Bildiyimiz kimi, Sevgililər Günü – 14 Fevral yaxınlaşır. Həmin gün cütlüklər istirahət etmək və günün dadını çıxartmaq üçün yer axtarışında olurlar. Kimisi paytaxtdan uzaq yerlərə üstünlük verir, kimisi də Bakının canlı musiqili, əyləncəli məkanlarına üz tutur.
Bəs, həmin gün şou proqramlar və yemək menyusu təxminən neçəyə olacaq?
Şəhərin məşhur məkanlarının 14 Fevral qiymətlərini təqdim edirik:
“Kaddeh” restoranında səhnə önü adambaşı 250, arxa masalar isə 200 olacaq. Qiymətə menyu da daxildir.
“İstanbul meyhane”də menyu adambaşı 100-150 arasında dəyişəcək.
“Soul kitchen”da isə menyu digərlərinə nisbətən ucuzdur. Belə ki, burada 14 Fevralı qeyd etmək istəsəniz, adambaşı 80 manatınızdan keçməli olacaqsınız.
“Caravan Baku”da münasib qiymətli olanlar sırasındadır. Bu məkanda Sevgililər Gününün menyusu cütlüklər üçün, yəni 2 nəfərə 120 AZN təşkil edəcək.
“Ruby 360” restoranında 14 Fevral proqramının qiyməti adambaşı 200 manatdır.
“Niaqara” restoranında isə 3 fərqli qiymət aralığı mövcuddur. Həmin məkanda 14 Fevral adambaşı əgər VİP yerdirsə 200, ön cərgə 150, arxa cərgə 100 AZN olacaq.
Daha bir şou proqramlı məkan “Zeyd”dir. “Zeyd”də menyu Sevgililər günü üçün iki nəfərə 300-350 manat olacaq.
Daha bir büdcəyə uyğun yer “Ambiance”dir. Burada öz partnyorunuzla sizə aid olan gündə əylənmək istəsəniz, iki nəfərə cəmi 70 manat ödəyəcəksiniz.
Əgər özəl gününüzü “Dedikodu”da qeyd etmək istəsəniz, bu məkanda qiymətlər bir az fərqlidir. Burada 1 nəfər üçün menyu 150 manat, 8 nəfərə kimi VİP masalar 1000 manat, 10 nəfərə kimi isə 1500 manat olacaq.
Sonuncu məkan isə “Mangal steak house”dur. Bu restoranda Sevgililər Gününün menyusu adambaşı 150 AZN-dır./ajans.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?