Qorxunc "Labubu" oyuncaqlarını istehsal edən Çin şirkəti "Pop Mart"ın səhmlərində apreldən bəri ən böyük eniş baş verib.
Bu barədə "Financial Times" məlumat verib.
Qeyd olunur ki, bu, oyuncaqlara bundan sonra tələbatın olmayacağı qorxusu fonunda baş verib. Qiymətlər dərhal təxminən 9% düşüb, baxmayaraq ki, illik hesablamada 180% artım qorunub saxlanılır.
Analitiklər xəbərdarlıq edirlər ki, "Labubu"nun uğuru şirkətin bəlkə də qısamüddətli tendensiyadan asılı olmasına gətirib çıxara bilər. Bildirilir ki, şirkət hazırda illik gəlirdən təxminən 29 dəfə çox olan dəyərləndirməsini qoruyub saxlamaq üçün yeni populyar personajlar buraxmağa davam etməlidir.
Bu arada, 2025-ci ilin birinci yarısında "Pop Mart" şirkətinin mənfəəti 350% artıb. Şirkətin səhm qiyməti 34 dollardan 270 dollara qalxıb. "Pop Mart"ın təsisçisi Van Nin isə 2025-ci ilin iyun ayında 21.4 milyard dollar kapital ilə Çinin 10 ən varlı insanının siyahısına daxil olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?