Alkoqolun nisbətən təhlükəsiz dozası 10 ml tünd içki və ya təxminən 50 ml pivə hesab olunur.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu psixiatr və narkoloq Andrey Tyurin bildirib. Eyni zamanda, həkim qeyd edib ki, az sayda insan belə az dozada pivə qəbul edir. Onun sözlərinə görə, insanlar, adətən, bir dəfəyə ən azı 500 ml köpüklü içki içirlər, bu da 40-60 ml tünd spirtə bərabərdir. "Əgər insan üç belə stəkan içirsə, təsir baxımından bu doza 150 ml araq, viski və ya konyaka bərabərdir", - deyə Tyurin xəbərdarlıq edib. Həkim xatırladıb ki, həddindən artıq spirtli içki qəbulu qaraciyər, böyrək, beyin və digər həyati vacib orqanlara zərər verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?