Gundemxeber.az » Maraqlı » Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı
“Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır”.
Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib.
O bildirib ki, spirt - tərkibində etanol olan kanserogen maddədir və mədə, süd vəzi, qaraciyər, qalın bağırsaq, ağız xərçəngi də daxil olmaqla bir sıra onkoloji xəstəliklərə səbəb olur.
Həkim onu da qeyd edib ki, alkoqol təkcə xərçəngə deyil, ürək-damar xəstəliklərinə də səbəb ola bilər.
“Xərçəng riski istənilən spirtli içki qəbulu ilə bağlıdır, ona görə də, onlardan imtina etmək lazımdır. Siqareti də dayandırmalısınız, çünki tütün alkoqolun təsirini artırır. Müxtəlif xəstəliklərin qarşısını almaq üçün düzgün yemək, aktiv həyat tərzi sürmək və kifayət qədər yuxulamaq vacibdir”, - deyə həkim bildirib.
GUNDEMXEBDER.AZ
9-10-2018, 11:44
7-03-2016, 00:19
18-08-2021, 10:17
7-06-2017, 15:11
24-04-2016, 23:45
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?