GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türkmənistana satılan qadının dəhşətli taleyi 18+

Türkmənistana satılan qadının dəhşətli taleyi 18+

Tarix: 24-07-2014, 14:19 Bölmə :Ölkə Baxış: 0
Türkmənistana satılan qadının dəhşətli taleyi 18+


Viləşçayın qıvrıla-qıvrıla axan qayalıq hissəsində, dəmirağacının xırda, amma sıx yarpaqlarının kölgəsində oturub tum satan qadının hərəkətləri məndə ona qarşı maraq oyadır.


Yaşı o qədər də çox olmaz, təxminən 50-55. Yelçəyinin altından sivişib çıxan saçları ağarıb. Sanki əlini pörtüblər, qırmızıya çalan quru dəri yanmış kimi görünür. Arada söyüşlə danışır. Bu çay boyu “səpələnmiş” kafelərin ona ərk edən, tanıyan, əldə-ayaqda qaçan “bic-vələdüzzinaları” ilə olur. Bura istirahətə gələn gənclər meşəyə gəzməyə gedərkən ondan tum alır, əvəzində, “Allah əvəzini versin” alqışını eşidirlər.

Qadının geyimi səliqəlidir. Ağzı isə boş dayanmır, gah qaynadılmış qarğıdalının dənələrini ovuclayıb yeyir, gah da öz-özünə nə isə danışırmış kimi çənəsi tərpənir.

Yaxınlaşıram. Salam verirəm. Özümü kölgəyə, kürəyimi ağacın gövdəsinə verib suların sivirib hamarlaşdırdığı daşın üstündə otururam.


Bunlar olmasa


- Adamlar yorulmaq bilmir, aşağı-yuxarı hərəkət edirlər, - bu sözləri qadını söhbətə çəkmək üçün deyirəm. Cəhdim ilk andan alınır.

Qadın:

- Burada niyə yorulsunlar ki? Gəliblər yorğunluqları çıxsın. Allah bərəkət versin bu adamlara, bunlar olmasa acından ölərik...

- Mən pis məna da demirəm ki, eləcə daşlıq-qayalıqdır. Yixilarlar, qol qıçları sınar..

Qadın qarşısında dəsmala bükülmüş qazandan qaynadılmış bir qarğıdalı götürüb mənə uzadır:

- 50 qəpikdir. Al ye, gözlərinə işıq gəlsin. Peyğəmbərbuğdasıdı. Yıxılıb qıçları sınmırsa, buna da şükür eləmək lazımdır. Ölmürlər ki... Doxturlar da dolanmalıdır, ya yox? O da onların yeməyi üçündür...


Molla “kopoolu”...


Qadın söhbətcildir. Onunla söhbətin alınacağına inanıram.

- Gərək elə həkim qolu-qıçı sınandan dolansın?

Qadını gülmək tutur. Uğunub gedir. Deyəsən əhli-kefdir – fikirləşirəm.

- Ay adam, mən hələ mollaları demədim. Molla kopoolu da dolanmalıdır da, gərək ölü düşə, bunlar da gedib cücə-plov yeyələr, - gülüşünə fasilə verib deyir bunları. Mollaların da ruzisini verdikdən sonra oturduğu yerdən azca qalxır, altındakı döşəkcəni rahatlayıb, yenidən oturur. Qulaqlarındakı qədim lola sırğalar səs salır. Sırğaların ağırlığında qulaqların deşikləri genəlib.

- Bura bərəkətli yerdi. Burda ac qalanın başına Viləşin daşı düşsün. Gərək təpərin ola. Sən də istirahətə gələnsən?

- Hə, amma çox qala bilməyəcəm. Qayıdacam şəhərə.

- Vannaya giribsən? Heç xəstəyə oxşamırsan, maşallah sifətin turp kimidir.

Qadının bu qədər sərbəstliyi xətrimə də dəyir. Amma söhbəti yarımçıq saxlamıram:

- Mən yazı-pozu adamıyam, istəyirəm səninlə bir balaca söhbət edəm. Razısan?

- Mənim nəyimdən yazırsan. Get buranın böyüklərindən yaz, bu da sənin ruzun olsun. Əliaçıq allah adamıdı.

- Yox, mən onlardan yox, səndən yazmaq istəyirəm. Kimsən, nəçisən, adın nədi və sairə...

Qadını salmağın yolunu yaxşı bilirdim. Əslində, mən artıq onunla söhbətə başlamışdım. Amma özünün bilməsi də vacib şərt idi. Axır ki, razılaşır:

- Köşəm yox, köşəyim yox. Ərim yox, balalarım yox. Nə olacaq ki, kimdən çəkinim ki... yaz da...


İstirahətə gələn arvad xeylaqlarını...


Və başlayır hekayətini danışmağa:

- Adım Qızbacıdı. Dağın o üzündəki kənddənəm. Havalar isti olduğu üçün elə burda da qalıram. Yer götürmüşəm. Yaxşı yerdir. İstirahətə gələn arvad xeylaqlarını öz yerimdə yerləşdirirəm. Deyirəm ki, mənim qonaqlarımdı. Müalicə, vanna pullarını ora ödəyirlər. Qalmaq pullarını isə mən alıram. Allaha şükür, 5-10 manat da oradan qalır. Tək qadınam. Kəfənniyimi, o dünyalığımı hazırlamışam.


İki dəfə ərə getmişəm


- Deyirsən təksən, maşallah cavanlığında çoxunun bağrını partladana oxşayırsan, nə əcəb ərə getməyibsən?

- Niyə getməmişəm, düz iki dəfə ərdə olmuşam. Bəxtim gətirmədi. Uşağım olmadı. Sonra da başıma müsibətlər gəldi.

- Hər iki ərin səni boşadı?

- Yox birindən qaçıb canımı qurtardım. Türkmənə ərə getmişdim. Daş başına olmuş iy verirdi. Ayda bir dəfə güclə çimizdirirdim. Elə hey üstümə qışqırırdı: “Niyə doğmursan, mən uşaq istəyirəm”. Başqa arvadından uşaqları vardı. Mənə deyirdi ki, durmuşa gəlibsən, doğmayıbsan”.

- Ərinin adı Durmuş idi?

Qazbacının gülüşü daşlara çırpılır. Ürəkdən gülür:

- Yox e. Başı batmışlar ərə getməyə “durmuşa getmək” deyirlər, - yenə də gülür. – Dedim, daş düşsün sənin durmuşunun başına. Bilsəydim, heç gəlməzdim.


Məni satdı


- Bəs yaxşı, niyə Türkmənistana ərə getdin?

Hə, bax bu sualdan sonra Qızbacının sifəti dəyişdi, gözləri çayın qarşı tərəfindəki qayalığa, meşəliyə dikildi. Baxışları ilə sıx ağacların arxasında qalmış gənclik illərini axtarırdı sanki. Bayaqkı şux, zarafatcıl adamdan əsər-əlamət yox idi...

- Məni bir bacısı q... aldatdı, satdı keçisaqqal türkmənə. Apardı, ömrümü-günümü qara elədi.

- Necə satdı?

- Bayram adı bir kəndçimiz vardı. Türkmənistanda yaşayırdı. Pambıq zavodunda işləyirdi. Kəndə gəlirdi. Yaxşı pullu adam idi. Kənddən çox adamı aparıb işə düzəltmişdi. Hörmətli adam idi. Vaxtı keçmiş qızları da aparardı. Ev-eşik yiyəsi edərdi. Mən cavan idim, gözəl idim. Kəndə məni istəyənlər də vardı. Nənəm qəbrinə p.. olmuşa bir az parçadan-zaddan pay vermişdi. Demişdi ki, nəvəni almaq istəyirəm Nənəm anama, anam da mənə dedi. Razılaşdım. Cavan və pullu adam idi, ağ “Jiqulisi” vardı. Kənddə toylarda pulu yarpaq kimi səpələyirdi. Razılaşdım.


Gəmidə yanıma girdi


Amma bu dedi toyu orda edəcəm. Məni qaçırtdı. Gəmidə girdi yanıma. Dedi, arvadım olacaqsan. Əvvəlcə razı olmadım. Sonra dedi ki, nədən çəkinirsən, ki?.. İndi, ya sabah. Nə isə, mən gəmidən düşəndə artıq onun arvadı idim. Krasnovodskdan Nebitdağa gəldik. Bir türkmən dostu vardı. Bir həftə qaldıq onlarda. Deyirdi Marvi şəhərinə gedib toyumuzu orda edərik. Bir həftə ər-arvad kimi yaşadıq. Arada həyətdə oturanda qoca arvadlar gəlib mənə baxır, öz-aralarında nəsə danışıb gedirdilər. Həftəsonu gəldik Çiləkən şəhərinə. Orda bir qoca kişi vardı. Onun evində qaldıq. Onu hamı tanıyırdı. Gəlib görüşürdülər. Çəkinmədən məni də çağırırdı yad kişilərin yanına. Axırda məni bir qadına qoşdu. Get, bunlarda qal, gələcəm ardınca, işim var, - dedi. O gedən getdi.

- Bəs sən nə etdin?

- Heç nə, orda məni başa saldılar ki, səni almışıq. Arvadın qardaşı vardı. Ona alıblar. Dedim ki, bəs mən Bayramın arvadıyam. O mənimlə olub. Evlənəcəyik. Dedilər yox, o səni bizə gəlin gətirib. Burada qızlara başlıq çox istədiklərinə görə, sən demə, Bayram qızları gətirib türkmənlərə satırmış. Məni bir kəndə apardılar. Ərim o kənddə yaşayırdı. Yaşıllıq deyilən şey gözə dəymirdi. Kənddə 10-15 ağac ancaq olardı.


Qız olsaydım baha satacaqdı


- Bəs sən qız deyildin axı...

- Hə, qız olsaydım 1000 qat baha alacaqmışlar. Qaldım orada. Toy elədilər. Gecə ərim girdi yanıma... Püff, yadıma düşəndə ödüm ağzıma gəlir...

- Çox eybəcər idi?

- Yox, əslində yaraşıqlı idi. Sadəcə, iy verirdi. Hələ bu çimmişdi ha...

Çoxlu qoyunları vardı. Ərimin türkmən arvadı çöldə balaları ilə qalardı. Kişim vaxt tapıb gələrdi yanıma. İri ləyəndə çimizdirərdim. Təmizə güclə çıxardardım. Nə isə, beləcə 5 il zülm çəkdim.


Bayram məni yenə qaçırtdı


- Bayramı heç görmədin?

- Niyə? Gördüm. Bir dəfə gəldi mən yaşadığım kəndə. Yalvardım, məni qurtar burdan, dedim. Ürəyinə insaf gəldi. Qaçırdıb, gətirdi. Krasnovodskdan gəmi ilə Bakıya yola saldı. Dedi, camaatın qızlarının bəxti gətirdi, sənə çox pul istəyirdim. Sən gözəl idin. Bəyənirdilər, amma o qədər də çox pul vermirdilər şəhərlərdə. Axırda o çobana satdım.

- Peşman idi?

- Heç peşmançılıq-zad görmürdüm onda. Onun peşəsi, sənəti bu imiş də...

- İndi haradadır?

- Burada, kənddə olur. Ailəsi, uşaqları var. Bu gözü ilə görmüş hətta xalası qızını, başqa qohumlarını da aparıb satıbmış orda. İndi onların ailələri orada olur. Yaşayırlar. Uşaqları-zadı var. Mənimki gətirmədi...


Bayramın qardaşına ərə getdim...


- Bəs ikinci dəfə kimə ərə getdin?

- Bayramın dul qardaşına. Məndən böyük idi. Onunla ailə qurdum ki, Bayram məni dədəsinin evində, qardaşının arvadı kimi görüb utansın. Başa düşsün ki, qardaşı arvadı ilə yatıb.

- Utandımı?

- Yox, kəndə gələn günün səhəri məni evdən qovdular, bizə belə gəzəyən qadın lazım deyil, - dedilər...

- Bəs sonra?

- Sonrası da bax budur. Burdayam. Ata-ana ölüb. Bacı-qardaş yoxdur. Təkəm...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Uşaqlı qadının sevgilisinə xəyanəti dəhşətli sonla nəticələndi - FOTO

    Uşaqlı qadının sevgilisinə xəyanəti dəhşətli ...

    4-10-2017, 14:49

  • 
  • Dənizdəki hicablı qadının əri danışdı

    Dənizdəki hicablı qadının əri danışdı ...

    30-07-2014, 18:41

  • 
  • Virusun mənşəyi 20 min il əvvələ gedir: Koronavirusla əlaqədar bütün məlumatlar dəyişə bilər

    Virusun mənşəyi 20 min il əvvələ gedir: ...

    26-06-2021, 10:30

  • 
  • DİN narkotik satan qadının görüntülərini yaydı

    DİN narkotik satan qadının görüntülərini yaydı ...

    1-09-2020, 12:00

  • 
  • "Özümü elə şəxsiyyətsiz qadının qarşısında sındırmadım"

    "Özümü elə şəxsiyyətsiz qadının qarşısında ...

    3-06-2017, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu