Google özünün keçmiş əməkdaşı Noam Şazir tərəfindən qurulan Character AI startapının alınması üçün 2,7 milyard dollarlıq müqavilə bağlayıb.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Google-un əsas məqsədi süni intellekt sahəsində araşdırmaları ilə tanınan Şaziri yenidən şirkətə qaytarmaq olub.
Şazir hazırda Google-da vitse-prezident vəzifəsində çalışır və AI alqoritmlərinin, o cümlədən Project Gemini-nin inkişafı üzərində işləyir.
Nəşrin məlumatına görə, Google sırf Şazirin geri qayıtması naminə əhəmiyyətli lisenziya haqqı ödəməyə razılaşıb. Məsələ ilə tanış olan insanların dediyinə görə, Şazir Character AI startapındakı payı ilə yüz milyonlarla dollar qazanıb. Forbes onu süni intellektin inkişafı sahəsində dahi adlandırır.
Noam Şazir 2000-ci ildə Google-da işə başlayıb. 2017-ci ildə o, generativ neyron şəbəkə texnologiyaları üçün əsas olan “Diqqət sizə lazım olan hər şeydir” məqaləsini nəşr edib. Daha sonra o, Meena chatbotunu yaratdı və gələcəkdə chatbotların axtarış motorlarını əvəz edə və Google-a trilyonlarla dollar gəlir gətirə biləcəyini açıqladı.
Şazir Character AI startapını təsis edib, iki il sonra bu startap 150 milyon dollar vəsait toplayıb və 1 milyard dollar dəyərində qiymətləndirilib. OpenAI və Microsoft-un rəqabəti qarşısında Şazire öz startapı üçün daha çox vəsait toplamağa çalışıb və nəticədə Google-un ana şirkəti Alphabet ilə razılığa gələ bilib. Müqavilə nəticəsində Şazir və bir neçə onlarla Character AI işçisi Google-a keçib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?