Gundemxeber.az » Maraqlı » Ömrü uzatmağın asan yolu - Həkim məsləhəti
"Uzunömürlülük üçün gündə iki-üç fincan qəhvə içmək lazımdır".
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova deyib.
Həkimin sözlərinə görə, qəhvə oturaq həyat tərzinin zərərlərini bir qədər neytrallaşdıra bilər. Buna görə də Pavlova ilk növbədə gündə ən azı altı saat masa arxasında oturaraq vaxt keçirən ofis işçilərinə bu içkini içməyi məsləhət görüb.
"Oturaq iş zamanı qəhvədən imtina ürək-damar sistemindəki problemlər səbəbindən vaxtından əvvəl ölüm riskini artırır", - deyə həkim bildirib.
Bununla belə, endokrinoloq əmindir ki, müntəzəm olaraq qəhvə içməklə bu riski 30 faiz azaltmaq olar.
Gundemxeber.az
28-04-2022, 11:16
27-07-2020, 18:40
18-08-2021, 10:17
16-05-2024, 11:57
2-06-2017, 23:51
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?