ABŞ-ın Massaçusets ştatında maraqlı hadisə baş verib.
Tibbi personal işləyən Mevis Uonçik lotereyada 758.7 milyon dollar mükafat qazanıb. Bunu öyrənən qadın dərhal iş sahibinə müraciət edərək istefa etdiyini açıqlayıb. Mevis deyib: "Mən onlara zəng etdim və dedim ki, qayıtmayacam. İstəyirəm ki, uzanım və özümə gəlim". Uonçik xəstəxanada 32 il işləyib. Qalib cəmi 5 lotereya bileti alıb. Onlardan ikisi kompüter proqramı vasitəsilə avtomatik doldurulub. Digər üç bileti isə Uonçik özü doldurub. Qadın biletin birinə ailə üzvlərinin doğum tarixini qeyd edib. Məhz bu bilet də uğurlu bilet olub. Qadının böyük oğlu və qızı var. Massaçusets ştatının maliyyə naziri Deb Qoldberq ailəyə pul ilə ehtiyatlı davranmağı xahiş edib.
Sorğu
Yeni dizaynımız necədir?