GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İstifadə olunmuş mobil nömrə alanları gözləyən “sürpriz”lər

İstifadə olunmuş mobil nömrə alanları gözləyən “sürpriz”lər

Tarix: 27-11-2023, 16:04 Bölmə :Maraqlı Baxış: 687


“Hazırda mobil nömrələr insanların rəqəmsal pasportuna çevrilib. Bir məsələ də var ki, istifadə olunmuş mobil nömrəyə 6 ay müddətində balans yüklənmədikdə, onun yenidən satışa çıxarılmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilməli, başqa ölkələrin təcrübəsi öyrənilməli və hüquqi baza yenilənməlidir. Əks halda şəxsin müəyyən məlumatları nömrənin yeni istifadəçisinin əlinə keçmiş olacaq”.

GundemXeber.Az bildirir ki, bunu APA-ya açıqlamasında İKT üzrə ekspert Fərid Kazımov deyib.

Ekspert bildirib ki, “GetContact” həştəqləri də nömrə sahibi haqqında arzuolunmaz məlumatlar ötürə bilər. Belə olan halda, nömrənin yeni sahibinin kontaktları bu həştəqin daha əvvəlki istifadəçiyə aid olub-olmadığını bilmədən özündə şəxs haqqında mənfi düşüncə formalaşdıra bilər.

“Əsas təhlükələrdən biri isə nömrənin bağlı olduğu sosial şəbəkələrə giriş imkanının əldə olunmasıdır. Məsələn, “Messenger” yenilənmə tələb etdikdə parol bu hesabın əvvəldən bağlı olduğu nömrəyə gəlir. Bununla da şəxs nömrənin əvvəlki istifadəçisinin profillərini ələ keçirə, elektron poçtlarına daxil ola bilər. Lakin təhlükə bununla da bitmir. Nömrənin yeni sahibi öncəki istifadəçinin bank kartı ilə bağlı məlumatlarını da əldə edə bilər. Bank kartı ilə bağlı SMS təsdiq kodu həmin şəxsə gəldikdə, artıq bütün datalar ələ keçmiş olacaq”.

Bu risklərdən qorunmaq üçün nə etməli?

Ekspert bildirir ki, bu kimi təhlükələrdən qorunmaq üçün şəxslər yeni seriyalarda satılan mobil nömrələri almalıdır.

“Azercell Telekom” MMC-dən bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən, şirkət tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir:

“Abunəçinin istifadəsinə verilən nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksəksəviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Azercell Telekom” MMC-yə ödənişli əsaslarla verilib. Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslarla istifadəçilərə, abunəçilərə verilir”, - deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, Abunə Müqaviləsinin 8.4-cü maddəsinə əsasən, “Azercell” tariflərində qeyd olunan məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür:

“Bu halda “Azercell” abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və müqaviləyə xitam verir. Müqaviləyə xitam verilməsi, nömrədə mövcud olan fərdi qaydada aktiv edilən hər hansı “Azercell” xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SIM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sıfırlanması) ilə nəticələnir. Həmin müqavilənin 8.5-ci maddəsinə əsasən, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilən nömrə “Azercell” tərəfindən başqa abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mobil telefonunuza kiminsə qulaq asdığını necə bilmək olar?

    Mobil telefonunuza kiminsə qulaq asdığını necə ...

    31-08-2015, 18:56

  • 
  • Mobil telefonunuzu kimin dinlədiyini bilmək istəyirsizsə bu 8 məxfi kodu yığın

    Mobil telefonunuzu kimin dinlədiyini bilmək ...

    16-05-2016, 19:02

  • 
  • “Şəhid nömrələrinin söndürülməməsi təklifini müsbət qarşılayırıq”

    “Şəhid nömrələrinin söndürülməməsi təklifini ...

    7-04-2016, 14:53

  • 
  • Gələn aydan mobil danışıq qiymətləri ucuzlaşacaq - Şad xəbər

    Gələn aydan mobil danışıq qiymətləri ucuzlaşacaq ...

    24-07-2013, 13:32

  • 
  • Nazir: "Azərbaycanda mobil rabitə tarifləri aşağı salına bilər"

    Nazir: "Azərbaycanda mobil rabitə tarifləri ...

    3-12-2013, 12:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu