Gundemxeber.az » Maraqlı » Öskürməyin qiyməti: Britaniyada işçi müdirindən 33 min dollar qazandı
Britaniyada baş verən maraqlı bir hadisə dünya mediasının diqqət mərkəzinə düşüb. Belə ki, britaniyalı qadın üzünə öskürən rəisinə qarşı 33 000 dollar məbləğində iddianı qazanıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, sağlamlıqla bağlı problem yaşayan qadın pandemiya dövründə 62 yaşlı Kevin Devis tərəfindən lağa qoyulub və qorxudulub.
Qadın "Cawdor Cars" avtomobil satış şirkətində işləyib. O, autoimmun xəstəlikdən əziyyət çəkdiyi üçün COVID-19 pandemiyası zamanı həmkarlarından sosial məsafəni qorumalarını xahiş edib. Lakin rəis işçinin xahişinə reaksiya verməyib, hətta qəsdən və ucadan onun üzünə öskürərək, onun gülünc davrandığını deyib.
Bundan sonra qadın işdən çıxmağa və məhkəməyə müraciət etməyə məcbur olub. Rəhbərliyin münasibəti qərarın qəbul edilməsinə təsir edən əsas amil olub.
"O, mənim sağlamlıq vəziyyətimdən xəbərdar idi. Bilirdi ki, qəbul etməli olduğum dərmanlar səbəbindən immunitetim yoxdur, buna baxmayaraq qəsdən üzümə öskürdü", - deyə qadın bildirib.
Məhkəmə işçiyə 33 000 dollar məbləğində kompensasiya ödənilməsinə qərar verib.
Təzminatın böyük hissəsini "Cawdor Cars" şirkəti ödəyəcək, rəis isə ədalətsiz işdən çıxarılmaya görə təxminən 5 000 dollar təzminat verəcək.
GUNDEMXEBER.AZ
3-12-2013, 10:04
25-08-2017, 11:22
23-07-2019, 10:22
24-03-2015, 12:36
20-08-2013, 14:28
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?