GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Dilənçi ana: “Onun mənə yasəmən alması yadımdan çıxmaz”

Dilənçi ana: “Onun mənə yasəmən alması yadımdan çıxmaz”

Tarix: 3-02-2014, 01:01 Bölmə :Müsahibə Baxış: 856
Dilənçi ana: “Onun mənə yasəmən alması yadımdan çıxmaz”

Səfil günə salınmış qadınla söhbət

“Əhmədli” metrosunun girəcəyindəki yaraşıqlı, iri supermarketin tinində oturan bu qadınla arada qarşılaşaram. Olub ki, yarıyumulu ovcuna 20 qəpik qoyub keçmişəm. Elə vaxtlar da olub ki, heç ona tərəf boylanmamışam da.

Yüzlərlə, minlərlə insan kimi yanından laqeyd keçmişəm. Bu adam burda heç yox imiş kimi. Ətrafda sıralanan hündür mərtəbəli binaların fonunda bu qadının oturuşu nağıllardakı oğlu tərəfindən meşədə azdırılan bədbəxt qarını xatırladır. Ötəri müşahidələrimə söykənib də oturduğu yerdən saatlarla tərpənmədiyini müşahidə etmişəm. Sol ovcunun yarıaçıq “baxışları” yanından keçən laqeyd, tələsik insanların əllərinə dikilir, gözləri isə ayaqlarının ucuna. Bu gün də belə idi...

“Allah əvəzini versin”

“Utanır yəqin, – fikirləşdim,- tanış-zad görər deyə, həya edir”. Bu qadın gözlərimizin öyrəşdiyi sırtıq dilənçilərdən deyil. İnsanlara dua edib əl açan, ardınca düşüb dil tökən, sədəqə almayanda isə arxasınca deyinənlərdən çox fərqlidir. Fikir verirəm. Aldığı sədəqəyə görə eyni sözü təkrarlayır: “Allah əvəzini versin”.

Soyuqdur, ayaqlarım üşüyür

Yaxınlaşmaq istəyirəm. Elə bu zaman qarşıdakı köşkdə meyvə-tərəvəz satışı ilə məşğul olan satıcı oğlan mandarinin qabıqlarını təmizləyir, yarısını öz ağzına qoyur, parasını da qadına uzadır:

– Götür, vitamindi, at ağzına, ye! - deyir.


Qadın təşəkkür edir. Dişləri sağlamdır. Heç özü də o qədər yaşlıya oxşamır. Yaxınlaşıram. Ovcuna qoyduğum 2 ədəd iyirmi qəpikliyin cingiltisinə sakit səslə: “Allah əvəzini versin!” sözləri dilinin ucundan “sürüşür”.

- Soyuq deyil?- soruşuram.

Başını qaldırıb üzümə baxır. Möhkəm bağlanmış yaylığının altından birçəyinin “pırtlamış” saçları görünür. Çox, həddən artıq məzlum sifəti var. Elə məzlum səslə də cavab verir:

- Soyuqdur. Ayaqlarım üşüyür.

- Bax, burda karton qutular var, qoy ayaqlarının altına. Soyuğun qarşısını alacaq. Çəkmələrin də islanmaz.

- İndi gedəcəyəm onsuz da...

- Hara gedəcəksən?

- Bura,- əlini arxaya, “Bakı” kinioteatrı tərəfə uzadır,- “Bakı”nın yanındakı uzun doqquz mərtəbədə oluram.

- Adın nədir?

- Sona..

- Sona xala, mən üç aya yaxındır ki, səni burda görürəm. Nə əcəb səni burdan qovmurlar?

- Polisi deyirsən? Mən polisə nə pislik edirəm ki? Çörək pulumu yığıb gedirəm. Xeyli vaxtdır gəlirəm bura, günorta namazına qədər oturub, gedirəm...

Özüm kürdəm, ərim talış

- Həyat yoldaşın var?

- Var idi. 1994-cü ildə ermənilərə əsir düşən ləzgi metroya qaz buraxdı ha, bax onda zəhərləndi, öldü. Oradan sağ çıxdı, çıxmağına, ancaq sonradan öldü.

- O vaxtdan dilənirsən?

- Yox. Ərim də, özüm də zavodda işləyirdik. “Dzerjiniski” adına zavod var ha, orda. İndi yoxdur o zavod. Var e, day hökumətin deyil.

- Haralısan?

- Suraxanıda böyümüşəm. Əslim Kəlbəcərdəndir. Kürdəm mən. Ərim talış idi. Lerikdən. 1965-də bura gəlin köçmüşəm. Sonra da zavoddan ev verdilər burda.

Suraxanı dilini bilirəm

- Kürd dilində bilirsən?

- Yox, hardan bilim ki, qonşular bizə kürd deyirdi. Atam əsəbiləşərdi. Mən rus dilini, bir də Suraxanı dilini bilirəm. Orda böyümüşəm axı..

- Suraxanı dili hansı dildi elə?

- Qarğa dili deyirlər, tat dili deyirlər. Talışların, iranlıların dilinə oxşayır...

Qayınatası qoymur oğlum mənə baxsın

- Övladın var?

- Hə, bir oğlum var. Yaxşı baladır...

- Bəs, o yaxşı bala sənə niyə imkan verir ki, dilənəsən?

- Qayınatası qoymur oğlum mənə baxsın...

- Niyə?

- Nə bilim... Oğlum pis uşaq deyil...

- İşi-gücü var?

- Hə. Əvvəl qayınatası apardı yanına. Tikintidə iş vermişdi ona. Sonra uşaq orda dözmədi. Burda yaxında kompüterdə işləyir. Qazancı azdı. Pensiya kartımı ona verirəm. Neynəsin, yazıq xəstədir...

“Gemoroy”u vardı

- Nə olub ki?

- Heç, “gemoroy”u vardı. Pul yığdım, “oparis” elətdirdim. Soyuq olanda əziyyət çəkir. Sağaltdım, göndərdim ailəsinin yanına... Amma yenə də qayınatası qoymur mənim yanıma gəlsin. Mənim ikiotaqlı evim var. Qoymur bir yerdə qalaq, ona kirayə ev tutub. Heç kirə pulunu verə bilmir yazıq uşaq...

- Yəqin pis qaynanasan da, gəlini incitmisən...

- Gəlinlə heç bir il yaşamadım ki, bir yerdə... incidəm də. Qudam mənə xəbər göndərir ki, evi keçirdim nəvəmin adına. Deyirəm, elə ev onundur da. Oğlum ora qeydiyyatdadır axı. Deyir yox e, vəsiyyət elə ki, sən öləndən sonra ev nəvənə qalacaq.

- Deyir elə də... Onsuz da qanunla ev onlara qalacaq.

- Qorxuram. Birdən uşağa - oğluma nəsə olar, ya da qovub atarlar küçəyə, evə buraxmazlar. İstəmirəm uşağım mənim kimi balasına həsrət qalsın...

Ayaqqabılarından tanıyıram

- Sona xala, adamlar sənə kobud söz demir ki?

- Niyə desinlər ki, mən ki, onların cibinə girmirəm, yerlərini dar eləmirəm. Oturmuşam burda, pul verən də sağ olsun, verməyən də. Özü də mənə pul verənlərin çoxu eyni adamdır...

- Nədən bilirsən? Sən ki, başını qaldırıb onların üzünə baxmırsan.

- Ayaqqabılarından tanıyıram. Gözlərim öyrənib onların başmaqlarına...

Oğlum məni aparsa sevinmərəm

- Sona xala, birdən oğlun gəldi, qolundan tutdu, apardı özüylə, sevinərsən?

- Yox.

- Niyə?

- Onda onu qayınatası incidər, boşatdırar, uşağını görə bilməz. Bilirsən, uşağına həsrət qalmaq nə deməkdir? Haradan biləsən, Allah heç kəsi mənim günümə salmasın...

- Nə üçün sirrini mənə verirsən, ürəyini mənə açıb danışırsan?

- Nə bilim, sən olmasan da başqası mənimlə maraqlansaydı, danışardım yəqin. Sən adamla, adamın qohumu kimi danışırsan.

Məni metroya qoymurlar

- Bura soyuqdur, qar yağıb, şaxtadır, adamlar da tələsik keçib gedir. Nə əcəb metroya girmirsən, həm isti, həm də adamlar bol...

- Bəxtəvərlikdən danışırsan. Metroya bir yerə getmək üçün qoymurlar məni. Elə bilirlər, dilənməyə girirəm. Ona görə də metroya minəndə Xalqlara (“Xalqlar dostluğu” metrosunu nəzərdə tutur. - F.B) gedirəm.

“Sapaşki” istəyirəm

- Nə istəyirsən? Nəyi arzulayırsan?

- İstəyirəm hər şey yaxşı olsun, nəvəmin toyu olsun, məni də dəvət etsinlər. Birdə isti “sapaşki” istəyirəm. Bunu bir arvad aldı mənə, aşağıdan metrodan. Gördü “basanuşka”dayam. 13 manat verdi, alıb ayağıma geyindirdi. Heç bir ay deyil e, bax, qabığı qopub.

- Sona xala, ən çox yadında nə qalıb?

- Çox şey yadımda qalıb, yadımdan heç nə çıxmır. Oğlumu doğanda sancı çəkməyim, onun anadan olan kimi ağlaması, ərimin mənə yasəmən gülü göndərməsi həmişə yadımdadır.

- Ərin yuxuna girir?

- Yox, girmir. Mən onun qəbrinin üstündə yasəmən gülü əkmişəm...

Sona xala ilə söhbətimizə diqqət kəsilənlər olur. Bəzi adamlar arada onun ovcuna qəpik-quruş atıb sakitcə gedir. Hamını da eyni sözlə yola salır: “Allah əvəzini versin”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yenicə ana olan qadın meşədə özünü asdı

    Yenicə ana olan qadın meşədə özünü asdı ...

    28-09-2013, 18:26

  • 
  • 30 yaşlı qadın Facebookda tanış olduğu kişi tərəfindən zorlandı – FOTO

    30 yaşlı qadın Facebookda tanış olduğu kişi ...

    14-12-2014, 01:44

  • 
  • Evli kişinin hamamda yad qadınla meyiti tapıldı (FOTO)

    Evli kişinin hamamda yad qadınla meyiti tapıldı ...

    12-02-2016, 19:33

  • 
  • Türkmənistana satılan qadının dəhşətli taleyi 18+

    Türkmənistana satılan qadının dəhşətli taleyi 18+ ...

    24-07-2014, 14:19

  • 
  • İstanbulda terror aktı törədən 18 yaşlı dağıstanlı qadınla bağlı yeni məlumat (FOTO)

    İstanbulda terror aktı törədən 18 yaşlı ...

    17-01-2015, 02:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu