Saxta xərçəng dərmanıyla bağlı 80 ünvanda həyata keçirilmiş əməliyyat nəticəsində 56 nəfər saxlanılıb
İstanbulda hüquq-mühafizə orqanlarının dünən səhər saatlarında həyata keçirdiyi əməliyyat nəticəsində təxminən 5000 saxta xərçəng dərmanı aşkarlanıb.
Bu barədə Türkiyə mediasının yaydığı məlumatda bildirilir ki, ayrı-ayrılıqda 80 ünvanda həyata keçirilmiş əməliyyat nəticəsində 56 nəfər saxlanılıb.
Polisin aşkarladığı şəbəkənin bir sıra dərman depoları və apteklərə də saxta dərman verdiyi bildirilir. 6 dərman deposu və 20 aptek də əməliyyat keçirilən ünvanlar sırasındadır. Depoda və aptekdə çalışanlar da şübhəli şəxs qismində saxlanılıb.
Bu xəbəri Azərbaycan mediası üçün önəmli edən əsas səbəb isə əməliyyatda ölkəmizin də adının keçməsidir. Məsələ burasındadır ki, aşkarlanan saxta dərmanların çoxunun Türkiyəyə xarici ölkələrdən gətirildiyi və Istanbulda bir ünvanda paketləndiyi məlum olub. Saxta dərmanların gətirildiyi ölkələr sırasında isə Suriya, Iraq, Misir, Iran, və Liviya ilə yanaşı, Azərbaycanın da adı var.
Məlumatda o da qeyd olunur ki, bu əməliyyat təxminən il yarım ərzində hazırlanıb. 2012-ci ilin iyulunda “Wall Street Journal”da çıxan bir xəbərdən sonra bu istiqamətdə araşdırmalar başlanıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?