Son illərdə Azərbaycanda rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı dəfələrlə artıb. 2005-2012-ci illərdə, ümumilikdə 8 il ərzində 187156 uşağın qeyri-rəsmi nikahdan doğulduğu müəyyənləşib. Maraqlıdır ki, qeyri-rəsmi nikahdan olan uşaqların sayında kənd yerləri şəhərləri xeyli qabaqlayır. Azərbaycan əhalisinin 70 faizə qədəri şəhərlərdə yaşasa da, nikahdan kənar doğulan uşaqların faizində kənd yerləri daha öndədir. Belə ki, son 8 ildə nikahdan kənar doğulan uşaqların 102614-ü məhz kəndlərin payına düşür. Şəhərlərdə isə bu rəqəm 84 min 542-yə bərabərdir.
Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayında ən böyük göstərici 2011-ci ildə qeydə alınıb. Həmin il 30 min 983 belə hal qeydə alınıb.
Qeyd edək ki, məlumatlarda 2013-cü ilin göstəriciləri göstərilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?