Rusiyanın Sverdlovsk vilayətində 26 il əvvəl 10 yaşlı qız uşağını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "E1.ru" nəşri məlumat verib.
Mənbənin sözlərinə görə, qızcığazın qətlinə səbəb qisas ola bilərdi, belə ki, o və anası cinayət işi üzrə şahid olublar. Cinayəti törətdikdən sonra şübhəli şəxs başqa şəhərə gedib, onun ailəsi və uşaqları var. İndi o, Yekaterinburqa aparılıb. Saxlanılan şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Qeyd edək ki, uşağın taleyi 1999-cu ildən naməlum olaraq qalırdı. O zaman qızcığaz avqustun 7-də Kuznetsovski qəsəbəsindəki evindən çıxmış və bir daha geri qayıtmamışdı/oxu.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?