GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ukraynanın Rusiyanın nəzarətindən çıxması Azərbaycanın maraqlarına tam uyğundur”

“Ukraynanın Rusiyanın nəzarətindən çıxması Azərbaycanın maraqlarına tam uyğundur”

Tarix: 10-03-2014, 13:37 Bölmə :Müsahibə Baxış: 1 040
“Ukraynanın Rusiyanın nəzarətindən çıxması Azərbaycanın maraqlarına tam uyğundur”
Qüdrət Həsənquliyev:
“Sosial ədalət olmayanda insanlar ədaləti Allahda axtarır, müxtəlif məscidlərə gedir, təsirə düşürlər”


“Gündəm xəbər”in suallarına BAXC sədri, deputat Qüdrət Həsənquliyev cavab verib. Millət vəkili əsasən günün aktual məsələlərinə toxunub və bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb.

- Qüdrət bəy, iş masanızın üzərinə Femida qoymusunuz. Bu sizin hüquqşünas, deputat, yoxsa siyasətçi olmağınızdan irəli gəlir?
- Sözün doğrusu, mən ədalətə can atan insanam. Əlbəttə, Femidanın otağımda olmasında, peşə ixtisasımın, deputat və siyasətçi olmağımın rolu var. Amma, bunlar əsas deyil. Əsas məsələ mənim daima ədalət axtarışında olmağımla bağlıdır.
- Otağınızdakı Femidanın tərəzisi daima düz gəlir, ya gəlməyən vaxtları da olur?
- Bilirsinizmi, cəmiyyətdə hər şey qaydasında deyilsə, tərəzi düz ola bilməz. Özünüz də görürsünüz ki, tərəzinin bir gözü bir qədər aşağıdır. Odur ki, biz hər şeyin yaxşı olduğunu söyləyə bilmərik. Bizdə cəmiyyətin bir hissəsiyik. Amma, mən hesab edirəm ki, ruhən ədalət uğrunda çalışan insanam.
- Siz daima MəhkəməHüquq Şurasını tənqid edirsiniz. Buna səbəb nədir?
- Mən hesab edirəm ki, Məhkəmə Hüquq Şurasında islahatlar olmalıdır. Əgər bu hakimlərin idarə orqanıdırsa, bu zaman onun tərkibi yalnız hakimlərdən formalaşmalıdır. Eləcədə hakimlərin müstəqilliyini təmin etmək məqsədilə onların başqa işlərə cəlb olunmasına son vermək lazımdır. Sizdə bilirsiniz ki, Konstitusiyaya görə, hakim elmi-pedoqoji işdən savayı başqa işlə məşğul ola bilməz. Amma hakimi hakimlik vəzifəsindən ayırıb aparırlar Ədliyyə Nazirliyinin Akademiyasında dərs deməyə. Əlbəttə, mən bu kimi halların əleyhinə çıxış edirəm.
- Niyə?
- Fikrimcə, məhkəmə islahatları aparılsa, insanlar bir çox hüquqlarını məhkəmələrdə qoruya biləcəklər. Bu da, şübhəsiz ki, cəmiyyətdə sosial ədalətin bərpasına yol açacaq. Cəmiyyətdə sosial ədalət olacaqsa, insanların dinə meyllənməsi azalacaq. Bu zaman biz müsəlman dövləti olduğumuzdan, eləcədə dünyada bəzi islam təriqətlərinin son zamanlar daha ekstremizmə yuvarlanmasını nəzərə alsaq, Azərbaycanı böyük fəlakətdən qorumuş olacağıq. Amma, indi sosial ədalət olmayanda insanlar ədaləti məhkəmələrdə, dövlət hakimiyyətində deyil, Allahda axtarır, müxtəlif məscidlərə gedir və burada ayrı-ayrı dini cərəyanların təsiri altına düşürlər. Bu gün artıq azərbaycanlıların bir hissəsi şiə kimi gedib Suriyada Bəşər Əsədin tərəfindən vuruşur, bir hissəsi süni kimi Azad Suriya Ordusuna daxil olur, bir hissəsi də vəhhabi kimi başqa silahlı qruplaşmaya daxil olur. İndi Suriyadaazərbaycanlılar bir-birini öldürür. Mən bunları ona görə söyləyirəm ki, sonu gəlir ədalətə, məhkəmə sisteminə.
- Siz Ordubad-Culfa seçki dairəsindən deputat seçilmisiniz. Siz seçicilərlə görüşürsünüzmü, orada ofisiniz varmı?
- Əlbəttə, var. Mənim köməkçim orda olur. İkincisi, mənim köməkçimin telefon nömrələrini hər kəs bilir. Mən özümdə ora gedib seçicilərlə görüşürəm. Siz bilirsiniz ki, Naxçıvanda bir işsizlik problemi də var. Birdə görürsünüz ki, insanlar iş dalınca Bakıya, Türkiyəyə və ya Moskvaya gedirlər. Elə qərargahımıza da gəlib mənə müraciət edən seçicilərim olur. Əlbəttə, mən çalışıramki, onların problemlərini Naxçıvan rəhbərliyi, eləcədə seçildiyim rayonun rəhbərliyi ilə həll edim. Amma, əsas şikayətlər və müraciətlər işlə əlaqədardır. Sizə deyim ki, Naxçıvanda cinayətkarlığın səviyyəsi həddən artıq aşağı səviyyədədir. Bu həm muxtar respublikanın qapalı olması ilə bağlıdır, həmdə gəncliyin çoxunun iş üçün başqa şəhərlərə üz tutmasındadır. Yeri gəlmişkən, Milli Məclisdə büdcə müzakirə olunan zaman mən dəfələrlə təklif etmişəm ki, Naxçıvana daha çox vəsait ayrılsın. Büdcə vəsaitindən əlavə olaraq Naxçıvanın inkişafı ilə əlaqədar olaraq proqramlar qəbul olunmalıdır. Vaxtı ilə Ordubadda böyük konserva zavodu, baramaçılıq fabriki olub. Mənim yaşadığım kənddə iki şərab zavodu fəaliyyət göstərib. Amma SSRİ dağıldıqdan sonra bu zavodların çənlərini kəsib satdılar. Üzümçülük ümumiyyətlə məhv olub gedib. İndi əsasən taxıl əkirlər. Amma, üzümçülükdə hər kola qulluq etmək lazım gəlirdi. İndi bunlar yoxdur. Hazırda Naxçıvanda Çindən gətirilən avtomobilləri yığırlar. Son dəfə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi əlillər üçün Naxçıvanda istehsal olunan avtomobillərdən almışdılar. Normal və konfortlu avtomobillər istehsal edirlər. Qiymətləri də uyğundur. Ona görə mən də təklif edirdim ki, gəlin xüsusi proqram qəbul edək, Naxçıvan minik avtomobillər isehsal edən regiona çevrilsin. Hazırda avtomobil detalları Çindən gətirilir və burada yığılır. Mən söyləmişdim ki, avtomobilin bəzi detalları Naxçıvanda istehsal oluna bilər. Məsələn, Gəncənidə yük və nəqliyyat avtomobil mexanizmləri istehsal edən mərkəzə çevirmək olar. Bunu etmək mümkündür. Amma bunun üçün dövlət xüsusi proqram qəbul etməli və investisiya yatırmalıdır. Təəssüflər olsun ki, belə proqramlar qəbul olunmur. Fikrimcə, belə proqramlar qəbul etməklə və yeni iş yerləri açmaqla Naxçıvandan çıxan şəxslərin geri dönməsini təmin edə bilərik. Düzdür, indi Naxçıvandan çıxan insanların geriyə qayıtması halları var, amma, bu minlərlə deyil, yüzlərlədir. Məncə, 10 minlərlə insan geriyə qayıtmalıdır. Bunun da yolu Naxçıvanda sənayenin inkişaf etdirməsindən keçir.
- Yeri gəlmişkən, deyilənə görə, Naxçıvanda çayxanalar ləğv edilib, kəndlərdə ailələrin təndirdə çörək bişirməsi yasaqlanıb. Bu haqda nə deyə bilərsiniz?
- Bunlar ciddi informasiya deyil. Sonuncu dəfə biz Naxçıvanda Alman Fondu ilə birgə tədbir keçirmişik. Tədbirdən sonra mən həmkarım Fazil Qəzənfəroğlu ilə şəhərin mərkəzində, bağın içərisində əyləşib çay içmişik. Məncə, bu tip məlumatlar şişirdilən məlumatlardır. Bir müddət kompaniya apardılar ki, Naxçıvanda təndirlər doldurulur və ya qadağan edilir. Burada heç bir qadağa yoxdur. Mən bunu həmin ərazinin deputatı olaraq deyirəm. Siz gedin Naxçıvana bu haqda xanımlardan soruşun. HamısıVasif Talıbovun ölənlərinə rəhmət oxuyacaq. Mənim öz anam təndiri yandıranda onun nə qədər tüstü udduğunu, əziyyət çəkdiyinin canlı şahidi olmuşam. 50 kiloqramlıq un kisəsini təndirə yapmaq üçün aşağısı min dəfə əyilib qalxmaq lazım gəlirdi. Qadınlar çörək bişirəndə nə qədər əziyyət çəkirdilər. Üstəlik Naxçıvanda meşə zolağı azdır. Hazırda Naxçıvanın ən ucqar kəndində yüksək təzyiqli qaz var. Naxçıvanın kəndində belə, qadınlar çörək sexinə zəng edirlər ki, məsələn bu gün bizə iki dəst çörək gətirin. Sexin nümayəndəsi də gətirib verir. Hələ deyirlər ki, pulun yoxdursa, olanda gətirib verərsiniz. Çünki kənddə hamı bir-birini tanıyır. Elə bir qadın olmaz ki, buna görə, Naxçıvan rəhbərliyini təqdir etməsin. Amma başqa rayonlarımızda olan problemlər Naxçıvanda da var. Əslində qadınların əziyyəti bir qədər yüngülləşdirilib. Məncə, buna normal yanaşmaq lazımdır.
- Azərbaycan hökuməti sizcə, hansı səbəblərdən Ukraynada baş verən proseslərə reaksiya vermir, rəsmi Kiyevi dəstəklədiyini ifadə etmir?
- Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu məsələyə münasibətini açıqlayıb. Bildirib ki, məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ukraynanın Azərbaycanla bağlı oxşar bəyanatını biz də Ukrayna məsələsində vermişik. Halbuki, Ukrayna bizdən güclü dövlətdir və bizə Qarabağ məsələsində daha ciddi dəstək verə bilərdi. Eləcədə, beynəlxalq təşkilatlar daxilində Azərbaycanı daha möhkəm müdafiə edərdi. Amma Rusiya ilə münasibətləri pozmasın və Ermənistanhakimiyyətinin xətrinə dəyməsin deyə, buna heç vaxt getməyib. Mən NATO-da Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan deputat olaraq bu qurumun son illər əksər tədbirlərində iştirak etmişəm və daimada Qarabağ məsələsini qaldırmışam. Amma, bir dəfə görməmişəm ki, ukraynalı bir deputat söz alaraq Qarabağ haqqında danışsın, bizi müdafiə etsin. Bu bir reallıqdır. Odur ki, hazırda mən Azərbaycan hökumətinin Ukrayna ilə bağlı mövqeyini anlayışla qəbul edirəm. Amma, Ukraynada baş verən proseslər, ələlxüsus Ukraynanın Rusiyanın nəzarətindən çıxması, fikrimcə, Azərbaycanın maraqlarına tam uyğundur. Mənim fikrimcə, Putinin yürütdüyü indiki aqresiv siyasət nəinki keçmiş sovet respublikaları, eləcədə bölgə üçün bir təhlükəyə çevrilib. Ona görə də, dünya müvafiq tədbirlər görməlidir ki, Rusiya qonuşularına bərabərhüquqlu dövlət kimi yanaşsın və xalqların xarici siyasət seçmək hüququna hörmət göstərsin. Hər bir xalqın özü hansı qüvvəni hakimiyyətə gətirir, kimi dəyişiri özü həll etməlidir. Krım tatarları məsələsinə gəldikdə Azərbaycan hökuməti hesab edir ki, problem sülh və danışıqlar yolu ilə həll edilməlidir. Azərbaycan bundan artığını edə bilməz. Bizim qarşılaşdığımız problem Ukraynanın problemindən də böyükdür. Bizim 1 milyon qaçqınımız var, ərazilərimizin 20 faizi işğal olunub. Azərbaycanın o qədər imkanı yoxdur ki, burada böyük problemləri ola-ola Ukraynaya onların bizə verdiyi dəstəkdən çox dəstək versin. Türkiyə Krım tatarları haqqında müəyyən fikirlər ifadə edir. Türkiyə NATO-nun üzvüdür. Amma, mən vəziyyətin mürəkkəbləşəcəyi təqdirdə Türkiyənin Krım tatarlarına verəcəyi dəstəyin vaxtı ilə Azərbaycana verdiyi dəstəkdən artıq olacağını da düşünmürəm. Bu məsələdə biz özümüzü aldatmamalıyıq. Əslində Rusiyanın Ukrayna ilə bağlı siyasəti göstərdi ki, beynəlxalq hüquq deyilən anlayış sadəcə olaraq kiçik dövlətləri idarə etmək üçündür. ABŞ və Böyük Britaniya zamanında Ukraynanın müstəqilliyinə qarant durublar, Kiyevə deyiblər ki, sən nüvə silahından imtina et, heç bir əsgər sənin sərhəddini poza bilməz. İndi isə Rusiya bu sərhəddi pozub. Ancaq indi onlar yalnız sanksiyalar haqda danışırlar, onu tətbiq edib-etməyəcəkləri isə bəlli deyil.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qüdrət Həsənquliyev bahalaşmanı pislədi: “Bu, yanlış siyasətdir”

    Qüdrət Həsənquliyev bahalaşmanı pislədi: “Bu, ...

    3-12-2013, 12:25

  • 
  • Azərbaycan Milli Məclisindən “Qiyamət Günü” təbriki

    Azərbaycan Milli Məclisindən “Qiyamət Günü” ...

    21-12-2012, 14:04

  • 
  • İlqar Məmmədovun namizədliyi qeydə alınmadı

    İlqar Məmmədovun namizədliyi qeydə alınmadı ...

    24-08-2013, 17:21

  • 
  • MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

    MSK seçici fəallığı ilə bağlı yekun nəticələri ...

    9-10-2013, 21:40

  • 
  • "Qüdrət Həsənquliyev Rusiyanın adamı olsaydı..."

    "Qüdrət Həsənquliyev Rusiyanın adamı ...

    11-05-2016, 14:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu