Meksika hakimiyyəti "Google" şirkətinin "Amerika Körfəzi" adından istifadəyə davam etməsi halında məhkəməyə müraciət edəcək.
GUNDEMXEBER.AZ xarici mediaya xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeinbaum bildirib. O vurğulayıb ki, ABŞ öz kontinental şelfi ilə bağlı fərman qəbul edib, lakin Google-un Meksika və Kuba üçün toponimləri dəyişdirmək hüququ yoxdur. Fevralın 11-də "Google" rəsmi olaraq "Meksika Körfəzi"nin adını dəyişdirərək "Amerika Körfəzi" adlandırmağa başladığını və ABŞ-dəki istifadəçilərin artıq bu yeniliyi görə biləcəyini açıqlamışdı. Daha sonra "Apple" da Google-un ardınca öz xəritələrində "Meksika Körfəzi"nin adını "Amerika Körfəzi" olaraq dəyişdirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?