"Ferrari" şirkətinin və "Stellantis" konserninin Direktorlar Şurasının sədri Con Elkann vergi fırıldağı ilə bağlı istintaqı nizamlamaq üçün ictimai işlər görməyə və böyük məbləğdə cərimə ödəməyə razılaşıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Con Elkann, həmçinin onun qardaşı Lapo Elkann və bacısı Cinevra Elkann ümumilikdə 183 milyon avro ödəyəcəklər.
Sövdələşmənin bir hissəsi olaraq, Con Elkann bir il ictimai iş görəcəyini də öhdəsinə götürüb.
Elkann ailəsinə qarşı cinayət təhqiqatı İtaliya vergi polisi tərəfindən 2024-cü ildə başlanıb. İttiham onların nənələri Marella Karaççiolo vəfat etdikdən sonra miras qalan məbləğdən vergi ödəməmələri ilə bağlı olub.
İtaliya hökuməti mirasın miqdarını 800 milyon avro həcmində qiymətləndirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?