“Avropa ölkələrində 17-18 yaşlı uşaqların orta hesabla 95 faizə qədəri tam orta təhsil alır. Bu, ya yuxarı orta sinifləri ("upper secondary school") oxuyub qurtarmaq, ya da texniki-peşə təhsilinə ("vocational education") cəlb olunmaq hesabına baş verir.
Hər il Azərbaycanda 17 yaşlı uşaqların azı 25-30 faizi natamam orta təhsil alan (9 illik təhsil) tam ixtisassız işçi qüvvəsi kimi ölkənin əmək ehtiyatlarının sırasına daxil olur. Bu, təxminən 30-35 min nəfər gənc insan deməkdir”.
Virtualaz.org saytı xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
İqtisadçı deyib ki, 2013-cü ildə 11-ci cinfi 88.6 min nəfər bitirib. Halbuki ölkədə 17 yaşlı bütün uşaqların sayı 127 min nəfərə yaxın olub. Kənarda qalan təqribən 39 min nəfər 17 yaşlı yeniyetmənin 10 min nəfərə yaxınının 9 illik təhsil bazasından texniki-peşə məktəblərinə və texnikumlara daxil olduğunu nəzərə alsaq, bu yaşdan olan az qala 30 min nəfər uşağın tam orta təhsildən yayındığı ortaya çıxır.
“Natamam orta təhsil hesabına savadlı nəsil yetişdirmək mümkün deyil. Cəmiyyətimizin hələlik bu cür problemləri görməyə nə həvəsi, nə də heyi var. Amma biz təhsilsizliyin doğurduğu fəsadların "meyvələrini" artıq yığmağa başlamışıq. Hələlik Suriyada yığırıq, sonrasını Allah bilir” - deyə R.Ağayev bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?