Gundemxeber.az » Maraqlı » Alimlər insan saçından diş məcunu hazırlayacaqlar
London Kral Kollecinin tədqiqatçıları insan saçından hazırlanmış diş məcununun zədələnmiş dişləri ftor əsaslı məhsullardan daha yaxşı bərpa edə bildiyini müəyyən ediblər.
Bu barədə "Naked Science" nəşri xəbər verir.
Alimlərin sözlərinə görə, diş minası, sümüklərdən fərqli olaraq, öz-özünə bərpa olunmur, çünki onun tərkibində canlı hüceyrələr yoxdur. Araşdırmaya görə, insan saçında olan keratin maddəsi dişləri kariyesdən qoruya və hətta zədələnmiş minanı bərpa edə bilər.
Bioloqlar müəyyən ediblər ki, möhkəmliyinə görə yalnız xitindən sonra gələn keratin kalsium və fosfat ionları (ağız suyunda mövcud olan maddələr) ilə reaksiyaya girərək diş səthində mina ilə eyni funksiyaları və quruluşu olan qoruyucu kristal təbəqə yarada bilir.
Hazırda diş həkimləri mina qorunması üçün əsasən sintetik qatranlardan istifadə edirlər, lakin bu maddələr yalnız qısa müddət kosmetik effekt verir və prosedurların təkrar olunmasını tələb edir. Keratin üsulunun üstünlüyü isə onun ekoloji cəhətdən təmiz olmasıdır.
Qeyd edilir ki, keratin insan saçında, dırnağında, dərisində, həmçinin qoyun yununda, eləcə də məməlilərin iynə, buynuz və dırnaqlarında olur.
Belə məcunların iki-üç il ərzində satışa çıxacağı gözlənilir.
31-01-2025, 23:48
6-02-2017, 23:31
14-08-2017, 18:46
18-02-2017, 21:09
24-04-2016, 23:45
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?