Bu gün qardaş Türkiyədə Ərdoğan iqtidarını hədəfə alan nurçuların Azərbaycanda da böyük şəbəkə olmaları faktdır. Belə ki, əslində məşhur kürd millətçisi Bədiüzzaman Səid Nursidən (Kürdi) qaynaqlanan bu ideoloji cərəyanın Azərbaycanda böyük şəbəkəsiinin olması faktdır. Onların Azərbaycanda onlarla orta məktəbi, ali məktəbi, restoranları, obyektləri və hətta telekanalları belə var. Bu isə nurçuların ölkəmizdə ciddi şəkildə himayə olunmasından gedir.
Hər halda, bu gün onlar Azərbaycanda belə bir şəkildə şəbəkələşmə fürsəti əldə ediblərsə, demək, daha dərin qatlara qədər işləyiblər.
Redaksiyamıza nurçuların Bakıda qidalandırdıqları məmurlar barəsində ilginc faktlar daxil olub. Eyni zamanda nurçuların Azərbaycandakı biznes obyektəlir, habelə dayaq nöqtələri ilə bağlı informasiyalar əldə etmişik.
Bu şok faktları yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Və biləcəksiniz ki, kimlər bu gün nurçuları ölkəmizdə bu həddə qədər inkişaf etdiriblər…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?