Bu gün mövsümlər arası transfer pəncərəsi bağlanır. Lent.az-ın “Transfermarkt"a istinadən məlumatına görə, "transfer bazarı"da ən çox pul xərcləyənlər ingilis klubları olub. İngiltərə liqalarında çıxış edən komandalar yayda futbolçu yerdəyişmələri üçün ümumilikdə 1 milyard 30 milyon avro sərf ediblər. İkinci yeri isə İspaniya klubları tutur. İspan komandaları 482 milyon avro dəyərində oyunçuları heyətlərinə cəlb ediblər.
Türkiyə klubları isə 72 milyon avro xərcləyib. Bu onları 9-cu edib.
Siyahını sizə təqdim edirik
1. İngiltərə Premyer Liqası - 1,03 milyard avro 2. İspaniya La Liqası - 482 milyon avro 3. İtaliya A Seriyası - 317 milyon avro 4. Almaniya Bundesliqası - 284 milyon avro 5. Fransa Liqa 1 - 131 milyon avro 6. İngiltərə Çempionşip - 101 milyon avro 7. Portuqaliya Premyer Liqası - 98 milyon avro 8. Rusiya Premyer Liqası - 73 milyon avro 9. Türkiyə Superliqası - 72 milyon avro 10. Qətər Liqası - 57 milyon avro
Sorğu
Yeni dizaynımız necədir?