“Qiyamət günündən sağ çıxdığımıza görə hamınızı təbrik edirəm”. Bu sözləri parlamentin bugünkü plenar iclasında Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev həmçinin qarşıdan gələn yen il bayramı münasibətilə parlament nümayəndələrini, jurnalistləri və Azərbaycan xalqını təbrik edib.
Qüdrət Həsənquliyev qeyd edib ki, yanvar ayında Azərbaycanla bağlı, Avropa Şurasında dinləmələr olacaq: “Mətbuatdan oxudum ki, bizim deputat həmkərlarımız əfvlə bağlı müzakirələr aparılar. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, prezidentdən təkidlə xahiş edilsinki, həbsdə olan siyasi məhbuslar azad olunsun. Xüsusilə Nigar Yaqublu və adı siyasi məhbus siyahısında olan insanlar azad olunaraq hümanizim nümayiş etdirilsin”.
Sorğu
Yeni dizaynımız necədir?