GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Tarixi şərait və onun diktə etdiyi proseslər tədricən yetişir”

“Tarixi şərait və onun diktə etdiyi proseslər tədricən yetişir”

Tarix: 12-03-2014, 20:10 Bölmə :Müsahibə Baxış: 937
“Tarixi şərait və onun diktə etdiyi proseslər tədricən yetişir”
Elşad Musayev:
“Bu proseslərin qarşısını nə hakimiyyət, nə də müxalifət ala bilməz”


“Gündəm xəbər”in suallarına Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev cavab verib. O, əsasən Milli Şuradan istefa verməsinin səbəblərindən, müxalifət düşərgəsində mövcud olan vəziyyətdən və ölkəni yaxın gələcəkdə gözləyən proseslərdən danışıb.

- Elşad bəy, Milli Şuranı tərk etməyinizin konkret səbəblərini deyə bilərsinizmi?
- Milli Şuradan istefamla bağlı qısaca fikrimi bildirmişəm. Amma, hesab edirəm ki, burada qeyri-adi heç nə yoxdur. Mən sadəcə olaraq uzun müddət Milli Şuranın sessiyalarına qatılmıram. Odur ki, fəaliyyətində iştirak etmədiyim bir qurumda qalmağımı da doğru hesab etmirəm. İstefamın səbəbi də budur. Ancaq bu istefamdan xüsusi bir şou düzəltməyin də tərəfdarı deyiləm. Çünki buna əsla ehtiyac yoxdur. Mən Milli Şuranın iclaslarında iştirak etmirdim. Onun fəaliyyəti ilə bağlı da bir söz deyə bilmərəm. Çünki bu qurumun daxili problemləri ilə bağlı məndə hər hansı bir informasiya yoxdur. Ancaq mətbuatdan oxuyanda məlum olurdu ki, müəyyən planlar, eləcə də, fikir ayrılıqları mövcuddur. Qeyd edim ki, son zamanlar əsasən öz problemlərimlə məşğulam. Milli Şuranın sessiyalarına qatılmamağımında ciddi səbəbləri var idi. İş ondadır ki, Azərbaycan hakimiyyəti mənim başımı elə qatıb ki, ancaq öz problemlərimlə məşğulam.
-Gəzən söz-söhbətlərə görə, Müsavat Partiyasının tərəfini tutduğunuz üçün istefa vermisiniz və bundan sonra Müsavatın yaradacağı koalisiyada fəliyyətiniz olacaq. Bu doğrudurmu?
- Mən bilmirəm bunu hardan çıxarıblar. Məndə belə bir koalisiyanın yaradılacağı haqda informasiyam yoxdur. Mənim Müsavat Partiyasında yaxın münasibətdə olduğum şəxslər var. Eləcə də, Milli Şurada təmsil olunan KXCP sədri Mirmahmud Mirəlioğlu ilə bizim yaxşı münasibətimiz var. Eləcə də, Sülhəddin Əkbərlə və başqa dostlarımızla.
-Hansı problemləriniz var ki?
-Böyük Azərbaycan Partiyasının qərargahı dağıdılıb. Eləcədə mənim uzun illər yaşadığım evim dağıdılıb. Hazırda mən bu problemlərlə məşğulam. Odur ki, kiminsə mənim barəmdə hansısa fikirlər işlətməsi sonda nəticəni dəyişmir. Mən özüm də istəmirəm ki, bir ajiotaj yaransın. İstefamı verib getmişəm. Eləcədə bu məsələnin şişirdilməsinin əleyhinəyəm.
- Müxalifət düşərgəsində vəziyyəti necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, müxalifət düşərgəsində durumun ağır və acınacaqlı olduğu görünür. Azərbaycanda müxalifətçilik etməyin özü təhlükəli işdir. Azərbaycan hakimiyyəti hazırda son 20 ildə ən sərt mövqedədir və müxalifətə qarşı aqressivdir. AXCP-nin qərargahının partladılması da göstərdi ki, istənilən an istənilən müxalifətçiyə qarşı terror hadisəsi törədilə bilər. Mən evimin sökülməsi zamanı onu gördüm. Adamın üstünə qoçular tökürlər, şantaj edirlər, təxribata gedirlər, adamın evini yandırarlar və s. Azərbaycan hakimiyyəti müxalifətə qarşı iyrənc metodlardan istifadə edir.Konkret mənə gəldikdə müxalifətçilik mövqeyində qalıram, heç kimi də təhqir etmirəm. Və hakimiyyətində addımlarını pisləyirəm.
- Milli Şuradan istefa vermisiniz. Bəs bundan sonra fəaliyyətinizi necə qurardınız?
- Bundan sonrakı addımlarımızı düşünürük. Bizim qərargah məsələmiz və digər problemlərimiz həll olunmalıdır. Təəssüflər olsun ki, bizim, eləcədə digər müxalifətçilərin maliyyə resursları kəsilir. Ona görə də, bizim ölkədə siyasi partiyalar klub səviyyəsindən o tərəfə gedə bilmir. Bu məsələdə isə müxalifətçiləri günahlandırmağa ehtiyac yoxdur. Bütün bunlar hakimiyyətin günahlarının yaratdığı nəticədir.
- Ancaq siz müxalifəti də tənqid edirdiniz…
- Bu reallıqdır ki, Azərbaycan müxalifət düşərgəsində iddiası olan şəxslər hakimiyyətdə ikinci və ya beşinci olmaq istəmir, amma bundan sonra daha 20 il müxalifətdə olmaq istəyir. Bu çox pis haldır. Müxalifətin daxilində kifayət qədər ciddi problemlər var. Amma bu tamam ayrı bir məsələdir. Amma bir də var ki, ölkədə siyasi təşkilatların fəaliyyəti üçün ölkədə heç bir şərait yoxdur. Azərbaycan hakimiyyəti də, məqsədyönümlü şəkildə siyasi partiyaları sıradan çıxardıb. Artıq indi də Qeyri Hökumət Təşkilatlarının sıradan çıxarılması həyata keçirilir. Bu məqsədlə qanunlar sərtləşdirilir və s. İndi bu proses gedir. Kim imkan varsa, ölkədən çıxsın, burada qalanlar isə bizə xidmət etsin. Azərbaycan hakimiyyətinin məqsədi, apardığı siyasətin mahiyyəti bundan ibarətdir. Ona görə də siyasi təşkilatlar sıradan çıxarılır, imtahana çəkirlər. Müxalif mövqeli insanların iş tapması, normal dolanması, bizneslə fəaliyyəti qeyri mümkündür. Ancaq hər halda ölkədə siyasi vəziyyəti dəyişmək üçün müxalifətdə olan partiyalar güclənməlidir.
- Müxalifət liderləri ambissiyalarından imtina etmədiyi təqdirdə, siyasi partiyalar necə güclənə bilər?
- Hesab edirəm ki, bu bizim müxalifət nümayəndələrinin çatışmazlığıdır. Ölkədə partiyalar zəifdir. Ölkədə siyasi vəziyyət çox pisdir, müxalifət düşərgəsində durum ağırdır. Mən hesab edirəm ki, bu partiyalar öz aralarında razılaşaraq partiyaları birləşdirməlidirlər. Şəxsən biz buna hazırıq. Onsuz da ayrı-ayrılıqda heç bir partiya ortaya nəticə qoya bilmir. Odur ki, partiyaların birləşməsi çıxış yolu olmasa da,vəziyyətdən çıxmaq üçün irəli sürülən təkliflərdən biridir.
-Bu baş tuta biləcək bir işdirmi?
-Çalışmaq lazımdır ki, alınsın. Hesab edirəm ki, zaman-zaman böyük səhvlər buraxılıb. Bütün hallarda vəziyyətdən çıxış yolu tapılmalıdır. İndi dünyada proses gedir. MDB məkanında baş verən proseslərin də gec-tez Azərbaycana təsiri olacaq. Məhz bu təsirlərin qarşısını almaq üçün hakimiyyət sərt addımlar atır. Azərbaycanda dəyişikliklərin olması üçün ölkə müxalifəti bir qədər rossional düşünməli, ortaq məxrəcə gəlməlidir. Əlbəttə, partiyalar bir təşkilatda birləşə də, birləşməyə də bilər. Amma, bütün hallarda bir-birlərinə qarşı təhqir kampaniyası aparmamalıdır.
- Nədən müxalifətdə olan real partiyalar seçki öncəsi birləşir, seçkidən sonra isə bir-birilərini ittiham edirlər?
- Görünür müxalifətdə olan bəzi dostlarımız hələ tam demokrat olaraq yetişməyiblər. Ona görə də bir-birlərini ittiham edirlər. Məsələn, bir partiya hansısa təşkilatdan çıxıbsa, buna görə ittiham olunmamalıdır. Çünki bu həmin partiyanın hüququdur. Amma biz görürük ki, bir partiya hansısa birlikdən çıxıb gedən kimi başlayırlar onu söyməyə. Fikrimcə, bu bizlərin demokratik qüvvə kimi tam yetişməməyimizin və oturuşmamazlığımızdadır. Müxalifətinin içində çoxlu sayda insan var ki, demokratik dəyərləri əxz edə bilməyib. Siyasəti də bir-birini gözdən salmaqda görürlər. Azərbaycanda güclü müxalifət yoxdur. Əlbəttə, bununda səbəbi çoxdur və mən bu haqda yuxarıda danışdım. Hakimiyyət və onu dəstəkləyən kənar qüvvələr bizim ölkəmizdə güclü müxalifətin olmasında maraqlı deyillər. Mən qeyd edim ki, müxalifət daxilində gedən proseslərin bu düşərgənin zəifləməsinə çox zəif təsir edir. Əsas zəifləməyə səbəb hakimiyyətdir. Ölkədə faktiki olaraq demokratiya, şəffaf seçki mühiti yoxdur. Həmdə avtoritar və diktaturaya meyledən rejimlərdə müxalifət zəif olur. Kənar qüvvələrin Azərbaycanda enerji resursları məsələsində maraqlı olduqları üçün bu hakimiyyətə dəstək verirlər. Bu həqiqətdir.
-Niyə sahibkarlar, biznesmenlər, ziyalı təbəqə müxalifətlə birgə olmağı istəmirlər?
-Əvvəla ondan başlayaq ki, Azərbaycanda sahibkarlıqla məşğul olanlar hakimiyyət nümayəndələridir. Bu isə korrupsiya əməlidir. Çox vaxt özləri korrupsiya deyirlər, amma bunun mahiyyətini açmırlar. Dövlət vəzifəsinin bizneslə birgə olması faktiki korrupsiyadır. Azərbaycanda bizneslə əsasən nazirlər və digər yüksək çinli məmurlar məşğul olurlar. Onlar isə təbii ki, müxalifət partiyasına pul verəsi deyillər. Eyni zamanda müxalifətçinin ölkəyə kənardan bir şey gətirməsi mümkün deyil. Mən son zamanlar bir çox araşdırma aparmışam. Bu ölkədə boş bir şey qoymayıblar. Ölkədə bizneslə məşğul olmaq mümkün belə deyil. Azərbaycan ziyalı təbəqəsi isə qorxudulmuş bir təbəqəyə çevrilib. Ziyalı həqiqəti deyə bilmirsə, haqqını tələb etmirsə, demək ziyalı deyil. Baxın, Sovetskidə kim səsini çıxarırsa, tutub içəri salırlar. Ziyalılarda susur. Toplum özü də proseslərə hazır olmalıdır. Bunun üçün də, bir tarixi şərait yetişməlidir.Ukraynada baş verənlərdə göstərdi ki, tarixi şərait prosesləri sürətləndirdi. Azərbaycanda proses yavaş-yavaş yetişəcək və onun qarşısını heç kim ala bilməyəcək. Hakimiyyətdə normal müxalifətçiliyə imkan vermədiyi üçün ölkəmizdə radikal qüvvələr yaranacaq. Bir zamanlar gənclər siyasi partiyalara,QHT-lərə üz tuturdular. İndi isə gənclər radikal dini cərəyanlara yönəliblər. Bununla da, ciddi radikal qüvvələr yaranır. Şəxsən mən hesab edirəm ki, hakimiyyətin və cəmiyyətin başı belə radikal qüvvələrə görə, çox ağrayacaq.
- Siz həm də Demokratik Qüvvələr Birliyində təmsil olunurdunuz. Bu qurumdan da istefa vermisiniz?
- Xeyr. Burada təmsilçiliyimiz qalır. Burada bir neçə siyasi təşkilat təmsil olunur.
- Bu qurumda baş verənlərdən xəbəriniz varmı?
- Orada bir xeyli müddətdir ki, toplanmırıq. Yəqin ki, məsləhətləşmələr aparıb bir məxrəcə gəlmək olar.
- Demokratik Qüvvələr Birliyi qarşıdan gələn bələdiyyə seçkilərinə blok kimi qatılmaq niyyətində olduğunu açıqlayıb. Bu, mümkündürmü?
- Bu təklif AMİP sədri Yusif Bağırzadə tərəfindən irəli sürülüb. Bu təklifə bir qrup etiraz etdi, bir qrup isə dəstəklədi. Əlbəttə, təklifə hörmətlə yanaşmaq lazımdır. Amma, biz bələdiyyə seçkilərində iştirak məsələsini müzakirə edirik. Biz nəzərə alırıq ki, seçkilərə gedib məğlub olduqdan sonra siyasi partiyalar çökür, insanlarda ruh düşgünlüyü yaranır. Əlbəttə, biz hesab edirik ki, seçkilərdə iştirak formatı müzakirə olunmalı və vahid mövqeyə gəlinməlidir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbərin müşaviri Milli Şuradan çıxmır

    İsa Qəmbərin müşaviri Milli Şuradan çıxmır ...

    13-01-2014, 02:41

  • 
  • Zəfər Quliyev Milli Şuranı tərk etdi

    Zəfər Quliyev Milli Şuranı tərk etdi ...

    9-01-2014, 16:42

  • 
  • Əvəz Temirxan Milli Şuradan çıxdı

    Əvəz Temirxan Milli Şuradan çıxdı ...

    24-10-2013, 17:57

  • 
  • Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin səbəblərini açıqlayıb

    Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin ...

    23-10-2013, 16:48

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu