəsinin əsas məqsədi İncil hökmləri ilə idarə olunan əsasən Asiyadan köçən insanlar arasında geniş yayılıb. Birlik Kilsəsinin əsas məqsədi İncil hökmləri ilə idarə olunan Ümumdünya Dövləti qurmaqdır. San Myön ayrı – ayrı ölkələrdən olan qadın və kişiləri Birlik Kilsəsinə cəlb edərək evləndirməklə yeni bir nəslin – onun “Allahın elçisi” olduğunu qəbul edən nəslin yetişməsinə çalışır. Rafiq Əliyev munçuların digər bir ideoloqu və Beynəlxalq Təhsil Fondunun Rusiyadakı təmsilçisi Robert Bibinin kitabını da Azərbaycan dilinə tərcümə edərək “İrşad” Araşdırmalar Mərkəzinin Adından çapına nail olub. Bu kitabın maliyyəsini də sözsüz ki, o, öz xristian qardaşlarından almışdır. 2005- ci ildə San Myönün Azərbaycana gəlişi ilə də bağlı məlumatlar var. Son illər San Myönün 300 min dollardan çox vəsait xərclədiyi də heç kimə sirr deyildir. Xristianların Azərbaycana bu qədər önəm verməsində bir məqam da diqqətdən qaçırılmamalıdır. Onlar bizim vasitəmizlə İranı ələ keçirmək istəyirlər. Bax bu dəfə də San Myön Munun ABŞ-ın kəşfiyyat orqanları ilə əlbir işlədiyini iddia edənlərə haqq qazandırmamaq olmur. ABŞ-ın bu təriqətin vasitəsilə İranda yaşayan soydaşlarımız arasında xristianlığı yaymaq istəyi bu İsmal ölkəsinin dağılmasını sürətləndirə bilər. Mənsur Qəripov bu məqsədlə bir neçə İran vətəndaşını kilsələrinə cəlb etdiyini yazır və onlardan biri Əlirza Teymurinin qorxaqlıqda suşlayır. Yəni Birlik Kilsəsinin Ə.Teymurini iki il ərzində Bakıda saxlamasına, maliyyələşdirərək təlim keçməsinə baxmayaraq, son anda o, xristianlığı – munçuluğu təbliğ etməkdən imtina edib. Burada üzə çıxan bir başqa nüans da ondan ibarətdir ki, Rafiq Əliyev vəzifəyə gələndən sonra munçularla əlaqələrinini olmasını bir qədər gizli saxlamağa maraq göstərməsidir. Onun müqəddəs San Myön Munun “Allah prinsipləri” kitabının Azərbaycan dilində çapını gecikdirməsi də bunu göstərmişdir. M.Qəripovun dediyinə görə, bu kitabla bağlı Birlik Kilsəsi “İrşad” İslam Araşdırmalar Mərkəzinə 23 min dollar pul ödəyib. Təşkilatın Azərbaycandakı nümayəndəsi Aleksandr Jiqalov Xaqani küçəsi 42 ünvanında fəaliyyət göstərmiş və hər gün müxtəlif mövzularda seminarlar keçirilmişdir. Qeyd edək ki, professor Rafiq Əliyevin Birlik Kilsəsinə üzv olması mərasimin və xaricdəki “xristian qardaşları” ilə apardığı bütün danışıqların video lenti 4 West 43rd Street, New York 10036 ünvanında saxlanılır. Bu gün Bakıda kilsələr müsəlmanlarla doludur. Kilsələr müsəlmanları bir maqnit kimi çəkir və hansısa görünməyən bir əl insanları məscidlərdən uzaqlaşdıraraq kilsələrə yönləndirir. Sözsüz ki, bu gün belə bir təbliğatın da arxasında hansısa vəzifəli şəxslər durur. Xristian dini cəmiyyətləri Uşaq evlərinə, Qocalar evinə belə ayaq açıb. İnsanların mənəviyyatı terrorla üz – üzə qalıb. Zənnimcə bu haqda hələ ki, gec deyil, düşünməyə dəyər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?