GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Paytaxt restoranlarında fantastik Yeni il qiymətləri

Paytaxt restoranlarında fantastik Yeni il qiymətləri

Tarix: 25-12-2013, 15:17 Bölmə :Ölkə Baxış: 851
Paytaxt restoranlarında fantastik Yeni il qiymətləri
Yüngülvari Yeni il şənliyi adambaşına orta hesabla 100 manata, 4-5 nəfərlik ailəyə isə 600-800 manata başa gəlir

Azərbaycan Yüngülvari Yeni il şənliyi adambaşına orta hesabla 100 manata, 4-5 nəfərlik ailəyə isə 600-800 manata başa gəlir

Yeni ilin gəlməyinə artıq sayılı günlər qalıb. Bütün dünya bayramı xüsusi təmtəraqla qarşılamağa hazırlaşır. Azərbaycanda isə bayram təkcə yeni ilin gəlməsi ilə bitmir, 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Yəni həmin gün xalqımız üçün ikiqat bayramdır. Təbii olaraq, həmin gün hər kəs öz büdcəsinə görə hərəkət edəcək.

Adətən insanların əksər hissəsi bayramı öz evində, bir qismi xaricdə, digərləri isə restoranlarda keçirməyə üstünlük verir, paytaxtın çoxsaylı əyləncə və istirahət mərkəzlərinə üz tuturlar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-biri ilə rəqabətə girərək daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün “dəridən-qabıqdan” çıxırlar. Bu da restoranlarda qiymətlərə təsir edir. Biz də “Kaspi” qəzeti olaraq Bakıda Yeni il şənliyi təşkil edən əyləncə məkanlarında təklif olunan qiymətlərlə bağlı kiçik bir araşdırma apardıq. Yeni il proqramı təklif edən bir neçə restoranla müştəri kimi əlaqə saxlayıb, qiymətləri və proqrama nələrin daxil olduğunu öyrəndik.

Restoranların əksəriyyətində eyni zalda bir neçə qiymət təklif edilir. Qiymət arasındakı fərqin səbəbi müştərinin səhnəyə yaxın olması ilə əlaqədardır. Belə ki, şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər.

60-350 AZN-lik menyu

Məşhur şadlıq saraylarından sayılan “Buta Palace” hər il olduğu kimi, bu il də Yeni il şənliyi ilə bağlı maraqlı proqram hazırlayıb. Burada həm uşaqlar, həm də böyüklərin əylənməyi üçün şərait yaradılacaq. “Buta Palace”ın administratoru bizimlə söhbətində bildirdi ki, dekabrın 31-i günü məşhur sənətçilər dünya və rus musiqiləri ilə burada çıxış edəcəklər:

“Yeni il ərəfəsində David Vandetta, skripkaçı Micah, Bianchi qonaqları əyləndirəcək. Menyularımız və qiymətlər isə yerə və zala uyğun olaraq dəyişir. Biletlər VIP zonada 300-350 AZN, GOLDEN zonada 120-150 AZN, STANDARD zonada isə 60 AZN-dən başlayır”. Administrator vurğuladı ki, sonuncu zonada olan vətəndaşlar üçün heç bir menyu yoxdur, onlar sadəcə, ayaq üstə konserti izləyə biləcəklər.

Qiymətlər cib “yandırır”

“Fayton” restoranında da qiymətlər cib “yandırır”. Belə ki, burada menyu 150 manatdan başlayaraq yüksələn xətlə davam edir. Administrator qəzetimizə açıqlamasında bildirdi ki, şou-proqram axşam saat 10-dan başlayacaq, səhər 6-ya qədər davam edəcək: “Ödəniləcək məbləğə möhtəşəm təşkil olunmuş şou-proqram, yemək-içmək daxildir. Menyuda isə isti və soyuq məzələr, kabablar, qutablar, alkoqollu və alkoqolsuz içkilər, Yeni il gecəsi partlatmaq üçün şampan var. Yeni il gecəsi məşhur müğənnilər də çıxış edəcəklər”.

“Şouya çox pul ayrılıb”

“Oazis” şadlıq sarayında proqram axşam saat 7-dən başlayacaq səhər saat 5-ə kimi davam edəcək. Qiymətlər isə menyulara müvafiq olaraq dəyişir. Burada ən ucuz menyu 100 manat, ən baha isə 150 manatdır. Restoranın administratoru bildirdi ki, şouya xüsusilə çox pul ayrılıb: “Yeni il gecəsi insanlar daha çox əylənməyə, oynamağa üstünlük verirlər. Bu səbəbdən də bizim restoran 31 dekabr günü möhtəşəm şou-proqram hazırlayıb. Məşhur müğənnilər Faiq Ağayev və Röya da həmin gecə çıxış edəcəklər. Bundan əlavə, fokus və rəqs qruplarının maraqlı çıxışları gözlənilir. Menyuda isə “soyuq” yeməklərdən tutmuş isti yeməklərə qədər hər şey, eyni zamanda içkilər də var”.

“Cıdır” restoranı Yeni illə bağlı xüsusi proqram hazırlamadığı üçün menyu digərlərinə nisbətən ucuzdur. Burada ən ucuz menyu 50 manatdan başlayır, 100 manata qədər davam edir.

“Altun”a giriş biletlədir

“Altun” restoranına bayram günü giriş biletlə olacaq. Bu restoranda 2014-cü ili qarşılamaq digər restoranlarda olduğu kimi, insanlara baha başa gələcək. Belə ki, bayram günü restorana daxil olmaq üçün lazım olan biletlərin qiyməti 100-150 manat arasında dəyişir. Administratorun sözlərinə görə, restoranda iddialı və möhtəşəm şou-proqramla qonaqları əyləndirəcəklər.

“Xəmsə” restoranı da saat 9-dan etibarən Yeni il şənliyinə start verəcək. Tədbir səhər saat 6-ya qədər davam edəcək. Menyu isə 80 manatdan başlayıb 160 manata qədər olacaq.

Araşdırmalarımızdan da məlum olduğu kimi, restoranlar fantastik qiymətlərlə öz qonaqlarını gözləyirlər. Restoranlarda yüngülvari Yeni il şənliyi adambaşına 100 manat, 4-5 nəfərlik ailəyə 600-800 manata başa gəlir.
Qeyd edək ki, mütəxəssislər yeni ildə bahalaşmanı son illər ərzaq məhsullarının və digər xərclərin artması ilə əlaqələndiriblər. Araşdırmalara görə, Yeni il ərəfəsində restoranların qiymətləri 20-25 faiz bahalaşır. Onu da vurğulayaq ki, baha olmasına baxmayaraq, bayram günlərində kafe-restoranlarda, əyləncə mərkəzlərində boş yer tapmaq mümkün deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkərandakı uşaq evində Novruz şənliyi keçirilib

    Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkərandakı ...

    21-03-2016, 14:57

  • 
  • ZAQATALADA ÜNVANLI SOSİAL YARDIM 800 MANATA SATILIR

    ZAQATALADA ÜNVANLI SOSİAL YARDIM 800 MANATA ...

    9-02-2016, 16:48

  • 
  • Bu gün zəhmətkeşlərin beynəlxalq həmrəylik günüdür

    Bu gün zəhmətkeşlərin beynəlxalq həmrəylik günüdür ...

    1-05-2014, 10:39

  • 
  • 7 manata başa gələn qaz əhaliyə 100 manata satılır

    7 manata başa gələn qaz əhaliyə 100 manata satılır ...

    11-12-2013, 12:34

  • 
  • Yeni il atributları neçəyədir?

    Yeni il atributları neçəyədir? ...

    28-12-2013, 01:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu