GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Göy madyan vətən səmasında buludlar arasında cövlan edir - QAZİ SURXAY ƏKBƏRİ YAZIR

Göy madyan vətən səmasında buludlar arasında cövlan edir - QAZİ SURXAY ƏKBƏRİ YAZIR

Tarix: 5-03-2024, 12:24 Bölmə :Maraqlı Baxış: 841


Göy madyan - II hissə


Göy madyanın nallarının ölçüsünü də bilirdim. Atın 

getməsi, elə bil ikinci ayağımı da yoxa çıxarmışdı. Əgər o "quşqun ələ verməyib" namərdə tabe olmasaydı, yəhrləyə bilməsəm də, çılpaq minib, ehtimal etdiyim səmtə səyirdib, namərdi atdöşü edib, çığnadardım.

Naçar çaylaqdakı qum üzərinə uzanıb, gömgöy səmada buludların seyrələn parçalarından Göy madyanın xəyali rəsmini qururdum.

Dandilinin ordudan fərarilik edərək, orda-burda əyyaşlıq etdiyinin söhbəti, məndə şübhələr yaradırdı. Əsl adı Dilən idi. 1993 cür ilin avqustunda Gəncədən kəndlərinə qayıdarkən, avtobusdan düşürüb, məcburən "oblava" avtobusuna mindirib, könülsüz döyüşə cəlb etmişdilər. Könülsüz döyüşçü isə yalnız qaraltı və itkisi də ölkəyə zərər gətirən bir əşya kimidir. Heç bir 

ay çəkməmiş fərarilik edir. Fərariliyi ilə Göy madyanın göylərə çəkilməsi ilə üst-üstə düşürdü .

Şübhələr məni nə qədər qətiyyətli addım atmağa vadar etsə də, sübutsuzluq əlimi, qolumu boşalırdı.

Sonralar Dandilini həps edib hərbi tribunala verdilər. Fərari axır ki, ələ keçmişdi. Dandili damında, daşında nə qədər davar varsa hamısını satıb canını qurtardı. Əllidən çox qoyun, üç baş inək və bir camış getdi "bəraətinə". Qaldı lüm-lüt. Hadisədən çox qabaqlar özümə söz vermişdim ki, sübut əldə edə bilsəm quldurdan şikayətçi olmadan, onun bir qolunu sındırıb, bir müddət şikəst qalmasını təmin edəcəm. Ona ağrılarımı hiss etdirəcəm. Buna ehtiyac qalmadı. Rüşvət tələb edərkən, sol qolunu dirsəkdən yuxarı qırdılar. (Mənim də sol ayağım yoxdur) Qolu iki ay boynundan asılı qaldı. Qırıq qolunu boynuna alıb, günahını medal kimi yaxasında saxlamışdı.

Belələri bir sadə həqiqəti anlaya bilmirlər ki, fərariliklərindən, oğurluqlarından əslində vətəni talayanlar bəhrələnə bilər. Talan olan ölkə isə, onun inkişaf və əmin-amanlığını arzulayan cəfakeş vətəndaşı ilə birlikdə zərər görür.

Mənsur məni Bakıya işə dəvət etdikdən sonra, spirtli içkini tərgidib, on dörd il imtina etdim. Taki övladlarım ali təhsil alıb iş sahibi olub, ailə quranadək. Bütün iradəmlə ağrılara müqavimət göstərirdim. Hərdən, ağrıkəsici həblər də köməyimə yetirdi.

Göy madyanın isə unutmaqda aciz idim. Bəzən yuxularımda ona səvar olub, buludlar arasında, çox yüksəkdə muradımın hasil olmasının sevincini yaşayırdım.

Qarabağ savaşının ikinci mərhələsinin sonucunda böyük zəfər olsa da, Dandilinin qismətinə düşən acı itki məni çox kədərləndirdi. Bu hadisə bir növ ibrəti-aləm hadisə olsa da , heç arzulamadığım baş vermişdi. Ciddi işi olmayan, sayılmayan Dandilini imtiyazlı, hörmətli şəxsə çevridi. Mən qəddar deyiləm, Diləni çoxdan əvf etmişdim, Bunu açıq yazmaq bir yana, mübhəm yazmaq belə mənə işgəncədir.

Həyatın ironiyası, həqiqətən, səmimi olaraq ona rəğbət oyatdı məndə. Çünki, vətənin ərazi bütövlüyü hər bir əsgərin həyatı  mal sərvətdən üstündür, mənimçün. Hesiyyatımı əzsə də belə.

Göy madyan isə əbədi olaraq, vətən səmasında buludlar arasında cövlan edir. Onun adını Simurq qoymuşdum. Hər dəfə hörüyünə təxminən əlli addım qalmış, fit çalıb Simurq adını səsləndirəndə hörükdə cövlan edərək, kişnəyirdi. Və sadiqlik sədası göylərdən sizülüb çaylaq dərəsində əks-səda verərdi. Mən Simurqu səmada görürəm. Səsi isə əbədi "Cəngi" kimi qulaqlarımdakı mərmi səslərini üstələyir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göy madyan - Qazi Surxay Əkbəri yazır

    Göy madyan - Qazi Surxay Əkbəri yazır ...

    4-03-2024, 10:09

  • 
  • Göy bikinili aktrisa hovuz başında - fotolar

    Göy bikinili aktrisa hovuz başında - fotolar ...

    1-09-2017, 16:53

  • 
  • ​Ermənistan ordusunun daha 3 hərbçisi fərarilik etdi

    ​Ermənistan ordusunun daha 3 hərbçisi fərarilik ...

    23-10-2017, 22:17

  • 
  • Üç günəş birdən peyda oldu - VİDEO

    Üç günəş birdən peyda oldu - VİDEO ...

    23-01-2015, 22:49

  • 
  • "Barselona" Çempionlar Kubokunda "Real"ı məğlub etdi

    "Barselona" Çempionlar Kubokunda ...

    30-07-2017, 14:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu